Məhkəmə qərarları › İş №2-1(118)-899/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-899/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-899/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Fatmayı bələdiyyəsinin 05/538 saylı 30.04.2007-ci il tarixlı qərarı ilə satılmış 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 05/538 nömrəli 30.04.2007-ci il tarixli qərarına əsasən Fatmayı qəsəbəsində iddiaçıya 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin müqabilində onun tərəfindən 600 manat pul bələdiyyənin hesabına köçürülmüşdür. 2007-ci ildən həmin torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ona imtina cavabı vermişdir. Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qəgrar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, X1 ərizəsi əsasında aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən X2 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixdə, 05/538 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 21 yanvar 2021-ci il tarixdə verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. İş materiallarında olan : - Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 30.04.2007-ci il tarixli, 05/538 saylı qərarından görünür ki, DTXK-nin Abşeron rayon şöbəsinin rəyini nəzərə alaraq, Fatmayı Bələdiyyəsi hüquqları daxilində təhkim aktına əsasən 800 kv m torpaq sahəsi İddiaçı fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə satılmış, İddiaçı normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə Fatmayı Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 saylı hesablaşma hesabına ödənilməsi barədə qəbzi Fatmayı Bələdiyyəsinə təqdim etmək tapşırılmışdır. -DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 19.04.2007-ci il tarixli 55 saylı rəydən görünür ki, Fatmayı Bələdiyyəsinin perspektiv inkişaf fondundan X2 0.08 ha olmaqla Fatmayi kəndi ərazisində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında məktuba baxılmış və həmin torpaq sahələri bələdiyyənin alqı-satqı predmeti olmasını nəzərə alaraq vətəndaşa satılmasına veriləcək sahələrdə yeraltı və yerüstü kommunikasiya-qaz,su, neft və kabel elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ayrılması, həmçinin torpaqda tikinti işləri aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilməsi və Memarlıq Xidmətində təsdiq edilməsi, tikintiyə başlamaq üçün icazə alınması şərtləri ilə etiraz etmir. - - 04.05.2007-ci il tarixli aktdan görünür ki, Fatmayi kəndinin baş inkişaf planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçüb nişangahlar qoyulduqdan sonra X3 qızına təhvil verildiyi qeyd olunmuşdur. - - Abşeron rayon İH Memarlıq və Tikinti şöbəsinin 20.04.2007-ci il tarixli, 146 saylı rəyindən görünür ki, Fatmayı bələdiyyəsinin 134 №-li müraciətinə əsasən vətəndaşlara Fatmayı Bələdiyyəsinin perspektiv inkişaf fondunun torpaq sahəsindən fərdi yaşayış evi tikintisi ilə torpaq sahəsinin ayrılması məsələsinə Memarlıq və Tikinti şöbəsində baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa həmin xətt Memarlıq və tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılmalıdır. Sifarişçi tikinti işlərinə başlamaq üçün memarlıq fəaliyyəti ilə məşğul olmaq haqqında Lisenziyası olan hüquqi və ya fiziki şəxs tərəfindən hazırlanmış layihə memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmalıdır. Bütün bunları nəzərə alaraq göstərilən şərtlər daxilində təqdim olunmuş mövqe əsasən Fatmayı Bələdiyyəsinin perspektiv inkişaf fondunun torpaq sahəsindən adları qeyd olunmuş vətəndaşlara fərdi yaşayış evi tikintisi məqsədi ilə hər birinə 800 kv.metr torpaq sahəsinin ayrılmasına etiraz etmir. -X3 tərəfindən ödənilmiş 34 saylı qəbzdən görünür ki, Fatmayı Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 saylı hesablaşma hesabına 600 manat ödənilmişdir. - Torpağın alqı-satqısına dair 21.01.2021-ci il tarixli müqavilədən görünür ki, X3 30.04.2007-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş və Fatmayı Bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsi satılması barədə 30.04.2007-ci il tarixli 05/538 nömrəli qərar qəbul edilmişdir. Tərəflər arasında torpaq sahəsinin qiyməti ilə əlaqədar rüsum 600 manat X3 tərəfindən Fatmayı Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 saylı hesablaşma hesabına ödənilmişdir. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 03.03.2021-ci il tarixli **********26 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən X2 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixdə, 05/538 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 21 yanvar 2021-ci il tarixdə verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı 2007-ci ilin aprel ayında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsini dəyərini ödəyərək 0.08 ha torpaq sahəsini Abşeron rayonu Fatmayı bələdiyyəsindən almışdır. Bələdiyyə də öz növbəsində qanunvericiliyin tələblərinə əməl edərək rayon memarlıq xidmətinin, DTXK-nin yerli şöbəsinin rəylərini aldıqdan sonra torpağın satılmasına dair qərar qəbul etmişdir. Məhkəmə cavabdehin torpağın alqı-satqısında dair aktın 2021-ci ilin yanvar aylnda bağlandığına dair dəlilinə münaibətdə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin yalnız alqı-satqı aktının həmin vaxt tərtib olunmaması iddiaçının qanuni əsaslarla əldə etdiyi və dəyərini ödədiyi torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı 02.05.2007-ci il tarixdə 600 manat bələdiyyənin hesabına ödəyərək faktiki olaraq bələdiyyə ilə alqı-satqı aktı bağlamışdır. Bələdiyyənin vaxtında həmin aktı rəsmiləşdirməməsi vətəndaşın təqsiri üzündən baş verməmişdir və o, buna görə məsuliyyət daşımamalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Fatmayı bələdiyyəsinin 05/538 saylı 30.04.2007-ci il tarixlı qərarına istinad edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, cavabadeh inzibati orqan tərəfindən adıçəkilən Qanunun 15ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinə istinad edilmədiyindən iddia təlbi əsaslı hesab olunaraq təmin edilməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Fatmayı bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 05/538 saylı qərarı əasında satılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar