Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-9/2021 10.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı “cavabdehin üzərində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın ona təqdim edilməsi vəzifəsi qoyulması" tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu məqsədlə kommersiya obyektinin tilikməsi üçün onun müraciəti əsasında 0,2 ha olmaqla 2-ci Nügədi kəndi ərazisində 2-ci Nügədi bələdiyyəsinin xx xxxxx 2007-ci il tarxili 05 saylı qərarı ilə ona torpaq sahəsi ayrılmış və xx xxxx 2007-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair müqavilə əsasında akt tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarxili, 188 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin ayrılması və kommersiya təyinatlı obyektin tikintisi təsbit olunmuşdur. Tərəfindən müvafiq ödənişlər həyata keçirilmiş, sənədlər toplanmış və bu sənədlər mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın verilməsi üçün üçün DƏDRX-in 5 saylı X6nə təqdim edilmişdir. Lakin DƏDRX-in 5 saylı X6 **********27 saylı, xx.xx.2018-ci il tarixli cavabına əsasən, ona ayrılmış torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı X6nin elektron məlumat bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi pay torpağına, digər bir hissəsi isə Quba- Bakı şosse yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşdüyü bildirilir. Qeyd etdi ki, bir vətəndaş olaraq torpaqların təyinatı, koordinatları və sahiblərinə dair onda hər hansı bir rəsmi məlumat bazası yoxdur. O, qanunvericiliyə müvafiq surətdə tələb olunan prosedur qaydaları keçmiş, müvafiq ödənişləri (bütün) həyata keçirmiş, tələb olunan sənədləri almışdır. Sənədlər qanuna müvafiq surətdə toplanaraq DƏDRX-nin 5 saylı X6nə təqdim edilmişdir. Hesab edir ki, mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın təqdim edilməməsi cavabdeh tərəfindən qanunla qorunan hüquqlarımı pozmaqla ona ziyan vurur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun almadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərim və ya məlumatların tələb olunması qadağandır. Onların işində araşdırma aparmadan, ehtimal və səhv nəticələr əsasında qərarın çıxarılması ilə nəticələnən hal baş vermişdir. Qeyd etdiyi kimi müvafiq sənədlər tərəfindən tam şəkildə cavabdehə təqdim edilmiş, lakin cavabdehin də cavabından göründüyü kimi əsaslandırma olmamış, sadəcə torpağın başqa əraziyə düşdüyü qeyd edilmişdir. Amma cavabdehin imtinasından imtinaya əsas olan halların baş vermə tarixini müəyyən etmək mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınması,mülkiyyətdən çıxarışın və texniki pasportun verilməsinə dair öhdəliyin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəməninin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqramma ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesini daha 1 ay müddətinə təxirə salınmasını xahiş etmiş və buna dair hər hansı bir üzürlü səbəb göstərməmişdir. İnzibati işin məhkəmənin icraatında uzun müddət olmasını nəzərə alaraq, məhkəmə iclasının təxirə salınması məqsədəmüvafiq hesab edilmədi. Ona görədə məhkəmə iş materiallarına əlavə edilmiş və özü tərəfindən araşdırılmış sübutlar əsasında iddia tələbinə mahiyyəti üzrə baxılması qərarına gəldi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaş İddiaçı Quba rayonu, İkinci nügədi kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-in 5 saylı ərazi İdarəsinə daxil olmuş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Quba bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün ayrılmış 0.02 ha torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı Ərazi idarəsinin elektron bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi isə Quba-Bakı Şosse yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşür. Bundan əlavə, müayinə aktına əsasən torpaq sahəsinin üzərində digər vətəndaşa məxsus yarımçıq tikili mövcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxİanıİması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********27 saylı, xx.xx.2018-ci il tarixli imtina məktubu, **********88 saylı, xx xxxxxx 2018-ci il nömrəli etirazı, Quba rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarın notarial qaydada təsdiqlənmiş surəti, Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamın notarial qaydada təsdiqlənmiş surəti, Torpağın alğı-satqısına dair aktın notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 25860 saylı ekspert rəyi, DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********95 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxslərin adına olan torpaqlar sahələri ilə üst-üstə düşdüyündən, ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı istifadəsində olan 0.02 ha torpaq sahəsinin 96 m2 hissəsi X1 adına olan JN-8xx xxx 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi ilə və 161 m2 hissəsi isə X3 adına olan JN-2xx xxx 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi üst-üstə düşür. Həmçinin məhkəmənin sorğusuna əsasən DƏDRX-in saylı 5 X6 tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********95 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətindən görünür ki, JN-8xx xxx 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X2 müvafiq olaraq 0.39 ha torpaq sahəsi və JN-2xx xxx 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X4 müvafiq olaraq 0.23 ha torpaq sahəsi ayrılmışdır. Ekspert rəyininə və bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni X1 mülkiyyətinə verilmiş olan 0.39 ha torpaq sahəsinin 96 m2 hissəsi ilə və X3 mülkiyyətinə verilmiş olan 0.23 ha torpaq sahəsinin 161 m2 hissəsi ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı cavabdehin üzərində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,2 ha olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın ona təqdim edilməsi vəzifəsi qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 100.20 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********1, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına və 50 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 olan Dövlət xəzinədarlığı Agentliyinə, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertiza Mərkəzinə ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınması, mülkiyyətdən çıxarışın və texniki pasportun verilməsinə dair öhdəliyin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 100.20 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********1, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödənilsin. 50 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 olan Dövlət xəzinədarlığı Agentliyinə, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-9/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-9/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver