Məhkəmə qərarları › İş №2-1(118)-912/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-912/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-912/2020 23.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçıCavabdehnə qarşıatası Sadıqov Rafiq Babaş oğlunun ölümünün qeydə alınması və bununla bağlı ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Sadıqov Rafiq Babaş oğlunun ölümünün qeydə alınması və bununla bağlı ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası - Sadıqov Rafiq Babaş oğlu xx xxxxxx 2019-cu il tarixdə yaşadığı və qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, MMBM yataqxanası ünvanında ürəyinin kəskin ağrısından şikayətlənərək, halı qəfildən pisləşmişdir. Hadisədən bir neçə ay əvvəl Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birində ürəyindən əməliyyat olunmuş və bununla bağlı xəstəxananın müvafiq sənədləri var. Halı pisləşən zaman, əvvəllər də ürəyinin infarktı diaqnozu ilə müalicə aldığı üçün bu halın da növbəti infarkt olduğu düşünülərək, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X2 Stansiyasına çağırışla müraciət edilmiş, saat 16-17 radələrində tibbi yardım briqadası gələnədək, dünyasını dəyişmişdi. Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X2 Stansiyasının əməkdaşları mənzilə daxil olarkən, gördükləri vəziyyət ilə bağlı xəbərdarlıq vərəqəsi hazırlamış, həmin xəbərdarlıq vərəqəsində göstərilir ki,“Çağırışın tarixi xx.xx.2019. Xəstənin yanına gəlmə tarixi saat: 18:52, Xəstə: Sadıqov Rafiq Babaş oğlu, Yaşı: xx.xx.1958, Ölümün ilkin səbəbləri: Həkiməqədər ölüm kişi cinsində meyit. Üzərində zorakılıq əlamətləri yoxdur. Kliniki diaqnoz: Kəskin miokard infarktı diaqnozu ilə RHX-da maülicə almışdır. ” Xəbərdarlıq vərəqəsi Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X2 Stansiyasının briqadası üzvlərinin (həkim, feldşer və sürücü) imzaları , həmin stansiyanın ştampı ilə təsdiq edilmişdir.Yas mərasimi verildikdən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün ilkin olaraq şifahi şəkildə Cavabdehnə müraciət edilmişdir, oradan isə bildirilmişdir ki, bununla bağlı Abşeron rayon Mərkəzi Xəstəxanasının müvafiq sənədi olmalıdır. Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət edildikdə isə bildirilmişdir ki, mərhum orada xəstə kimi qeydiyyata olmayıb, ona görə də tələb olunan sənəd verilə bilməz. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqanın hərəkətini qanunsuz hesab edərək müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək idia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X2 Staniyasının (TTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparılmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqim etmək üçün doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduöu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İddiaçı atasının ölümünü təsdiq edən sənəd kimi yalnız TTYS-nin xəbərdarlıq vərəqəsini təqdim etmişdir. Yuxarıda göstərilən qərarın məzmunundan göründüyü kimi həmin xəbərdarlıq vərəqəsi birbaşa qeydiyyat şöbəsinə deyil, ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı yer üzrə ambulator tibb müəssisəsinə təqdim etməlidir. Bununla bağlı məhkəmə iddiaçıya izah edir ki, iddiaçı ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün xəbərdarlıq vərəqəsini mərhumun qeydiyyatda olduğu və ya faktiki yaşayış yeri üzrə ambulator tibb müəssisənə təqdim etməli, həmin müəssisə şəhadətnaməni verməkdən imtina etdiyi halda məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşıatası Sadıqov Rafiq Babaş oğlunun ölümünün qeydə alınması və bununla bağlı ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinədair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar