Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-913/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X2 qarşı “iddiaçının xx.xx.1979cu ildən 1980-ci il tarixədək Kəlbəcər rayonunun Milli kəndində və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi iş dövrün iş stajı hesab edilərək iddiaçıya xx.xx.2020-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X2 qarşı “iddiaçının xx.xx.1979cu ildən 1980-ci il tarixədək Kəlbəcər rayonunun Milli kəndində və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi iş dövrün iş stajı hesab edilərək iddiaçıya xx.xx.2020-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Məcburi köçkün kimi Abşeron rayonu, Pirekeşkül qəsəbəsi ünvanında məskunlaşmışdır. Əmək fəaliyyətinə 01 sentyabr 1979-cu ildə başlamışdır. Həmin vaxt Milli kənd orta məktəbinə Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin edilmişdir. 1980- 1982-ci illərdə Sovet orudusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-1993-cü illərdə yenidən həmin məktəbdə (Milli kəndi) işləmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildiyindən Abşeron rayonuna gəlmiş və Pirekeşkül orta məktəbində müəllim işinə qəbul edilmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunduğundan ona məxsus əmək kitabçası orada qalmışdır. Ona səhhətilə əlaqədar olaraq xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Pensiya təyini üçün sənədlərini 1 saylı Regional Ərazi Filialına təqdim etmişdir. Oradan ona məlumat vermişlər ki, xx.xx.1979-cu il tarixdən 1980-ci il tarixinədək və xx.xx.1982-xx.xx.1993-cü illərə dair sığorta stajının yoxlanması mümkün olmamışdır. Həmin illərdə o, Kəlbəcər rayonunda işləmişdir və əmək kitabçası işğal zamanı Kəlbəcər rayonunda qalmışdır. Qeyd edir ki, yuxarıda adı çəkilən məktəbdə onun müəllim işləməsini eyni zamanda həmin məktəbdə işləmiş X4, X12 və X11 təsdiq edə bilərlər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (hazırkı adı Abşeron-Xızı regional filialn qarşı "əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayorunun Milli kəndində və xx.xx.1982-xx.xx.1993-cü iliərdə Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi iş dövrünün iş stajı hesab edilərək xx.xx.2020-ci ildən əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbuledilməsini xahiş etmişdir. İddia tələbi mahiyyətcə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona münasibətdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25800.00 manatdan azdır. Buna görə də iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlillyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, İİ və İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin eyni anda mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrüdün hər tam ili üçün 4 ay sığorta stajı olması 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 6-1, 12.1, 13.3-cü maddələrinin, həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniİməsi Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə əsasən, xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün azı 14 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 58 yaş - 15 əmək qabiliyyəti olmayan yaş dövrü = 43 il. 43 il x 4 ay = 172 ay = 14 il 4 ay) və 25800 manat pensiya kapitalı (tələb olunan sığorta stajı 14 il 4 ay - 172 ay, 172 ay : 192 = 0.896 (sığorta davamiyyət əmsalı), 0.896 x 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 129, PSK = 129 x 200 (xx.xx.2020-ci il tarixə minimum pensiya məbləği) = 25800 manat) tələb edilir. İddiaçı isə tələb edilən 14 il 4 aydan artıq sığorta stajına malik olsa da (xx.xx.2006-ci ilə qədər: hərbi xidmət müddəti (xx.xx.1980-xx.xx.1982), əmək fəaliyyəti dövrü (xx.xx.1993-xx.xx.2006) daxil olmaqla ümumilikdə 14 il 4 ay; xx.xx.2006-cı ildən sonra: məcburi dövlət sosial sığorta haqları ödənilməsi şərtilə 2008-2020-ci il dövrü), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21589.65 manat (xx.xx.2006-cı il tarixədək olan sığorta stajı Qanunun 27 və 29-cu maddələrinə uyğun indeksasiya edilməklə və xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 11234.20 manat) olmaqla tələb edilən 25800 manatdan az olub, ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (PSK 21589.65/129=167,36 manat, 167,36 manat<200 manat). Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumilikdə 26 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 11234.20 manat fərdi hesabında toplanan sığorta kapitalı müəyyən edilmişdir. Lakin əmək kitabçasında qeyd olunan xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün yoxlanılması mümkün olmaması səbəbindən sığorta stajı kimi nəzərə alınmamışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının **********9 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərin arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən yoxlanılması mümkün olmaması qeyd edilmişdir. Qeyd olunan mübahisələndirilən dövr 11 il 08 ay təşkil edir (sığorta kapitalına çevrildikdə 8428.86 manat).Vətəndaşın xx.xx.1980-ci ıl tarixdən 01,05.1982-ci il tarixədək hərbi xidmət illəri, əmək kitabçasıda qeyd olunun xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan sığorta stajı və xx.xx.2006-cı il tarifdən sonra xx.xx.2020-ci il tarixədək qeydə alınmış 11234.20 manat pensiya kapitalı olan dövr mübahisələndilinməyən sığorta stajına aiddir. Bu dövrləri sığorta kapitalına çevirdikdə cəmi 21589.65 manat təşkil edir. Belə ki, Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiyb hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci və 29.1-1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı əlilliyə görə pensiya təyin edilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verərək və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakısənədlər əlavə olunmuşdur: - AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Rayon Təhsil Şöbəsinin xx.xx.2021-ci il tarixli, 191 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də 1979-cu ildə Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1982-ci ildə V.Lenin adına Pedeqoji universitetinə qəbul olmuş və həmin ildən 1993-cü ilə qədər Kəlbəcər royonu Milli kənd orta məktəbində müəllim işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik verilmişdir. - PB № 16967 saylı diplomdan görünür ki, İddiaçı 1982-ci ildən 1987-ci ilədək V.Lenin adına Pedoqoji Universitetində təhsil almışdır. - İddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1914/2021 saylı qətnaməsi ilə ərizəçi İddiaçı xx.xx.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonunun, Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri və xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayonunun, Milli kənd orta məktəbində müəllim işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 2788/2021 saylı qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(012)-1914/2021 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin məktubunda görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X1 18 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək dövrlər 11 il 08 ay təşkil edir və sığorta kapitalına çevrildikdə 8428,86 manat təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Ona xx.xx.2020-ci il tarixdən müddətsiz İİ qrup əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2020-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur. İddiaçıya tələb olunan stajın hesablanması (59-15)*4/12=176 ay (14 il 8 ay). Beləliklə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı 14 il 8 ay təşkil edir. Cavabdeh tərəfindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda qeyd edilən 2-ci şərtin ödənilmədiyi yəni, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi səbəb kimi göstərilir. Eyni zamanda cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü illərdə Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamış və onun pensiya kapitalına hesablanmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd olunan dövrləri iddiaçının sosial sığorta stajı kimi nəzərə almasından imtinası əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü illərdə Kəlbəcər rayonu Milli kənd orta məktəbində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, həmin dövrlər də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X1 18 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək dövrlər 11 il 08 ay təşkil edir və sığorta kapitalına çevrildikdə 8428,86 manat təşkil edir. Beləliklə qeyd olunan pensiya kapitalı iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin edilməli və ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1979-cu ildən 1980ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X1 üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu ildən 1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X1 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-913/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-913/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver