Məhkəmə qərarları › İş №2-1(118)-912/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-912/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-912/2021 21.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) nümayəndəsi X6, Cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı Torpaq Müsabiqə və Hərrac Komissiyası) qarşı “05.05.2016-cı il tarixli, 361 nömrə ilə AN-İ ******* saylı hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı torpaq müsabiqə və hərrac komissiyası) qarşı iddia qaldıraraq “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının 05.05.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Abşeron rayonu Novxanı bələdiyyəsi ilə X11 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,01311 ha ərazidə yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmış, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.04.2014cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Sonradan o, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini (0.08 ha) 05.01.2015-ci il tarixdə öz adına özəlləşdirmiş, onun adına torpaq sahəsi və fərdi yaşayış evinə vahid əmlak kimi 05.01.2015-ci il tarixli çıxarış verilmişdir. Abşeron rayonu Novxanı kəndində ona məxsus torpaq sahəsinə bitişik 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə 14.10.2014-cü il tarixdən etibarən Abşeron rayon Novxanı Bələdiyyəsinə (bundan sonra - Bələdiyyə) məxsus olmuşdur. Bələdiyyənin 12 fevral 2016-cı il tarixli, 02 saylı iclasının qərarı ilə 0.12 ha torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi qərara alınmış və 05 may 2016-cı il tarixdə 15:00-dan 18:00-dək 1200 kv.m torpaq sahəsi müsabiqəyə çıxarılmış, Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnaməyə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə X4 5 saylı torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən keçirilmiş 05.05. 2016-cı il tarixli torpaq müsabiqəsinin qalibi olmuş, 10 may 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə ilə bələdiyyə öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini X1. Həmin torpaq sahəsi X7 adına 24.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(102)-461/2021 saylı qərarının aid olduğu mülki işə baxılarkən həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik sahə olub, mişar daşından olan vahid köhnə hasar daxilində yerləşməklə, iddiaçıya qədər bir sıra şəxslərin istifadəsində olmuşdur. Bu o deməkdir ki, fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmış olsa da, evin tikilməsi zamanı hasar çəkilərkən 0.12 ha torpaq sahəsi zəbt edilmiş, ümumilikdə 0.20 ha torpaq hasara alınmışdır. Həmin iddiaçıya qədər bir sıra şəxslərin (müvafiq oolaraq X15, X12, X9 və “M.E.S.” firmasının) istifadəsində olmuş, sonradan isə fərdi yaşayış evi ilə birlikdə faktiki olaraq iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi, mübahisəli 0.12 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqı ıda” qanununun 16.3-cü maddəsinin tələblərinə müvafıq olaraq yuxarıda qeyd edilən əsaslarla iddiaçının mülkiyyətinə verilməli olduğu halda, bələdiyyə bunu qərəzli olaraq etməmiş, sonradan isə formal hərrac vasitəsi ilə həmin torpağı Təranə Əfəndiyevaya satmışdır. İşdən görünür ki, Bakı şəhəri, Abşeron rayonunda yerləşən 0.12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, bələdiyyə həmin torpağın maksimum 0.05 ha hissəsini X7 mülkiyyətinə verə bilərdi. Halbuki indiki halda bələdiyyə həmin normanın iki mislindən çox torpaq sahəsi barədə sərəncam vermişdir. Məhkəmənin 18 iyun 2021-ci il tarixli iclasında iştirak etmiş iddiaçınn nümayəndəsi və vəkili Vəkil ilə iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi və iddianın mümkünlüyü məsələri müzakirə edilmişdir. Həmin normaya əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. Cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin iddiaya qarşı yazılı münasibətində qeyd olunur ki, İddiaçı Novxanı bələdiyyəsinə qarşı qaldırdığı iddia tam əsassızdır. Ona görə ki, Ağayev X3 5 ildən artıq daimi qeydiyyatda olmadığı və daimi yaşamadığı üçün iddia etdiyi 0,12 ha torpaq sahəsi onun özünə bilavasitə satıla bilməzdi. Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qanuna müvafiq olaraq hərrac müsabiqə vasitəsilə satmışdır. Hərrac müsabiqənin qalibi olan X5 İbrahim Ağabala oğlu ilə iş birliyində olduğu üçün İddiaçı vasitəçiliyi ilə hərrac müsabiqədə iştirak etmişdir. Həmçinin hərrac müsabiqədə alternativ olaraq İddiaçı yaxın qohumuda iştirak etmişdir. Həmçinin bir necə ildən sonra X2 torpaq sahəsinə İddiaçı (aralarında olan münaqişə səbəbindən) iddia qaldırmışdır. Bütün bunlara əsasən Novxanı bələdiyyəsi ilə hərracın qalibi olan X11 arasında Sumqayıt "Asan xidmət” mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi tam qanuna uyğundur. Məhkəmə iclasında iştirak edən cavabdeh Novxanı bələdiyyəsinin nümayəndəsi X18 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddia əsassızdır və rədd edilməlidir. Abşeron rayonu Novxanı bələdiyyəsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14.10.2014-cü il tarixli 30801/2011383 nömrəli çıxarış almış və sözügedən torpaq sahəsinin müsabiqəyə çıxarılması məqsədilə 12.02.2016-cı il il tarixli 02 saylı qərar qəbul etmişdir. Novxanı bələdiyyəsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə müsabiqəyə çıxarılması üçün 16.02.2016-cı il tarixli 36 saylı məktubla 5 saylı torpaq müsabiqə və hərrac komissiyasına müraciət etmişdir. Sənədlər Komissiya tərəfindən Hərracların Təşkili üzrə Auksion Mərkəzinə göndərilmiş və torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə 05.05.2016-cı il tarixində keçirilmiş müsabiqə barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət" qəzetinin 02.04.2016-cı il tarixli №12 (964) sayında məlumat dərc olunmuş, həmçinin emdk.gov.az saytında yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 04.04.2016-cı il tarixdən 05.05.2016-cı il tarixədək müəyyən olunmuşdur. Müsabiqədə iştirak etmək üçün X11 və X19 22.04.2016-cı il tarixli ərizə ilə komissiyaya müraciət etmişlər. 5 saylı torpaq müsabiqə və hərrac komissiyası 05.05.2016-cı il tarixində Azərbaycan tespublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarına müvafiq olaraq müsabiqənin keçirilməsini təmin etmişdir. Müsabiqədə ən yüksək qiyməti (4520 manat) təklif etmiş X11 müsabiqənin qalibi olmuş və Komissiya tərəfindən ona AM 000873 nömrəli şəhadətnamə verilmişdir. Beləliklə Novxanı bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin müsabiqəyə çıxarılması məqsədilə elanın verilməsi və müsabiqənin keçirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X13 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyası (indiki Abşeron ərazi torpaq müsabiqə və hərrac komissiyası) məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs X7 iddaya yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı iddia tələbi əsassız, qərəzli, formal mülahizələrə əsaslanmaqla tərtib edilmişdir. Belə ki, İddiaçı cavabdehlər Abşeron Rayonu Novxanı Bələdiyyəsinə, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasına (üçüncü şəxs X11) qarşı hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız sayılması və T.Əfəndiyevanın adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi Abşeron Rayon Məhkəməsinin, Sumqayıt Apeliyasiya Məhkəməsinin qətnamələri ilə rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 02.2021-ci il tarixli 2(102)-461/2021 saylı qərarı ilə təmin edilməyərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Habelə həmin iş üzrə X7 İddiaçı qarşı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin İddiaçı hesabına boşaldılması barədə qarşılıqlı iddia tələbi birinci və apeliyasiya məhkəmələrində təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası öz qərarında Apeliyasiya məhkəməsi tərəfindən işə baxılan zaman müəyyən etdiyi hallara istinad edərək göstərmişdir ki, Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyə uyğun olaraq qeyd etmişdir ki, əvvəllər İddiaçı məxsus olmuş 0.08 ha torpaq sahəsi hazırda X7 mülkiyyətinə keçmişdir.Həmçinin qərarda mübahisəli torpaq sahəsinin mişar daşından olan vahid köhnə daş hasar daxilində yerləşməklə, iddiaçıya qədər bir sıra şəxslərin istifadəsində, 2015- ci ilin yanvar ayının 1-dən isə İddiaçı faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Bu isə onun zəbt edilmiş torpaq barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasının istisna edilməsi kimi qeyd edilmişdir.Bundan başqa Məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əqd 10.05.2016-cı il tarixdə bağlanmış, həmin əqdin mübahisələndirilməsinə dair hazırkı iddia tələbi isə 17 noyabr 2017-ci il tarixdə, yəni əqd bağlanandan 1 il beş ay müddət keçəndən sonra müraciət edilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq iddia tələbinin müddətin keçirməklə müraciət edildiyindən, iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Eyni zamanda Məhkəmə Kollegiyası qərarında həmin iş üzrə Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-texniki ekspertizasının rəyinə istinad edərək, qeyd etmişdir ki, fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olan dövrdə həmin torpaq sahəsinin arxa və yan tərəfində yerləşən məhəllə daxili yola çıxış yolunun açılmasının mümkün olduğunu göstərmişdir.Yuxarıda göstərilən Məhkəmələrin qərarlarından da göründüyü kimi İddiaçı iddia etdiyi nəinki 0.12 hə torpaq sahəsi, hətta fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha torpaq sahəsi də hal-hazırda X7 mülkiyyətindədir.Belə olan halda başqasının mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.08 ha torpaq sahəsinə bitişik bir ərazidə yerləşən, başqasının mülkiyyətində olan 0.12 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqməyyənedici sənədlərin ləğvi barədə iddia tələbi heç bir qanuna və məntiqə uyğun olmayan ağlasığmayan bir tələbdir.Qanunvericilikdən də göründüyü kimi mübahisələndirmə haqqında iddia üzrə iki ay müddət nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.02.2021-ci il tarixli 2(102)-461/2021 saylı qərarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən əqd 10.05.2016-cı il tarixdə bağlanmış, həmin əqdin mübahisələndirilməsinə dair hazırkı iddia tələbi isə 17 noyabr 2017-ci il tarixdə, yəni əqd bağlanandan 1 il beş ay müddət keçəndən sonra verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən iddia qaldırmaq üçün müddət ötürüldüyünə və eyni zamanda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasına görə iddia ərizəsi mümkün sayılmamalıdır. Məhkəmənin 18 iyun 2021-ci il tarixli iclasında iştirak etmiş üçüncü şəxs X11 iddianın təmin edilməməsini məhkəmədən xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım olunaraq hazırki halda sözügedən torpaq sahəsi ilə bağlı hüquq və nəticələr yarada biləcək inzibati aktın cavabdeh bələdiyyənin həmin torpaq sahəsinin hərraca çıxarılmasına dair qərarı olduğu və həmin qərarı məhkəmədə mübahisələndirmək imkanına malik olduğu izah olunmuşdur. Lakin, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının irəli sürdüyü tələblər çərçivəsində işə baxaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ik növbədə iddiaçının hərracın nəticələrinin etibarsız esab edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, qeyd edilən akt birbaşa hüquqi nəticə yaradan və ya vəzifələr müəyyən edən akt olmamaqla inzibati akt deyildir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi Aktın inzibati akt hesab edilməsi üçün ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Hazırki işdə mübahisələndirilən hərracın nəticələrinə dair akt isə inzibati akt olmamaqla sadəcə keçirilmiş hərracın nəticələrini özündə əks etdirən, hərracın qaliblərinin müəyyənləşdirilməsi məqsədini daşıyan bir aktdır. Eyni zamanda iddiaçı alqı-satqı müqaviləsinin ləğvini də tələb edir ki, həmin əqd də bələdiyyənin hərraca çıxardığı torpaq sahəsi ilə bağlı hərracın nəticələri əsasında bağlanmışdır ki, həmin əqdin bağlanmasının ilkin əsasını da Novxanı bələdiyyəsinin torpaq sahəsinin hərraca çıxarılması barədə qərarı təşkil edir. Qeyd edilən qərar isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin qanunvericilikdə tərəflərin statusundan asılı olmayaraq alqı-satqı müqavilələri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində qeyd olunmuşdur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddiaçının X7 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılmasına dair iddiasına münasibətdə qeyd edir ki, iddiaçı çıxarışın ləğvini istəsə də buna cavabdeh olan orqanı cavabdeh qismində qoymamış və çıxarışın ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan öncə həmin orqana müraciət etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan çıxarışın etibarsız sayılması ilə bağlı prosessual tələblərə riayət edilmiş olsa belə, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçının əvvəllər mülkiyyətində olan 8 sot torpaq sahəsi hazırda X7 mülkiyyətinə keçmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair isə iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində olan hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı Torpaq Müsabiqə və Hərrac Komissiyası) qarşı “05.05.2016-cı il tarixli, 361 nömrə ilə AN-İ ******* saylı hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı torpaq müsabiqə və hərrac komissiyası) qarşı “05.05.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Abşeron rayonu Novxanı bələdiyyəsi ilə X11 arasında Sumqayıt “Asan Xidmət” mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar