Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-90/2021 29.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Xızı rayon Şuraabad bələdiyyəsinə qarşı “Xızı rayonu Şuraabad Bələdiyyə sədrinin 10 saylı, xx.xx.2003-cü il tarixli qərarının və Xızı rayon Dövlət Texniki İntervallaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Xızı rayon Şuraabad bələdiyyəsinə qarşı “Xızı rayonu Şuraabad Bələdiyyə sədrinin 10 saylı, xx.xx.2003-cü il tarixli qərarının və Xızı rayon Dövlət Texniki İntervallaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, xx xxxxxx 2021ci il tarixli məhkəmə iclasında iddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirak etmiş, mübahisənin vəziyyəti müzakirə edilmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əmlakı X4 tərəfindən zəbt edilmişdir. Xızı rayon Şuraabad bələdiyyəsi tərəfindən X3 digər torpaq sahəsi ayrılsada, texniki səflik olmuş və Şurabad bələdiyyəsi xx xxxxxx 2015-ci il tarixli müvafiq qərar qəbul edərək, səfliyi düzəltmişdir. Lakin, X4 əmlakı boşaltmaq istəmir. Onların əsas istəyi həmin əmlakın boşaldılmasına nail olmaqdır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə hüquqi yardım edilərək izah edilmişdir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mülki məhkəmə icraatı qaydasında X3 qarşı mülkiyyətin boşaldılması iddiası qaldırmaq hüququ vardır. Həmin iddia ilə birlikdə inzibati aktları mübahisələndirmək hüququ olmasa da, Şurabad bələdiyyəsinin xx xxxxxx 2015-ci il tarixli qərarını əsas gətirərək, X2 mülkiyyət sənədlərinin müəyyən hissəsini mübahisələndirmək hüququ vardır. İddiaçı tərəf müvafiq ümumi məhkəməyə müraciət edəcəyini bildirmiş və ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçıların iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istina edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-90/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-90/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver