Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-904/2023 01.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli № **********483400 saylı və xx.xx.2022-ci il tarixli № **********063900 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC oğlu cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli № **********483400 saylı və xx.xx.2022-ci il tarixli № **********063900 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. Birlikdə 2013-cü ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. ”CR-Təchizat-T-Quraşdırma” MMCnin şəxsi hesab vərəqəsinə 2 saylı Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli № **********483400 saylı və xx.xx.2022-ci il tarixli № **********063900 saylı qərarların əsassız olaraq dekabr 2021-ci il hesabat ilinə 52.781,75 AZN ƏDV və 2021-ci ilin mənfəət vergisi olaraq 58.623,36 AZN hesablanmış və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin silinməsinə dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral yoxlama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən 2021-ci ildə aparılmış 593.118,76 AZN dəyərində əməliyyat məbləği müəssisənin xərclərindən çıxarılmışdır və müvafiq olaraq xx.xx.2022-ci il tarixli № **********483400, xx.xx.2022-ci il tarixli № **********063900 saylı qərarların əsasında müəssisəyə ƏDV və mənfəət vergisi hesablanmışdır. Əslində isə, vergi orqanının göstərdiyi fakt kimi "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması əsas gətirilsə də, həmin müəssisə tərəfindən müvafiq müqavilə əsasında işlər görülmüş, mallar təqdim edilmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə hər hansı qərar çıxarılmamışdır. Vergi Məcəlləsinim 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi meyarları bu günə qədər müəyyən edilməmişdir, heç bir qərar çıxarılmamışdır. Kameral yoxlamanın nəticələrinə görə qərar qəbul edilərkən cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəllənin 37-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş, müəssisənin bütün dövriyyəsi tam araşdırılaraq qiymət verilməsinə baxmayaraq sonuncu kameral hesablanan məbləğ Birliyin bəyannamələri əsasında nəzərə alınmamışdır. Əslində isə Birliyin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirilərsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünər. Kameral qaydada hesablanmış vergi məbləğində bu nəticəyə gəlmək olur ki, "xxxx" MMC tərəfindən bu işlər görülməmiş, mallar təqdim edilməmişdir. Əslində isə bu mallar müəssisənin balansına daxil edilmiş, reallıqda mövcuddurlar. Vergi orqanı tərəfindən bu hallar nəzərə alınmamışdır, belə çıxır ki, onların əldə edilməsinə Bİrlik tərəfindən xərclər çəkilməmişdir. Vergi orqanının bu qərarı əsasında Birliyin fəaliyyəti iflic vəziyyətindədir, bank hesablarına sərəncamlar qoyulmuşdur, Birliyin dövlət tapşırıqlarının yerinə yetirilməsinə, yeni sahələrin yaşıllaşdırılmasına maneə yaratmışdır. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, "xxxx" MMC-nin 2021-ci ilin dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin yoxlanılması zamanı riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturaların əvəzləşdirilməyə daxil edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBO seriyalı 761919 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2787.5 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2787.5 manat kənarlaşma yaranmışdır.Həmçinin, ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBO seriyalı 792108 nömrəli, EBBO seriyalı 794940 nömrəli, EBBO seriyalı 791899 nömrəli, EBBO seriyalı 761911 nömrəli, EBBO seriyalı 761925 nömrəli, EBBO seriyalı 797691 nömrəli, EBBO seriyalı 792307 nömrəli EBBO seriyalı 761909 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir.Həmçinin, "AZƏRİŞİQ" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBBL seriyalı 276165 nömrəli elektron qaimə-faktura (e- VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********962700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. İddiaçı tərəfindən yaranmış uyğunsuzluqla əlaqədar göndərilmiş məktuba qanunvericilikdə müəyyən edilmiş müddət ərzində münasibət bildirilərək düzəliş edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalar əvəzləşdirilmədən çıxarılaraq 52781,75 manat ƏDV hesablanmış və vergi ödəyicisinə vergi orqanının vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********483400 nömrəli Qərarı göndərilmişdir.Həmçinin, 2021 -ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin yoxlanılması zaman riskli vergi ödəyicisindən ("xxxx" MMC) ümumi ƏDV-siz dəyəri 293116,8 manat olar elektron qaimə-faktura əldə edildiyi və mənfəət vergisi bəyannməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarix **********109300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələl edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindəı yaranmış uyğunsuzluqla əlaqədar göndərilmiş məktuba qanunvericilikdə müəyyən edilmi müddət ərzində münasibət bildirilərək düzəliş edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsinə əlavə 58623,36 manat vergi hesablanmış və vergi ödəyicisinə vergi orqanının vergilərin, sosial sığorta və işsizlik sığorta; haqlarının hesablanması barədə **********063900 nömrəli Qərarı göndərilmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" MMC-dən kameral vergi yoxlaması üçün zəruri olan sənədlər tələb edilmişdir. -Hesablanmış vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, "xxxx" MMC-yə dekabr 2021-ci il hesabat ilinə 52781,75 AZN ƏDV və 2021-ci ilin mınfəət vergisi olaraq 58623,36 AZN hesablanmışdır. -xx.xx.2022-ci il tarixli **********739200 saylı qərardan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri baxılmamış saxlanılmışdır Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “CR-TƏCHİZAT-T- QURAŞDİRMA" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) kameral vergi yoxlamasına əsasən hesablanmış xx.xx.2022-ci il tarixli **********483400 və xx.xx.2022-ci il tarixli **********063900 nömrəli qərarlarla bağlı daxil olmuş müraciətlərin və onlara verilmiş cavabların surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradadn riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisə riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -175.1.1-ci maddəsinə görə hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDVnin vaxtı kimi müəyyənləşdirilir. -175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Cavabdehin etirazının yeganə dəlili ondan ibarətdir ki, 2021-ci il üzrə təqdim etdiyi ƏDV və mənfəət vergiuisi bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən əldə edilmiş elektron fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:
1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında 2021-ci ilin dekabr ayında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən riskli əməliyyat hesab edilmişdir. Qanunverciliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Cavabdeh etirazında qəbul edilmiş qəraların əsası kimi yuxarıda sadalanan əməliyyatların riskli hesab edildiyini bildirsə də, məhz hansı səbəbdən əməliyyatların riskli olduğunu açıqlmamış, buna dair vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanan alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən "xxxx" MMC həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, 18 fevral 2022-ci il tarixdə cavabdeh tərəfindən **********483400 saylı qərar qəbul edildikdən sonra artıq xx.xx.2022-ci il tarixdə iddiaçı qərarın ləğvi üçün yuxarı inzibati orqana müraciət etmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli cavab məktublarında Dövlət Vergi Xidməti araşdırmanın müddətinin uzadılması barədə iddiaçıya məlumat vermişdir. Lakin hər hansı qərar qəbul edilməmişdir. xx.xx.2022-ci il tarixli **********063900 nömrəli qərar qəbul edildikdən sonra da iddiaçı artıq xx.xx.2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, xx.xx.2022-ci il tarixdə isə Dövlət Vergi Xidmətinə şikayətlə müraciət etmişdir. İddiaçının müraciətləri ilə bağlı uzun müddət ərzində hər hansı qərar qəbul edilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarxidə məhkəmədə hazırki iddianı qaldırdıqdan sonra Dövlət Veggi Xidmətinə müraciət edərkən ərizələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********739200 saylı qərarı ilə iddiaçının inzibati şikayətləri baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun : -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə əsasən, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli № **********483400 saylı və xx.xx.2022-ci il tarixli № **********063900 saylı qərarlar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova