Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-912/2022 17.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçıların nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Səttər qızının cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 0.004 ha torpaq sahəsini X1 barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Səttər qızı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 0.004 ha torpaq sahəsini X1 barədə qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Quba şəhəri C.Cabbarlı küçəsi 1 N-li evdə yaşayırlar, 2015-ci ildə Quba Bələdiyyəsinin yanında yerləşən 0,034 ha torpağın onlara satılmasını xahiş etmişlər, bələdiyyə onlara 0,03 ha torpağı hərrac yolu satın almaq istədikləri 0,04 ha hissəsinin yaşıllıq zolağı olduğunu, həmin 0,04 ha sahədə tikinti işləri aparılarsa yolun gediş-gəlişinə mane olacağı səbəbi ilə razılaşıb 0,03 ha torpağı satın almışlar və həmin torpağa dair mülkiyyətlərini təsdiq edən 12.02.2015-ci il tarixli ********** N-li çıxarış almışdılar. Bir müddət keçdikdən sonra üçüncü şəxs P.Rzayeva və onun həyat yoldaşı iddiaçıların evinin və Quba Bələdiyyəsindən satın aldıqları 0,03 ha torpağı satın alaraq orada üç mərtəbəli bir obyekt tikəcəklərini və bu barədə bələdiyyədən razılıq aldıqlarını bildirdilər. Bununla bağlı iddiaçılar Quba Bələdiyyəsinə və digər təşkilatlara ərizə yazaraq iddia predmenti olan 0,004 ha torpağı yaşıllıq zolağı olduğunu, satın obyekti ola bilməməsini, həmin torpaq sahəsi satılacağı tədqirdə onların həmin torpağı almaqda üstünlük hüququnun olmasını bildirmişlər, lakin onların müraciətlərinə müxtəlif başdan sovdu cavablar verərək aldatmışdılar. 2021-ci ilin ortalarında üçüncü şəxs P.Rzayeva mübahisə predmenti olan 0,004 ha torpağı satın aldığını və onun heyətinin qarşısına iddiaçıların yığdığı kubik daşlarının yığışdırmağı tələb edərək iddiaçılara hədə-qorxu gəlməyə başladılar, iddiaçılar isə həmin sahənin yaşıllıq zolağı olması və həmin sahədə tikinti işləri aparılarsa onların torpağına giriş-çıxış yolunun və evinin bütün görünüşü bağlanacağını, digər tərəfdəndə 0,04 ha C.Cabbarlı küçəsi ilə T.Aslan küçəsinin kəsişdiyi hissədə nəqliyyatın intensiv hərəkəti olan bir sahə olması səbəbi ilə orada hər hansı bir tikinti işləri aparmağın mümkün olmamasını bildirmişdilər. 2021-ci ilin noyabr ayında Quba Rayon Məhkəməsindən iddiaçılara məhkəmə bildirişi və üçüncü şəxs P.Rzayevanın ona məxsus 0,004 ha torpaqdan çıxarılmağı barədə iddia ərizəsi gəldikdə məlum oldu ki, Quba bələdiyyəsi mübahisə predmenti olan 0,004 ha torpağı qərar verərək P.Rzayevaya satmış və 3-cü şəxs öz adına **********91 saylı çıxarış almışdır. P.Rzayevanın iddiası üzrə işin baxılması 06 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Quba Bələdiyyəsinin bu haqsızlığını, qanunsuzluğunu qəbul edə bilmirlər, ona görə də Quba Bələdiyyəsinin üçüncü şəxs P.Rzayevaya satılmasına dair Qərarın mübahisələndirmək qərarına gəlmişdirlər. Qeyd olunan qərarın ləğv edilməsi barədə Quba rayon Bələdiyyəsinə müraciət etmişdilər, Quba bələdiyyəsi özünün 20 dekabr 2021-ci il tarixli 1162 N-li məktubu ilə qeyd etdiyi məsələ mübahisə predmenti olduğuna görə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə ediblər, ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edmişdilər. İddia ərizəsinə əlavə etdiiyi 12.02.2015 -ci il tarixli ********** saylı çıxarışdan aşkar olur ki, Quba şəhəri C.Cabbarlı küçəsində bizim birgə nikah dövründə əldə etdiyi 0,003 ha torpaq sahəsi vardır. İddia ərizəmə əlavə edilmiş bizə ünvanlanan məktublardan aşkar olur ki, onlar 2017-ci ildən mübahisə predmenti olan 0,004 ha torpağın P.Rzayevaya satılmasına etiraz etmişik və 0,04 ha torpaq üzərində mübaisə olması Quba Bələdiyyəsinin məlumatı olmuşdur. İddia ərizələrinə əlavə edilmiş fotoşəkillərdən aşkar olur ki, mübahisə predmenti olan 0,004 ha torpaq yaşıllıq zolağı olmaqla iddiaçıların mülkiyyətlərinə verilmiş 0,03 ha torpağın giriş-çıxış yolunu tam bağlamışdır. Həmçinin qeyd etmişlər ki, qeyd olunan torpağın P.Rzayevaya satılması nəticəsində evinin önündən müstəqil hərəkət edə bilmir, kəsişmə nöqtəsi olmaqla sərt döngədə olduğu üçün piyadaların təhlükəsiz hərəkətinə mane olur, həmçinin P.Rzayevaya satılmış torpağın düz önündə onların yaşayış evi yerləşdiyi üçün günəş enerjisinin təbii işıqlandırmanın insolyasiya olunmur. P.Rzayeva həmin sahədə tikinti işləri apararsa yanğın təhlükəsizliyi təmin olunmur, küçənin ümumi görünüşü pozulur, həm də yaxınlıqda yaşayan qonşuların narazılığına səbəb olur, əyər həmin sahədə iaşə, ticarət obyekti tikilərsə səs-küy, qonşuların küçə ilə hərəkət etmələrinə, insanların narahatçılığına səbəb ola bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat məhkəməyə 251 nömrəli, 16.03.2022-ci il tarixli məktub göndərərək, üzürlü səbəbdən prosesdə iştirak edə bilməyəcəyini və iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə, hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X4 nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin önündə bələdiyyə torpaqlarına aid olan 0,004 ha ümumi sahəsi olan torpaq sahəsini P.Rzayeva hərrac vasitəsi ilə əldə etmişdir. Sonradan həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alaraq müvafiq çıxarış əldə etmişdir. Quba Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən P.Rzayeva tərəfindən inşa ediləcək fərdi yaşayış evinin eskiz lahiyyəsi təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçılar tərəfindən zəpt olunduğuna görə Quba Rayon Məhkəməsində iddia tələbi qaldırılmış və hal-hazırda iddia tələbi məhkəmənin icraatındadır. Qeyd olunan torpaq sahəsi qanuni şəkildə əldə edilib. Ona görə də 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 20.12.2021-ci il tarixli, 1162 nömrəli imtina məktubu, Qeydiyyat vəsiqəsinin surəti, DƏDRX tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, **********91 reyestr nömrəli çıxarışın surəti, Quba şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş 3480 nömrəli, 01.12.2021-ci il tarixli arayış, işə əlavə olunmuş fotoşəkillər, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi hərracın nəticəsi haqqında 08/02 saylı 09 mart 2018-ci il tarixli protokol, Seriya nömrəsi AM olan 004681 saylı şəhadətnamə və digər sənədlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Quba bələdiyyəsinin mülkiyyətində olan 40 m2 torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi hərracın qalibi X10 olmuş və hərracın nəticəsi olaraq həmin təşkilat tərəfindən 08/02 saylı 09 mart 2018-ci il tarixli protokol tərtib edilmiş və Seriya nömrəsi AM olan 004681 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan hərraçın yekun protokolu əsasında hərracın qalibi olmuş X10 ilə ünvan 1 ünvanında yerləşən 0,004 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqısatqı müqaviləsi əsasında X10 DƏDRX-nin 5 saylı Ərazi İdarəsində mülkiyyət hüquqlarını qeydə aldıraraq əmlakın mülkiyyətçisi olmuşdur. Hazır ki, iddia tələbi üzrə iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin onların mülkiyyətində olan torpaq sahəsinin önündə yerləşməsini səbəb gətirərək Pərvanə Rzayevanın adına Quba bələdiyyəsi tərəfindən 0,004 ha torpaq sahəsinin ayrılması barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş edirlər. Halbu ki, qeyd olunan torpaq sahəsi Quba bələdiyyəsinin qərarı əsasında deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyası (hal hazırda həmin qurumun adı dəyişdirilərək “X11” Publik hüquqi şəxs olmuşdur) tərəfindən keçirilmiş hərracın nəticəsinə dair tərtib edilmiş protokolun əsasında X10 ilə Quba bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu isə hazırkı, iddia tələbi üzrə Quba Bələdiyyəsinin cavabdeh olmasını istisna edir. Hesab olunur ki, iddiaçılar Quba bələdiyyəsinin X8 torpaq sahəsinin ayrılması haqqında mövcud olmayan qərarını mübahisələndirmək əvəzinə Quba şəhəri, Qələbə küçəsi ev 8 ünvanında yerləşən 0,004 ha torpaq sahəsinə dair X3rşı iddia tələbi qaldıraraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 13 saylı Xaçmaz ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi hərracın nəticələrini mübahisələndirilməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının “08” iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar arasında əlaqələndirmə Qaydaları”nın 2-ci bəndinə əsasən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrini və hərraclarını” Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F14 nömrəli əmri ilə təsdiq edilmiş X6 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bazasında X11 yaradılmışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan Qaydaların tələbləri həmçinin X9 də şamil olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın 3-cu bəndinə Azərbaycan Respublikası ərazisində bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı-Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X11 Publik Hüquqi şəxsidir. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Quba Bələdiyyəsi özünün diskression səlahiyyətlərindən irəli gələn hüququndan istifadə edərək mülkiyyətində olan torpaq sahəsini hərraca çıxartmış və başqa təşkilatın keçirdiyi hərracın qalibi X10 olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iddia tələbi üzrə cavabdeh təşkilat dəyişdirilsə də belə, pretenziya qaydalarına riayət olunmaması və iddia növünün dəyişməsi səbəbindən iddia mümkün hesab edilməyəcəyi üçün məhkəmə iddiaçılara hüquqi yardım göstərək, hazırkı iddiaçılar tərəfindən iddia tələbi üzrə cavabdehin dəyişdirilməsinə lüzum bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Səttər qızının cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 0.004 ha torpaq sahəsini X1 barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-912/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-912/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver