Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-910/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. K/52 nömrəli “Canlı şəxsin məhkəmə-tibbi müayinəsi haqqında” Akt;
2. 16 fevral 2022-ci il tarixli ekspert komissiyasının rəyindən görünür ki, X8 məhkəmətibbi müayinəsi zamanı (16 fevral 2022) başın alın nahiyəsinin sağ yarısında bir ədəd çapıq toxuma aşkar edildi. Qeyd edilən xəsarətin saxlanılmış morfoloji xüsusiyyətlərinə görə demək olar ki, bu xəsarət 1-1,5 ilə qədər olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, iti kənarlı əşyanın təsirindən törənməyə gəlir, müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə, 2020-ci ilin noyabr ayında silah mərmisinin partlanması nəticəsində patlayış zərbə dalğasının təsirindən onun avtomobilin salonundan bayıra atılma zamanı salon hissələrinin, o cümlədən ön şüşənin sınmış hissələrinin təsirindən əmələ gələ bilər. Hazırda qüvvədə olan “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspert komissiyasının keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi də Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli, 123 №-li əmrinin 7 və 208-ci bəndlərinə uyğun olaraq, yaralanma barədə tibbi sənədlər olmadıqda, məhkəmə-eksperti yalnız aşkar bədən zədələnmələrinin xarakterini və müddətini təyin edir. Xəstəliklərin, o cümlədən Qapalı kəllə-beyin travması beyin silkələnməsindən sonrakı vəziyyətin diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir.
3. Müdafiə Nazirliyinin Baş X5 bölməsinin X10 barəsində 4172 nömrəli “Çıxarış epikrizi”.
4. “Maddi-texniki təminat bölüyünün avtomobil tağımının yanacaqdolduran baş sürücü MAHHXHQ əsgər X8 davranışı haqqında” 8 may 2022-ci il tarixli aktdan görünür ki, madditexniki təminat bölüyünün avtomobil tağımının yanacaqdolduran baş sürücü MAHHXHQ əsgər X10 döyüş vaxtı aldığı xəsarətdən sonra kəllə-beyin travmasından sonra dəfələrlə azərbaycan ordusunun baş kliniki hospitalında müalicə almışdır və buna baxmayaraq MAHHXHQ əsgər X1 dəyişikliklər olmamışdır və özündə əsəbililik, yuxusuzluq, yaddaş pozğunluğu, aqressivlik və baş ağrılarından əziyyət çəkir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun 2022-ci il tarixli, 2280 nömrəli mahhxhq əsgər İddiaçı barəsində “Travma haqqında arayış”dan görünür ki, xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı gün,ay, il, alınma şəraiti 6 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.“diaqnozu ilə xəsarət almışdır. Xəsarətin (yaralanmanın, travmanın, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan 3 oktyabr 2022ci il tarixli, 083025 nömrəli çıxarışlar.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12nin 3 noyabr 2022-ci il tarixli, 10520 nömrəli məktubundan görünür ki, İddiaçı 3 noyabr 2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5 Özünəqəsd cəhdlərilə” qoyulmuşdur.
8. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası 29 dekabr 2022-ci il tarixli, 14884 nömrəli İddiaçı “Xəstəlik haqqında şəhadətnamə”sindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən “diaqnoz: Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (6 noyabr 2020). Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ alın nahiyəsinin kor qəlpə yaralanmasından (6 noyabr 2020) sonrakı bərkimiş dəri çapıgı. Sol bazunun dəri çapıqları. Barotravma (6 noyabr 2020), ikitərəfli xroniki koxlear nevrit ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pışıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” səbəbi – “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; “Diaqnoz: Bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, remissiya mərhələsində. 36,46-cı dişlərin olmaması” səbəbi – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “Diaqnoz: Qaraciyərin sağ payının hemangioması, funksiyanın pozulmaması ilə” səbəbi – “ümumi xəstəlikdir” təsdiq edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 Həkim Psixiatr Komissiyasının 22 may 2023-cü il tarixli, 782 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X10 öz müraciətinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə F06.3.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı göndərilmiş 27 aprel 2023-cü il tarixli, 3-17-4/2-S-9834/2023 nömrəli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciətinin əsasında 17 mart 2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 Həkim Psixiatr Komissiyasının 6 noyabr 2023-cü il tarixli, 2087 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X10 öz müraciətinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, qıcolma tutmaları, intihar cəhdləri ilə F07.0.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
12. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 11 aprel 2023cü il tarixli, 3-17-4/3-3-2172/2023 nömrəli qərarından görünür ki, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12nin 16 avqust 2024-cü il tarixli, 6598 nömrəli məktubundan görünür ki, 1992-ci il təvəllüdlü X10 5 sentyabr 2022-ci il tarixdə Sumqayıt Tibb Mərkəzinin göndərişinə əsasən mərkəzə müayinə və müalicə üçün müraciət edib, rəy verilib, təkrar olaraq 3 noyabr 2022-ci il tarixdə müraciət edib. Diaqnoz: üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12nin 21 avqust 2024-cü il tarixli, 10243 nömrəli məktubundan görünür ki, xx xxxxx 1992-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 30 iyul 2012-ci il – 31 iyul 2012-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionsar müalicə alıb. 25 fevral 2022 – 11 mart 2022; 13 sentyabr 2022 – 4 oktyabr 2022;11 noyabr 2022-ci il – 1 dekabr 2022; 5 iyun 2023cü il – 30 iyun 2023; 6 noyabr 2023 – 27 noyabr 2023-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Sonuncu dəfə 18 iyul 2024 – 8 avqust 2024-cü il tarixdə xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
15. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, “iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İkinci Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. Hərbi xidmətdə olduğu dövrdə hərbi travmalar almışdır və “üzvü affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə F06.3 diaqnozu qoyulmuşdur. İddiaçıya qoyulmuş diaqnoz ikinci dərəcə əliliyin alnmasına əsas verdiyi üçün o, hərbi xidmətdə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın 27 aprel 2023-cü il tarixli məktubu ilə əlilliyin təyin edilməsindən imtina edilmiş və qoyulmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnozun əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı hesab edir ki, əlillik təyin edilməsindən imtina edilməsi tamamilə formal tələblərə əsaslanmışdır. Cavabdeh orqan tərəfindən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7, Respublika Psixiatriya Xəstəxanası X12, Psixi Sağlamlıq Mərkəzi X12, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş rəylər nəzərə alınmamışdır.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1, 1.2, 2.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 33.1, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.
18. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
19. Məhkəmənin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-4242/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X12n 6 noyabr 2023-cü il tarixli, 2379 saylı rəyi nəzərə alınmaqla, iddiaçının ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 yanvar 2024-cü il tarixli, 3-17-4/2-1731/2024 nömrəli “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanasının H00070993LTX nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra məhkəmə qərardadına uyğun olaraq, vətəndaş 9 yanvar 2024cü il tarixdə yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçıya dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim olunmuşdur.
21. Məhkəmənin 2 aprel 2024-cü il tarixli, 2-1(118)-910/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmitəcrübi və Tədris birliyinin ekspertlərinə tapşırılmışdır.
22. Məhkəmənin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-910/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nə tapşırılmışdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
23. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya xəstəxanasının 9 fevral 2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.sağ alın nahiyyəsinin kor qəlpə yaralanması. Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı., Üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu. Özünəqəsd cəhdləri. Posttravmatİk stress pozuntusu, Qaraciyərin sağ payının hemangioması funksiyanın pozulmaması ilə Bronxial astma, qarışıq forma. hissəvi nəzarət olunan, remissiya mərhələsində; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, iddiaçı 17 mart 2023-cü il tarixdə əyani müayinədə olmuş və cavabdeh tərəfindən 3-17-4/3-3-2172/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx xxxxx 1992-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29 dekabr 2022-ci il tarixli, 14884 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülavim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (6 noyabr 2020-ci il). Keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlıgı. Sağ alın nahiyəsinin kor qəlpə yaralanmasından (6 noyabr 2020-ci il) sonrakı bərkimiş dəri capığı. Sol bazunun dəri çapıqları. Barotravma (6 noyabr 2020-ci il). ikitərəfli xroniki nevrit. ikitərəfli davamlı nevrosensor ağıresitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Bronxial astma, qarısıq forma, hissəvi nəzarət olunan, remissiva mərhələsində. 36, 46cı dişlərin olmaması diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Qaraciyərin sağ payının hemanoioması. funksiyanın pozulmaması ilə. “diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 5 sentyabr 2022-ci il tarixli, 8510 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi emosional labif pozuntu. Posttravmatik stress pozuntusu .” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 13 sentyabr 2022-ci il – 4 oktyabr 2022-ci il tarixli 10371/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz uÜzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntu.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 3 noyabr 2022-ci il tarixli, 10520 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibəsi zamanı) dissosiativ pozuntu. Özünə qəsd cəhdlərilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 11 noyabr 2022-ci il - 1 dekabr 2022-ci il tarixli 12777/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması mühanbəsi zamanı) dissosiativ pozuntusu, özünə qəsd cəhdlərilə.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boğulmadan, öskürəkdən, halsızlıqdan, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, başında olan küydən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən suallara əsəbi, qısa cavab vermiş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik izlənilmiş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsaslanaraq, iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir.
24. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
25. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
28. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
29. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”
40. İddia tələbinin əsaslarına görə: - İkinci Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır; - Hərbi xidmətdə olduğu dövrdə hərbi travmalar almışdır və “üzvü affektiv pozuntu, teztez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə F06.3 diaqnozu qoyulmuşdur; - Cavabdeh orqan tərəfindən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7, Respublika Psixiatriya Xəstəxanası X12, Psixi Sağlamlıq Mərkəzi X12, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş rəylər nəzərə alınmamışdır;
41. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boğulmadan, öskürəkdən, halsızlıqdan, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, başında olan küydən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən suallara əsəbi, qısa cavab vermiş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik izlənilmiş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
42. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı (16 fevral 2022) başın alın nahiyəsinin sağ yarısında bir ədəd çapıq toxuma aşkar edildi. Qeyd edilən xəsarətin saxlanılmış morfoloji xüsusiyyətlərinə görə demək olar ki, bu xəsarət 1-1,5 ilə qədər olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, iti kənarlı əşyanın təsirindən törənməyə gəlir, müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə, 2020-ci ilin noyabr ayında silah mərmisinin partlanması nəticəsində patlayış zərbə dalğasının təsirindən onun avtomobilin salonundan bayıra atılma zamanı salon hissələrinin, o cümlədən ön şüşənin sınmış hissələrinin təsirindən əmələ gələ bilər. Maddi-texniki təminat bölüyünün avtomobil tağımının yanacaqdolduran baş sürücü iddiaçı döyüş vaxtı aldığı xəsarətdən sonra kəllə-beyin travmasından sonra dəfələrlə azərbaycan ordusunun baş kliniki hospitalında müalicə almışdır və buna baxmayaraq iddiaçının səhhətində dəyişikliklər olmamışdır və özündə əsəbililik, yuxusuzluq, yaddaş pozğunluğu, aqressivlik və baş ağrılarından əziyyət çəkir. Xəsarətin 6 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.“diaqnozu ilə xəsarət almışdır. Xəsarətin döyüş tapşırığını yerinə yetirərkən almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən “diaqnoz: Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (6 noyabr 2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ alın nahiyəsinin kor qəlpə yaralanmasından (6 noyabr 2020) sonrakı bərkimiş dəri çapıgı. Sol bazunun dəri çapıqları. Barotravma (6 noyabr 2020), ikitərəfli xroniki koxlear nevrit ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pışıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” səbəbi – “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; “Diaqnoz: Bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, remissiya mərhələsində. 36,46-cı dişlərin olmaması” səbəbi – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “Diaqnoz: Qaraciyərin sağ payının hemangioması, funksiyanın pozulmaması ilə” səbəbi – “ümumi xəstəlikdir” təsdiq edilmişdir. İddiaçı 5 sentyabr 2022-ci il tarixdə Sumqayıt Tibb Mərkəzinin göndərişinə əsasən mərkəzə müayinə və müalicə üçün müraciət edib, rəy verilib, təkrar olaraq 3 noyabr 2022-ci il tarixdə müraciət edib. Diaqnoz: üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5. İddiaçı 30 iyul 2012-ci il – 31 iyul 2012-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionsar müalicə alıb. 25 fevral 2022 – 11 mart 2022; 13 sentyabr 2022 – 4 oktyabr 2022;11 noyabr 2022-ci il – 1 dekabr 2022; 5 iyun 2023-cü il – 30 iyun 2023; 6 noyabr 2023 – 27 noyabr 2023-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Sonuncu dəfə 18 iyul 2024 – 8 avqust 2024-cü il tarixdə xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub.
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” X12nin 6 iyun 2024-cü il tarixli, 2557 rəyinin nəticə hissəsindən görünür ki, SN-nin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, iddiaçının tibbi sənədlərinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Psixiatriya Xəstəxanasın”da tərtib edilmiş 1 fevral 2023-cü il tarixli, H00070993LTX saylı (Forma 088) göndərişində qeyd edilmiş “Üzvi dissiosiativ pozuntu, üzvi mənşəli qapalı kəllə-beyin travması (müharibə zamanı) dissiosiativ pozuntu, özünə qəsd cəhdlərilə, istənilən lokalizasiyalı hemangioma, qaraciyərin sağ payının hemangioması, funksiyanın pozulmaması ilə, baş beyin silkələnməsi, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı, qarışıq astma, bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, remissiya mərhələsində, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ alın nahiyəsinin çoxqəlpəli yaralanması, posttravmatik stress pozuntusu, posttravmatik stres pozuntusu” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğundan onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. Qərardadda qeyd olunan sualdakı diaqnoz yuxarıda göstərilən diaqnozla ümumən eynilik təşkil edir. Şəxs əyani müayinədə verilən suallara əsəbi, qısa cavab vermiş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik izlənilmiş, bələdliyi bütün növlər üzrə saxlanılmış, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional labil pozuntu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır.
2. İş materiallarında olan tibbi sənədlərdə real xəstəlik vəziyyəti ilə əlaqədar əlavə hər hansı diaqnoz müəyyən edilmədi. 3-5. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”ndakı hər-hansı birini aid etməyə əsas vermədi.
44. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12nin 4 sentyabr 2024-cü il tarixli, 2560 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. İddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Müdafə Nazirliyi N saylı hərbi hissənin travma haqqında arayışında “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonraki bərkimiş dəri çapığı” xəsarətini almasının qeyd edilməsi, Azərbaycan Respublikası Müdafə Nazirliyinin baş Klinik Hospitalında ‘‘Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu və vegetativ damar davamsızlığı. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Qaraciyərin kiçik ölçülü hemangioması, funksiyanın pozulmaması ilə. 17-ci dişin xroniki peridontiti. 18-ci dişin retensiyası. Hepatosteatoz. Barotravma (6 noyabr 2020) sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 m, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi’də “Üzvi mənşəli (Qapalı kəllə beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5. Özünəqəsd cəhdləri ilə” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Üzvi mənşəli (Qapalı kəllə beyin , trayması müharibə zamanı) dissosiativ pozuntu F06.5. Özünəqəsd cəhdləri ilə” .diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Üzvi emosional labil pozuntu F06.6. Posttravmatik stress pözuntusu F43.1”) diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan ). İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sualın cavabı: İddiaçıda hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla F07.0 aşkar olunur. 2-ci sualın cavabı: iddiaçının əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından 1. Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı,
7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir İstinada əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlüklə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. 3-cü suaın cavabı: iddiaçıda (F06.3) “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə”, - (F07.0) “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, qıcolma tutmaları, intihar cəhdləri ilə” pozuntuları müəyyən edilir.
45. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.
48. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
49. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirildiyi 9 fevral 2023-cü il tarixindən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova