Məhkəmə qərarları › İş №2-1(118)-903/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-903/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-903/2022 22.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı1 (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda çilingər işləyən, Abşeron rayonu, Qobu qəsəbəsi, ev 93-də yaşayan) və X4 (işləməyən, Abşeron rayonu, Qobu qəsəbəsi, ev 93-də yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və X4 Cavabdehnə qarşı övladları 26.10.2005-ci il təvəllüdlü X11 və 25.07.2007-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydlərində soyadlarının “Hüseynli” soyadı ilə əvəz olunması öhdəliyinin cavbadehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və X7 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, övladları 26.10.2005-ci il təvəllüdlü X11 və 25.07.2007-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrindəki soyadının “Hüseynli” soyadı ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları 26.10.2005-ci il təvəllüdlü X11 və 25.07.2007-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydlərində soyadlarının “Hüseynli” soyadı ilə əvəz olunması öhdəliyinin cavbadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 05.08.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 26.10.2005-ci il təvəllüdlü X11 və 26.02.2007-ci il təvəllüdlü X8 adlı övladları vardır. Uşaqlara doğum haqqında şəhadətnamə alınarkən onların xahişi ilə qəsəbə icra nümayəndəliyi tərəfindən onların soyadları dəyişdirlərək “Hüseynli" kimi qeyd edilmişdir. Əvvəlki şəxsiyyət vəsiqələri də “Hüseynli” soyadı ilə verilmişdir. Sonuncu dəfə “ASAN Xidmət” Mərkəzinə müraciət edərək övladlarına şəkilli şəxsiyyət vəsiqəsi almaq istəyərkən icra nümayəndəsi tərəfindən verilən doğum haqqında şəhadətnaməni təqdim etmişlər. Lakin şəhadətnamədə yazılan “Hüseynli” soyadı sistemdə olmadığından şəxsiyyət vəsiqəsini verməmişlər. Sistemdə uşaqların soyadının “Şərfəliyev" olduğunu izah etmişlər. Bununla bağlı iddiaçılar Cavabdehnə müraciət edərək doğöun haqqında akt qeydində soyadların dəyişdirərək “Hüseynli” soyadı yazılmasını xahiş etmişlər. Lakin onlara imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və K.Şərfəliyeva iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, vətəndaş X2 rayon qeydiyyat şöbəsinə övladlarının doğum haqqında akt qeydlərinin uşaq bəndində soyadı “Şərfəlıyev”dən “Hüseynli”yə dəyişdirilməsi ilə əlaqədar müraciət etmişdir. Doğum haqqında akt qeydində soyadın dəyişdiriməsinin qeyri mümükün olduğu vətəndaşa izah edilərək ərizənin təmin edilməsindən imtina olunmuşdur və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsivə edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş 26.10.2005-ci il təvəllüdlü X11 və 26.02.2007-ci il təvəllüdlü X1 “Hüseynli” kimi qeyd edilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, İddiaçı1 ilə X15 25.10.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Şərfəliyeva” soyadı verilmişdir. Uşaqları 26.10.2005-ci il təvəllüdlü Aqşin və 26.02.2007-ci il təvəllüdlü Şəfiqəyə doğum haqqına şəhadətnamə verilərkən soyadları müvafiq olaraq “Şərfəliyev” və “Şərfəliyeva”, 2015-ci ilin iyul ayında şəxsiyyət vəsiqələri verilərkən “Hüseynli” kimi qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş X12 və X6 aid Abşeron rayon Qobu qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş müvafiq olaraq 117 saylı 07 dekabr 2005ci il tarixli və 52 saylı 05.07.2007-ci il tarixli doğum haqqında akt qeydlərindən görünür ki, uşaqların soyadları müvafiq olaraq “Şərfəliyev” və “Şərfəliyeva” kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu tərəfindən 08.12.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçıların izahatlarını və yetkinlik yaşına çatmayan X11 və X5 dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X21: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 26.10.2005-ci il təvəllüdlü X11 və 25.07.2007-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydlərində soyadlarının “Hüseynli” soyadı ilə əvəz olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. 26.10.2005-ci il təvəllüdlü X11 və 25.07.2007-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydlərində soyadlarının “Hüseynli” soyadı ilə əvəz olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar