Məhkəmə qərarları › İş №2-1(118)-906/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-906/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-906/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X33 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Yuzbekovnanın Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarının “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X10 və 126-cı X38 yazılmış hissəsində ləğv edilməsinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X15 (məhkəmə prosesi gedişində iddiaçı X15 vəfat etmiş və iddiaçı onun hüquqi varisi İddiaçı Yuzbekovna ilə əvəz edilmişdir) Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X10 və 126-cı X29 yazılması hissəsində ləğv edilməsi, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən X3 adına verilmiş, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492-10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06 dekabr 1960-cı ildə Xaçmaz rayonu Yalama kəndində anadan olmuşdur. Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ay rılmasma dair Yalama sovxozunun əmri təsdiq olunaraq, ümumi siyahıda iddiaçının adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat komisyasının 26 dekabr 1998-ci tarixli 14 saylı qərarı ilə iddiaçının adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi 1995-ci ildə iddiaçıya yerində ölçülərək təhkim olunandan sonra orada yaşayış evin tikintisinə başlamış və 1996-cı ilin ortalarında evi tikib başa çatdırmışdır. Yəni evin damı vurulmuş, qapı-pəncərə qoyulmuş və otaqların döşəmələri vurulmuşdur, evi tikdiyi zaman ailəsi ilə birlikdə Dərbənd şəhərində yaşayırdı, lakin mütəmadi olaraq qeyri iş günləri Xaçmaz rayonu Yalama İOV-nin Orta-oba kəndində tikilən evin tikinti işlərinə nəzarət etmişdir. X1 Xaçmaz rayonu Ortaoba kəndində valideynləri ilə birlikdə yaşayırdı. O, 1995-ci ilin oktyabr ayında Qusar rayonunda yaşayan Natəvan adlı qadınla ailə həyatı qurmuşdur. İlk vaxtlar Natəvan valideynlərində normal münasibətdə olsa da müəyyən müddətdən sonra aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən qardaşı Məzahir ailəsi ilə birlikdə valideynlərinin evindən çıxıb Yalama kəndində başqa evdə kirayə yaşamaq istəmişdir. Vəziyyətin bu cür alındığını görüb iddiaçı qardaşı Məzahirə təklif etmişdir ki, özünə torpaq sahəsi alıb ev tikənə qədər müvəqqəti olaraq təzə inşa etdirdiyi evə köçüb orada yaşasın. Belə də oldu. Qardaşı Məzahir ailəsi ilə birlikdə iddiaçının evinə köçərək orada yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında qardaşı Məzahirlə Natəvan məhkəmənin qətnaməsinə əsasən boşanmışlar. Məzahir yenidən valideynlərinin evinə qayıtmış, iddiaçıya məxsus evdə isə Natəvan yaşamaqda davam edir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Natəvan iddiaçının tikdiyi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə saxta yollarla adına mülkiyyət hüququna dair sənədlər düzəltdirmişdir. Belə ki, o, həmin evə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və 02.2013 —cü il tarixli, **********92-10301 reyestr nömrəli, 87 inventar nömrəli texniki pasport almışdır. Çıxarışda qeyd olunur ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X6, evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi özü və oğlu X23 ümumi birgə mülkiyyətidir. Qeyd edir ki, mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş, cavabdeh hansısa yolla həmin şəhadətnaməni hazırda ləğv olunmuş DT və XK-nın Xaçmaz rayon şöbəsinin işçiləri vasitəsilə aradan götürüb adına saxta şəhadətnamə almaqla sonradan evə dair yuxarıda göstərilən saxta sənədləri əldə etmişdir. Həmin torpaq sahəsinə iddiaçının adına Şəhadətnamənin mövcud olması qonşu torpaq mülkiyyətçilərinin, yəni X16 adına olan JN-141 A KOD 30225038 və X32 JN-074A KOD 30225038 olan Şəhadətnamələri ilə təsdiq olunur ki, həmin sənədlərdə qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının adı göstərilir. Bundan da əlavə iddiaçının adına 1995-ci ildə həyətyanı torpaq sahəsi ayrılarkən cavabdeh qardaşı Məzahirlə evlənməmiş, hələ də Qusar şəhərində pasport qeydiyyatında olmuş, torpaq sahəsi adına ayrılıb tərəfindən orada yaşayış evi inşa etdirdikdən sonra o, qardaşı Məzahirlə evlənərək valideynlərinin evinə gəlin köçmüşdür. Hazırki iddia ərizəsinin tərtib edilməsinə hazırlıq vaxtı Xaçmaz Rayon Dövlət Arxivindən aldığı xx.xx.2021-ci il tarixli 395 saylı Arxiv arayışı aldıqdan sonra məlum olmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarında Xaçmaz rayonu "Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X7 adında faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. Siyahıda 125-ci X17, 126-cı X38 qeyd edilmişdir. Belə çıxır ki, X11 yuxarıda göstərilən AİK-nın qərarında adının olmasından istifadə edərək qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində öz vəsaiti ilə inşa etdirdiyi evə hüquq müəyvənedici sənədləri əldə etmişdir. X40 tərəfindən evə dair sənədlərin öz adına alınmasının kökündə dayanan məhz AİK-nın müvafiq qərarı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 2.1 .-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə,inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2,-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında tsagıdakı iddialara baxılır: 2.2.1.şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara. Hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 4 saylı qərarında Xaçmaz, ravonıı “Yalama" sovxozunun AİK-nın Orta-oba kəndində / torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü nömrə ilə X7 adına 0,10 ha torpaq sahəsi mülkiyyətə verilməsi qeyd olunmaqla, orada 125-ci nömrə ilə X18 və 126-cı nömrə ilə X38 qeyd olunması tamamilə qanunsuzdur. Belə ki, Natəvan Gərəyxanova 1995-ci ilin oktyabr ayında qardaşı Məzahirlə ailə qurmuş və valideylərinin evinə gəlin köçmüşdür. Xaçmaz RPŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 160-8152-124 saylı arayıdan da görünür ki, X11 xx.xx.2005-ci il tarixdən Xaçmaz rayonu Yalama kəndində pasport qeydiyyatındadır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. “ Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı torpaq sahələr və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadəı hüququna dair sənədlərin hazırlanması,qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 5-ci maddəsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Natəvan Qereyxanovanın iddiaçının ailə üzvü olmadığı, Yalama kəndində 2005-ci ildən pasport qeydiyyatına durduğu halda 1998 -ci ildə AİK qərarı ilə onun iddiaçının ailə üzvü kimi qəbul edilərək Mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ona da aid etməsi tamamilə qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)-1032/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-648/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)- 1032/2021 saylı qərardadı qismən- “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarında “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında onun ailə üzvləri kimi qeyd edilən X10 və X20 dair qeydin ləğv edilməsinə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi, X4 adına torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın Aqrar İslahat Komissiyasının qərarı əsasında aparıldığını araşdırmadan, eyni zamanda birinci tələbə münasibətdə iddianın ümumi və iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtlərini yoxlamadan iki inzibati orqana qarşı iki fərqli tələblər irəli sürülməsi əsası ilə ümumilikdə iddianı mümkünsüz etmişdir. İş təkrar Sumqayıt İnzibati Məhkəməsinə qayıtdıqdan sonra, məhkəmənin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-906/2022 saylı qərardadı ilə X11 və X30 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq X3 adına olan Xaçmaz rayonu, Orta-Oba kəndində yerləşən fərdi yaşayış evinə dair 05 mart 2013-cü il tarixli ********** qeydiyyat nömrəli, RX ******* seriyalı çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin (texniki pasport, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli qərarı ilə X10 və X28 ayrılmış 0.18 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-131A, KOD 30225038 saylı şəhadətnamə, istismara qəbul aktının) təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü X8 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyən edilmiş, barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 09 iyun 2022-ci il tarixli, 08/A-2643-AƏ saylı məktubu) X14 24 mart 2022-ci il tarixdə vəfat etdiyinə görə iddiaçının vəkili X24 ərizəsi nəzərə alınmaqla iddiaçı X15 prosessual hüquqi varis kimi İddiaçı Yuzbekovna ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli, **********44 saylı məktubunda qeyd edilmnişdir ki, Xaçmaz rayon AlK-nın xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Əlavə olaraq bildirirlər ki, 0.53 ha torpaq sahəsinə verimiş JN-131 KOD 30225038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na dövlət reyestrindən X12, X4 və X19 adına **********25 reyestr nömrəli çıxarış işlənmiş və həmin torpaq sahəsi Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-366 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı Yuzbekovnanın vəkili X36 iştirak etmişdir.İddiaçı tərəfə hüquqi yardım edilmiş, aqrar islahat komisisiyasının qərarlarının mübahisələndirilməsinə iddia müddətinin tətbiq edildiyi izah edilmişdir. İddiaçı Yuzbekovnanın vəkili X36 bildirmişdir ki, mübahisəli yaşayış evi və torpaq sahəsinə üçüncü şəxs 2013-cü il tarixdə çıxarış almışdır. İddiaçının üçüncü şəxsin adına çıxarış verilməsindən 2020-ci ildə xəbəri olmuşdur. Ona görədə iddia müddəti ötürülməmişdir. Həmçinin məhkəmə iclasında üçüncü şəxs X11 iştirak etmiş və bildirmişdir ki, aqrar islahat komissiyasının qərarı ilə ona və X28 torpaq sahəsi ayrılmışdır. İddiaçının həmin torpağa hüququ yoxdur, iddianı əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarının “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X10 və 126-cı X38 yazılmış hissəsində ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarının hissəvi olaraq ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddiaçı üçüncü şəxslərin aqrar islahat zamanı qeydə alınmış hüquqlarını mübahisələndirir ki, həmin hüquqların mübahisələndirilə bilməsinə qanunvericiliklə müəyyən edilmiş müddət şamil edilmişdir. Həmin müddətin bərpa edilməsinə yol verilmir və məhkəmə hesab edir ki, bu eyni zamanda hüquqi müəyyənlik prinsipi ilədə ziddiyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar