Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-906/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı Əziz oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək Xocalı rayonu Kərkicahan qəsəbəsi özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Əziz oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək Xocalı rayonu Kərkicahan qəsəbəsi özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hümbətov X3 rayonu Kosalar kəndində anadan olmuş və həmin rayonun Kərkicahan qəsəbəsində yaşamışdır. 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək həmin qəsəbədə özünümüdafiə batalyonun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə onun hərbi biletində qeydlər də vardır. O, müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh onun hərbi hissədə xidmət etməsi barədə məlumatların aşkar edilməməsinə əsaslanaraqona imtina cavabı vermişdir. Halbuki, o, özü də müraciətində hərbi hissədə deyil, özünümüdfiə batalyonunda iştirak etdiyini vurğulamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Əziz oğlu iddia tələbini müdafiət etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyi vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı özünümüdafiə batalyonunun tərkibində döyüşdüünü nəzərə alaraq cavabdehin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı döyüş əməliyyatlarında hər hansı hərbi hissənin tərkibində deyil, özünümüdafiə batalyonunun tərkibində iştirak etdiyini iddia edir. Bununla bağlı məhkəmə hesb edir ki, cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cəlb edilməlidir. Lakin iddiaçının həmin inzibati orqana müraciət etməsi ə həmin orqandan imtina cavabı alması müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Əziz oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək Xocalı rayonu Kərkicahan qəsəbəsi özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əziz oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməklə 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək Xocalı rayonu Kərkicahan qəsəbəsi özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-906/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-906/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver