Məhkəmə qərarları › İş №2-1(118)-911/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-911/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-911/2025 02.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3n 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3n 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən 15 may 2006-cı il tarixdə Dövlət Aktı qeydiyyatı kitabında 1694 nömrə ilə qeydə alınmaqla İddiaçı adına verilmiş JN 950F Kod 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi tələbinə dair iddia ərizəsinə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 15 may 2006-cı il tarixdə Şəhadətnamələrin qeydiyyatı kitabında 1694 nömrə ilə qeydiyyata alınmış JN 950F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Digah kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsi 2006-cı ildən hal-hazıradək sahibliyində və istifadəsinədir, mülkiyyətçi kimi həmin torpaq sahəsinə dair bütün vergilər müntəzəm olaraq tərəfindən ödənilir. Mülkiyyət hüququmu təsdiq edən JN 950F Kod 30327028 saylı Torpağa Mülkiyyət Hüququna X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib Çıxarışın və Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin verilməsi barədə müraciətimə imtina cavabı verilmiş və imtina, adına olan Şəhadətnamənin DT və XK-nın Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmaması və elektron məlumat bazasında olan xəritədə əks olunmaması, bundan əlavə həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemondə (TEKUİS) kənd təsərrüfaftı təyinatlı torpaq sahələri kimi qeyd olunması ilə əsaslandırmışdır. Hesab edir ki, Quba rayonu, Digah kəndi ərazisində İddiaçı adına olan 0,05 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair JN 950F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatının aparılmamasının təqsirkarı vətəndaş kimi iddiaçı deyil. Belə ki, qeyd olunan torpaq sahəsi Quba rayon Digah Bələdiyyəsinin 26,10.2005-ci il tarixli 12 saylı qərarı ilə satılmışdır və həmin torpaq sahəsinə dair sənədlər tərəfindən AR DT və XK-nın Quba rayon şöbəsinə təqdim edildikdən sonra adına JN 950F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş, Şəhadətnamələrin qeydiyyatı kitabında 15 may 2006-cı il tarixdə 1694 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsindən 2006-cı ildən hal-hazıra kimi faktiki istifadə edir, torpaq sahəsinə dair bütün vergiləri ödəyir və digər qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, JN-950 F nömrəli KOD 30327028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri X3n 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. JN-950 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələri kimi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN-950 F nömrəli KOD 30327028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 mart 2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Digah bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı iclas protokoluna əlavə sənədlərdə İddiaçı torpaq sahəsi verilməsi haqqında məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Digah-Xucbala bələdiyyəsinin 18 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir sənəd yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X3 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 01 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində İddiaçı adına verilmiş JN-950F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Cavabdehin 16 oktyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi naturada 0.05 ha təşkil edir. DTvə XK tərəfindən verilmiş JN-950F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKİUS) öz əksini tapmamışdır. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi DWJ baza məlumatlarında bələdiyyənin ehtiyat fondu torpaqları (BEF), torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatlı təyinatlı olub uqodiyası həyətyanı kimi, göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Qonşu torpaq sahələrinə reyestr nömrələri **********65 və **********61 olan çıxarışlarla DƏDRX tərəfindən mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 15 may 2006-cı il tarixdə Şəhadətnamələrin qeydiyyatı kitabında 1694 nömrə ilə qeydiyyata alınmış JN 950F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Digah kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır. Cavabdeh isə qeyd edir ki, JN-950 F nömrəli KOD 30327028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri X3n 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. JN-950 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələri kimi qeyd olunmuşdur. İddiaçı torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasını istəyir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsi ayrılması barədə arxivdə və bələdiyyədə heç bir sənəd yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X3 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 01 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində İddiaçı adına verilmiş JN-950F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Cavabdehin 16 oktyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi naturada 0.05 ha təşkil edir. DTvə XK tərəfindən verilmiş JN-950F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKİUS) öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən JN-950F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni məhkəmə mötəbər sənəd qismində qəbul etmir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar