Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-907/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Quba Bələdiyyəsi Ərazisində Yerli Rəy Sorğusunun Keçirilməsi ilə X3 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X6rşı “X1 Ərazi Dairəsi üzrə “Təşəbbüs Qrupu”-nun 52 saylı X9 Komissiyasında qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X7 üzərinə vəzifə olaraq qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba Bələdiyyəsi Ərazisində Yerli Rəy Sorğusunun Keçirilməsi ilə X5 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X6rşı “X1 Ərazi Dairəsi üzrə “Təşəbbüs Qrupu”-nun 52 saylı X9 Komissiyasında qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X7 üzərinə vəzifə olaraq qoyulması”-na dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2-1(118)-2264/2021 saylı Qərardadı ilə iddia mümkün sayılmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin 29.12.2021-ci il tarixli, 2-1(105)-767/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-2264/2021 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Bələdiyyəsinin inzibatı ərazisində (Quba şəhəri və Əski-İqrik kəndi) yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək məqsədi ilə 18 sentyabr 2021-ci il tarixli iclasın qərarı ilə təşəbbüs qrupu yaradılmişdir. Yerli rəy sorğusunun keçirilməsi məqsədi ilə təşəbbüs qrupunun yaradılmasına səbəb 2019- cu il dekabr ayında keçirilən seçkilərdən sonra yaranan tərkibli Quba Bələdiyyəsi öz işini "Bələdiyyələrin statusu haqqında" Qanununun tələbələrinə zidd həyata keçirmişdir. Belə ki, həmin Qanunun tələbinə əsasən bələdiyyə fəaliyyətini, daimi komissiyalar və məhəllə komitələri vasitəsilə ilə qurmalı olduğu halda bələdiyyə sədri Humayə Məmmədova, kollegial orqan olan bələdiyyənin bütün səlahiyyətlərini öz əlində cəmləşdirərək daimi komissiyalarının və məhəllə komitələrinin iştirakları olmadan bələdiyyənin bütün hüquq və vəzifələrini təkbaşına həyata keçirməsi, özbaşnalıqla və qanunsuz əməllərlə məşqul olması, bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq amillərinə ciddi əməl edilməməsi olmuşdur. Quba şəhər sakinləri tərəfindən Quba bələdiyyəsinin fəaliyyətində mövcud olan ciddi nöqsanlar və qanun pozuntuları barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə Şöbəsinə rəsmi müraciətlər göndərilmişdir Xaçmaz Regional Ədliyyə Şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Quba bələdiyyəsinin fəaliyyətində aşkarlanan ciddi qanun pozuntuları ilə əlaqədar müvafiq inzibatı icraat işinin başlanması barədə qərar qəbul etməli olduğu halda, həmin faktlar ört-basdır edilmişdir. “Quba Bələdiyyəsində vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq ayrılması ilə əlaqədar yaradılan torpaq növbəsi siyahısında 20-25 ildir ki, növbədə duran yüzlərlə vətəndaşların hüquqları kobudcasına pozulur. Belə ki, heç vaxt torpaq növbəsində qeydiyyatı olmadan və yaxud son 1-2 ildə növbəyə alınmış şəhər sakinlərinə qanunsuz olaraq torpaq sahəsi ayrılır. Bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Bütün bu qanunsuz hərəkətlər bələdiyyə sədri H. Məmmədova tərəfindən öz şəxsi maraq və mənafeyinə görə həyata keçirilir. X4 digər işçiləri öz səlahiyyətlərini normal yerinə yetirsə idilər onlar bu işi nəzarətdə saxlayaraq vətəndaşların hüquqlarının pozulmasına yol verməzdilər. Bundan başqa: iclas protokolları qeydiyyat kitablarında qeydə alınmır. Bələdiyyə iclaslarında boş protokol blanklar təqdim edilir və üzvlər boş blanklara imza edirlər. Protokollarda üzvlərin mövqeyi qeydə alınmır. 2019-cu il seçkilərindən sonra yaranmış Quba bələdiyyəsinin hazırki tərkibi, bələdiyyələr yaranana qədər vətəndaşların qanuni qanuni istifadələrinə və mülkiyyətlərinə verilmiş və 25-30 il əvvəl üzərində fərdi yaşayış evləri tikilmiş torpaq sahələri qanunsuz olaraq geri tələb edərək həmin torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində qeydə aldıraraq hərracda satışını təmin edir. Həmin faktlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq müsabiqələrinin və hərraclarının 2021-ci il ərzində keçirilmiş hərracların video görüntüləri və rəsmi sənədləri ilə təsdiq edilir. Quba Bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə X5 hesab edir ki, Quba bələdiyyəsinin fəaliyyəti ilə bağlı Yerli rəy sorğusu keçirilməlidir. Həmin məqsədlə nümayəndə vasitəsi ilə, “Təşəbbüs qrupu”nun 18 sentyabr 2021-ci il tarixli iclas qərarının əsli Quba Bələdiyyəsinin inzibatı ərazisi üzrə 52 saylı X9 komissiyasına təqdim edilərək “Təşəbbüs qrupu”nu qeydiyyata alınmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X7 01 noyabr 2021-ci il tarixli, № 26 nömrəli məktubundan göründüyü kimi “Təşəbbüs qrupu”nun müraciəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, fəaliyyətdə olan hər hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü “Yerli rəy sorğusu” haqqında Azərbaycan Respublikasın Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı X1 Ərazi Dairəsi üzrə “Təşəbbüs Qrupu”-nun 52 saylı X9 Komissiyasında qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, fəaliyyətdə olan hərhansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü “Yerli rəy sorğusu” haqqında Azərbaycan Respublikasın Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyə uyğun olduğu və imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Belə ki, Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. Maddə 4. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir. Həmin qərarın əsasını yerli rəy sorğusunun nəticələri təşkil edir. Bələdiyyənin qərarı bələdiyyə ərazisində məcburi hüquqi qüvvəyə malikdir. Maddə 10. Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Yerli rəy sorğusunun təyin edilməməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunun təyin edilməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edə bilər. Şikayətlərə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır. Maddə 12. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının yaradılması Yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaşlar yığıncaq keçirirlər və aşağıdakı məsələlərə baxırlar: 1) Təşəbbüs qrupunun yaradılması; 2) Yerli rəy sorğusuna məsələnin irəli sürülməsi; 3) Səlahiyyətli nümayəndənin təyin edilməsi; 4) Təşəbbüs qrupunun qeydiyyata alınmaq barədə ərazi rəy sorğu komissiyasına müraciət edilməsi. Həmin məsələlər yığıncaqda müzakirə edilir və müvafiq qərar qəbul edilir. Yığıncağın gedişi barədə protokol tərtib olunur və protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanır. Təşəbbüs qrupu yerli rəy sorğusuna çıxarılan məsələni dürüst ifadə etməlidir ki, ona birmənalı cavab verilməsi mümkün olsun. Maddə 13. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının qeydə alınması Təşəbbüs qrupu yığıncaq keçirdikdən sonra ərazi rəy sorğusu komissiyasına yazılı formada müraciət edir. Müraciətə təşəbbüs qrupunun yaradılması üçün keçirilən yığıncağın protokolu əlavə olunur. Ərazi rəy sorğusu komissiyası yuxarıda göstərilən sənədlər təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 2-ci, 3-cü və 12-ci maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Təşəbbüs qrupu qeydə alındıqda səlahiyyətli nümayəndəyə təşəbbüs qrupunun qeydə alınması barədə şəhadətnamə və bu Qanunun əlavəsində göstərilmiş formada müvafiq sayda təsdiq edilmiş imza vərəqələri verilir. Təşəbbüs qrupu qeydə alınmaqdan imtina edilməsindən müvafiq məhkəməyə şikayət edə bilər. Həmin şikayətə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır. Maddə 17. Yerli rəy sorğusunun keçirilməsi üzrə komissiyalar Yerli rəy sorğusunu aşağıdakı komissiyalar hazırlayırlar və keçirirlər: ərazi rəy sorğusu komissiyası; məntəqə rəy sorğusu komissiyaları. Maddə 27. Yerli rəy sorğusu komissiyalarının qərar və hərəkətlərindən şikayət etmə Yerli rəy sorğusu komissiyalarının və onların vəzifəli şəxslərinin qərarlarından və qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən), bu Qanunda başqa müddət nəzərdə tutulmayıbsa, 3 gün müddətində yuxarı rəy sorğusu komissiyasına və ya müvafiq məhkəməyə şikayət edilə bilər. Eyni şikayət üzrə rəy sorğusu komissiyası və müvafiq məhkəmə bir-birindən mahiyyətcə fərqli qərarlar qəbul edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhkəmənin qərarı daha yüksək hüquqi qüvvəyə malikdir. Məhkəməyə müraciət etmək üçün əvvəlcədən yuxarı rəy sorğusu komissiyasına müraciət etmək məcburi deyildir. Qanunvericiliyin tələblərindən göründüyü kimi Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Fəaliyyətdə olan hərhansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü Qanunvericiliklə nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-907/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-907/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver