Məhkəmə qərarları › İş №2-1(118)-900/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-900/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-900/2024 21.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi sovxozunun direktorluğu tərəfindən 156 saylı 10 dekabr 1991-ci il tarixli əmrinə əsasən fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsi verilməsi üçün tərtib olunan aktın Xudat şəhər İnzibati Ərazi Vahidi nümayəndəliyinin 1 saylı, 21 yanvar 1998-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yerləşən 0,08 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı mülkiyyət huququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi sovxozunun direktorluğu tərəfindən 156 saylı 10 dekabr 1991-ci il tarixli əmrinə əsasən fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsi verilməsi üçün tərtib olunan aktın Xudat şəhər İnzibati Ərazi Vahidi nümayəndəliyinin 1 saylı, 21 yanvar 1998-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********28 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək Xaçmaz rayonuu, Xudat şəhəri, 6-cı şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. 0,08 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Xaçmaz rayonu Nəsimi (əvvəlki Çkalov) adına sovxozun xx.xx.1991 -ci il tarixli 156 saylı əmri ərizəyə əlavə etmədiyindən ərizəsi icra edilməmişdir . Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsinin ərizənin icrasının mümkün saymaması ilə razılaşmır. Belə ki, 10 dekabr 1991-ci il tarixli həyətyanı topaq sahəsinin verilməsinə aid Aktdan məlumdur ki, ona 0,08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə daim istifadə üçün ayrılmışdır. Həmçinin 21 yanvar 1998-ci il tarixli Xudat şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə 1 saylı sərəncamın çıxarışından məlum olduğu kimi ona Nəsimi adına sovxozun direktorluğu tərəfindən 156 saylı 10 dekabr 1991-ci il tarixli əmrinə əsasən fərdi mənzil tikintisi məqsədilə verilmiş torpaq sahəsinin təhkim aktı təsdiq edilmişdir. Qeyd etdiyi sənədləri sözü gedən inzibati orqana təqdim etməyinə baxmayaraq, ərizəsi icra etməmişlər. Bununla razı deyil. Hesab edir ki, belə imtina qanunsuz və əsassızdır. Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınmasından imtina edilməsi qanuna ziddir. Nəsimi adına sovxozun direktorluğu tərəfindən verilən 156 saylı 10 dekabr 1991-ci il tarixli əmr onda olmadığından inzibati orqana təqdim edə bilməmişdir. Elə o səbəbdən də imtina edilmişdir. 24 iyun 1998-ci il tarixli Xaçmaz rayon Nəsimi adına sovxozun torpaq almaq hüququ olan vətəndaşların siyahısının ksero surətini ərizəyə əlavə etmişdir. Həmin siyahıdan məlumdur ki, 0,08 ha torpaq sahəsinin ayrılması Aqrar İslshatı Komissiyasının sədri və üzvləri tərəfindən təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, qonşu öz torpağını satmış, onun yerinə girib ev tikmişdir. Torpaqdan istifadə etməyə imkanı olmamışdır. Cavabdeh etirazında qeyd edir ki, X1 şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubla bildirilmişdir ki: “Bildiririk ki, ərizəniz araşdırılmış və müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan 0.08 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Xaçmaz rayon “Çkalov” Nəsimi adına sovxozun xx.xx.1991 -ci il tarixli 156 saylı əmri ərizənizə əlavə olunmamışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedicı sənədlərin əsi İləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Göründüyü kimi 0.08 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövfət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-cİ maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.2 torpaq sahəsinin planı və Ölçüsü. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçdiməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə 0.08 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Xaçmaz rayon “Çkalov” Nəsimi adına sovxozun xx.xx.1991 -ci il tarixli 156 saylı əmrin ərizəyə əlavə edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, iddiaçı qeyd edir ki, 10 dekabr 1991-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə aid Aktdan məlumdur ki, ona 0,08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə daim istifadə üçün ayrılmışdır. Həmçinin 21 yanvar 1998-ci il tarixli Xudat şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə 1 saylı sərəncamın çıxarışından məlum olduğu kimi ona Nəsimi adına sovxozun direktorluğu tərəfindən 156 saylı 10 dekabr 1991-ci il tarixli əmrinə əsasən fərdi mənzil tikintisi məqsədilə verilmiş torpaq sahəsinin təhkim aktı təsdiq edilmişdir. 24 iyun 1998-ci il tarixli Xaçmaz rayon Nəsimi adına sovxozun torpaq almaq hüququ olan vətəndaşların siyahısının ksero surətini ərizəyə əlavə etmişdir. Həmin siyahıdan məlumdur ki, 0,08 ha torpaq sahəsinin ayrılması Aqrar İslahat Komissiyasının sədri və üzvləri tərəfindən təsdiq edilmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən istinad edilən sənədlər iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, Xaçmaz rayon “Çkalov” (Nəsimi) adına sovxozun xx.xx.1991-ci il tarixli 156 saylı əmrinə əlavə edilmiş sovxozun fəhlə və qulluqçularının fərdi yaşayış evi tikmək üçün alacaq torpaq sahəsi növbəsində olan şəxslərin siyahısında vətəndaş İddiaçı adı aşkarlanmamışdır. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncam mövcud deyil və bununla bağlı hər hanası bir arxiv məlumatıda yoxdur. Eyni zamanda iddiaçının faktiki istifadəsində də torpaq sahəsi yoxdur. İddiaçının faktiki istifadəsində torpaq sahəsinin olmaması və iddiaçının zəruri ilkin sənədlərinin olmaması səbəbindən məhkəmə əlavə araşdırma aparmağa zərurət görməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar