Məhkəmə qərarları › İş №2-1(118)-906/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-906/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-906/2023 21.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LYTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, İdarənin 193 saylı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********43 saylı məktublarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LYTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, İdarənin 193 saylı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********43 saylı məktublarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3227/2019 saylı qətnaməsinə əsasən iddiaçı X2 apellyasiya şikayətin təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi təırəfindən iddiaçının adına verilmiş 21 oktyabr 2005-ci il tarixli JN-146 A kod 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mübahisəni həll edərkən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş bir sıra yanlış, təhrif edilmiş məlumatlara istinad etmiş, həmin məlumatlar da baxılan mülki işin taleyini həll etmişdir. Belə ki, qətnamənin 8-ci səhifəsinin 3-cü abzasında məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********43 saylı 16 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, mərhum X4 miras qatmış 0,990 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan ölçünün verilməsi ilə əlaqədar sənədlərə baxılmış, təqdim edilmiş sənədlər ekspertiza edilmiş, Abşeron rayonu, Saray qəsəbə X14 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarına əsasən ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumata əsasən X10 məxsus **********53 saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərində düşdüyü müəyyən edilmişdir. İddiaçı Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarına əsasən ayrılmış torpaq sahəsinə dair idarənin elektron bazasında hər hansı məlumatın olub-olmaması barədə məlumat verilməsi barədə idarəyə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, İdarənin elektron bazasında, daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlarında X6 adına Abşeron rayonu, Saray qəsəbə X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 59.8 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0990 ha torpaq sahəsinə dair beç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi məhkəmənin istinad etdiyi idarə tərəfindən verilmiş məktubda olan məlumatlar tamamilə yanlış, həqiqətə uyğun olmayan məlumatlardır. Bundan başqa iddiaçı X2 vəkili Sumqayıt Şəhər Hüquq Məsləhətxanasının vəkili X9 rayonu, Saray qəsəbəsində yerləşən Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan və ölçüsünün (Mövqe planı, qonşuların adları göstərilməklə) verilməsi barədə sorğusuna cavab olaraq idarə tərəfindən bildirilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və elektron baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi İdarə tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X10 məxsusdur. İddiaçı torpaq sahəsi iddia olunan torpaq sahəsi ilə şərqdən qonşudur, iddia olunan torpaq sahəsi şimaldan X11 ilə, cənubdan isə yol ilə sərhəddir. Həmin məlumatla bağlı onun müraciətinə cavab olaraq 13 iyun 2022-ci il tarixli **********72 saylı məktub ilə bildirmişdir ki, müraciətdə aydınlaşdırılması xahiş olunan məqama aydınlıq gətirməmişdir. Müraciət məktubunda iddia olunan torpaq sahəsi barədə bir qeyd olunmasa da, cavab məktubunda bu məsələyə münasibət bildirilmiş, müraciətin məqsədi olan İddiaçı qonşuluqlarının göstərilməsi olmasına baxmayaraq cavab məktubunda iddia oluna torpaq sahəsinin X10 məxsus olması və X10 məxsus torpaq sahəsinin qonşuluqları barədə məlumat verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, **********38 saylı xx.xx.2017-ci il tarixli cavab məktubunda Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və Elektron baza məlumatlarına əsasən araşdırılmış” cümləsində qeyd edilmiş elektorn baza məlumatları qeydi X6 adına ayrılmış 0,99 ha torpaq sahəsi barədə idarənin elektron baza məlumatlarında hər hansı bir məlumatın olması anlamına gəlmir. Faktiki olaraq **********653 saylı çıxarışa əsasən X10 mülkiyyətində olan torpaq idarənin mütəxəssisi tərəfindən müayinə edilmiş, idarənin baza məlumatlarında müayinə oluna torpaq sahəsinin yalnız X10 məxsus olması barədə məlumat aşkar edilmişdir. Göründüyü kimi İdarənin 19 nömrəli xx.xx.2017-ci il tarixli məktubundan yanlış təhrif edilmiş məlumatlar verilmiş, sorğuda tələb edilən suala cavab verilməmiş, sorğuda İddiaçı qonşuluqlarının müəyyən edilməsi istənilsə də X7 qonşuluğu müəyyən edilmiş, X7 digər tərəflərdən qonşuları qeyd edilsə də, qərb tərəfdən qonşuluğu qeyd edilməmişdir. Halbuki, iddiaçıya torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair yeganə sənəd olan təhkim aktında göstərilən yer elə X10 məxsus olan torpaq sahəsinin qərbində yerləşən torpaq sahəsinə uyğun gəlir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşıənmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, keçmiş DTXK tərəfindən verilmiş kodu 30800086 olan JN-146A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı X8, Nümayəndə və X3 mülkiyyətinə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsinin və kodu 30800086 olan JN-1706A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə döngə nöqtələrinin korrdinatları göstərilmədiyindən elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olması səbəbindən naturada torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Halbuki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş formasında, ümumiyyətlə, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları nəzərdə tutulmamışdır. Yəni Azərbaycan Respublikasında torpağın mülkiyyətə verilməsinə dair heç şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmişdir. Şəhadətnamə ilə verilən torpaq sahəsinin döngə nöqtəsinin korrdinatları idarənin elektron kadastr məlumat bazasında yerləşdirilir. X15 rəydə yanlış məlumatlar daxil etməklə məhkəməni yanlış nəticəyə gəlməyə sövq etmişdir. İdarənin 13 iyun 2022-ci il tarixli, **********72 saylı məktubunda qeyd edildiyi kimi X7 **********53 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan və İddiaçı **********28 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş torpaq sahələrinin ilkin sənəd üzrə koordinatları faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları ilə tam olaraq uyğunluq təşkil edir və üst-üstə düşmə halı yoxdur, iddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazidə ümumi DWG uyğunsuzluğu aşkar edilməmişdir. İddiaçı cavabdeh orqana Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, idarənin 193 saylı xx.xx.3017-ci il tarixli məktubunun və 16 may 2017-ci il tarixli, **********43 saylı məktubunun ləğv edilməsi barədə müraciət etsə də müraciətimin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə və Vəkil iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, mübahisələndirilən mütəxəssis rəyi və məktublar iddiaçı üçün heç bir nəticə yaratmadığından ayrıca mübahiəsələndirilə bilməz. Məhkəmə iş üzrə materialları araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddia rəzisənini məzmunundan göründüyü kimi iddiaçı məhkəmə araşdırması zamanı məkəmənin müraciətinə əsasən tərtib edilmiş mütəxəssis rəyinin və cavabdeh inzibati orqanın məktublarınının ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən mütəxəssis rəyi və məktublar inzibati akt deyildir və onlardan qanunvericilikdə şikayət nəzərdə tutulmamışdır. Həmin rəy mütəxəssisin fikrini (şərhini) əks etdirir və məhkəm üşün məcburi xarakter daşımır. Məhkəmə sübutlar toplusunu məcmuu qaydada qiymətləndirərək hər hansı qənaətə gəlir. Göründüyü kimi yuxarıda göstərilən mübahisə üzrə artıq məhkəmənin qanuniu qüvvəyə minmiş qətnaməsi vardır. Hazırda həmin məhkəmə araşdırması zamanı verilmiş mütəxəssis rəyinin və məktubların mübahisələndirilməsini məhkəmə mümkünsüz hesab edir. Hüquqi müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Mübahisələndirilən mütəxəssis rəyi və məktublar özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə rəyin bə məktubların özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisənin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LYTİ-nin mühəndisi Azər Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin, İdarənin 193 saylı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********43 saylı məktublarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar