Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-91/2020 23.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı xx xxxxxx 2019-cu il tarixli 01 saylı iclas protokolu qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçınıniddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Sumqayıt bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 01 saylı iclas protokolu qərarının ləğv edilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh İddiaçı MTK-ya qarşı qərarın, torpaq icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Hazırda iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə mübahisənin məhkəmədən kənar həll etdikləri üçün iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair mövqeyi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı xx xxxxxx 2019-cu il tarixli 01 saylı iclas protokolu qərarının ləğv edilməsitələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-91/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-91/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver