Məhkəmə qərarları › İş №2-1(118)-903/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-903/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-903/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və X2 “Tapdıqzadə” dən “Tapdıqova” dəyişdirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahdan üç övladı var: xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2022 ci il təvəllüdlü X6 və X7. Onlar övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və X7mum soyadlarının dəyişdirilərək “Tapdıqov” olmasını arzu edirlər. Bunun üçün cavabdehə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X6 və X1 dəyişdirilərək “Tapdıqzadə” yox, “Tapdıqov” olmasını xahiş etmişlər, lakin onların müraciəti təmin olunmamış və onlara məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhəkəmə prosesində iştirak edən İddiaçı2 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.Həmçinin, digər İddiaçı1 razılıq ərizəsini də məhkəməyə təqdim etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki,İddiaçı1 övladlarının soyadlarının “Tapdıqov” soyadına dəyişdirilməsi ilə bağlı bildirilir ki,“Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası” haqqında Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1993-cü il tarixli, 495 saylı qərarına əsasən mövcud soyadının kökünə-li,lı,lu,lü,zadə, soy,gil, oğlu, qızı soyad sonluğunun artırılması və ya heç bir sonluq artırılmadan soyadın yazıması mümkündür. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası” haqqında Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1993-cü il tarixli, 495 saylı qərarında soyadın sonluğunun yenidən “ov” şəkilçisinə qaytarılması nəzərdə tutulmamışdır. X6 və X3 milliləşdirildiyi üçün soyadın “Tapdıqov” a dəyişdirilməsi məsələsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasənX6 və X1 “Tapdıqzadə”dən “Tapdıqov”a dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-T-1-403/5-2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, Nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Doğum haqqında şəhadətnamələrnin təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqəsinin surətləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 5.4-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.Qaydaların 5.5-ci bəndinə əsasən ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir. Qaydaların 5.6-cı bəndinə əsasən akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir. Qaydaların 5.7-ci bəndinə əsasən ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi mahiyyəti etibarı ilə övladlarının soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi ilə bağlı tələbdir. Məhkəmə hesab edir ki, iddiaçıların övladlarının soyadının sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, onların soyadı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin edilməli, iddiaçıların övladları xx.xx.2022 ci il təvəllüdlü X6 və X4 qrafasında “Tapdıqov” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçıların övladları xx.xx.2022-ci il təvəllüdlü X6 və X4 qrafasında “Tapdıqov” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar