Məhkəmə qərarları › İş №2-1(118)-9139/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9139/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9139/2025 23.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməs” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin X2 adına 2019-cu ildə verilmiş A№401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Tərlan qızı 1988-ci il təvəllüdlüdür və Qobustan rayonunun Xilmilli kəndində yaşayır. 2006-cı ildə Qobustan şəhər bələdiyyəsi tərəfindən iddiaçıya fərdi mənzilin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsi Qobustan şəhəri yaxınlığında “Yeni Massiv” adlanan ünvanında yerləşir. Torpaq sahəsi iddiaçıya təhvil verildiyi andan həmin ərazinin ətrafını 3 mişar daşı səviyəsində hasarlamışdır, lakin yeni ailə həyatı qurmağı ilə bağlı hazırda yaşadığı Xilmilli kəndinə köçmüşdür. 2019-cu ildə İsmayıllı rayonundan olan X1 şəhər bələdiyyəsinin 2019-cu il tarixində ona arxa tarixlə, 2011-ci il tarixli formal hərrac keçirməklə iddiaçıya məxsus torpağın 273 kv.m sahəsini G.Habilə qanunsuz olaraq satmışdır. Habil də öz növbəsində ona satılmış 5,46 sot torpaq sahəsinin qalan 273 kv.m sahəsini isə dövlət yolu və bir hissəsini də Qobustan rayon sakini olan Şahin Səlimovun xüsusi mülkiyyəti olan pay torpağının bir hissəsi hesabına cəmi 546 kv.m torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyəti adı altında, arxa tarixlə, yəni 2011-ci ildə formal keçirdiyi hərrac yolu ilə H.G.Gülməmmədova satmışdır. X2 adına 2019-cu ildə verilmiş A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədini tropaq sahələrinin hansı təyinata aid olduğunu araşdırmadan (yəni 546 kv.nı sahə üçün verilmiş inzibati aktda göstərilən torpağın yarısı - 273 kv.m bələdiyyə fondunun, qalan 273 kv.m sahənin isə xüsusi və dövlət fonduna aid olan) sənədi təsdiq etmişdir. İddiaçıya aid olan və vətəndaş Habil Gülməmmədov tərəfindən mübahisələndirlilən 273 kv.m torpaqla bağlı ünvan 2qayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin icraatında işə baxılmaqdadır. Hakimin 31 may 2023-cü il tarixli Ekspertizanın keçirilməsi” barədə qərarına əsasən təyin edilən Daşınmaz Əmlakın Dövlət X10 şəxsin A saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********21 nömrəli mütəxəssis rəyindən və ƏN-nin Mərkəzi Ekpertiza İdarəsinin eksperti Elman Aslanlının tərtib etdiyi Ekspert N- 3-16-16/2-10/62 saylı, 27 fevral 2024-cü il tarixli ekspert rəyində xüsusi olaraq qeyd edilir: “Məlumat üçün bildiririk ki, naturada hasara alınmış mübahisəli torpaq sahəai ilə H.Gülməmmədova məxsus A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilindətorpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uygunsuzluğu vardlr. Belə ki, Habilin adına olan A N-401833 nömrəli sənəddə qeyd edilən koordinatlıar daxilində olan torpaq sahələrinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi (273 kv.m) , bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst üstə düşür. Qeyd edilən uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Eyni zamanda, bildirilir ki, H.Gülməmmədova məxsus A N- 401833 nömrəli sənədin ikinci nüxsəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Yenə də iddiaçıya aid olan və vətəndaş Habil Gülməmmədov tərəfindən mübahisələndirlilən 273 kv.m torpaqla bağlı ünvan 2qayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin icraatında işə baxılmaqda davam etmişdir. Hakimin 17 mart 2025-ci il tarixli, 2(005) - 17/2025 saylı təkrar Ekspertizanın keçirilməsi” barədə qərardadına əsasən təyin edilən Daşınmaz Əmlakın Dövlət X10 şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********21 nömrəli mütəxəssis rəyindən və ƏN-nin Mərkəzi Ekpertiza İdarəsinin eksperti Amid Əliyevin tərtib etdiyi Ekspert N- 10/4686 saylı, 14 iyul 2025-ci il tarixli ekspert rəyində yenə də təkrar xüsusi olaraq qeyd edilir: “Naturada hasara alınmış mübahisəli torpaq sahəai ilə H.Gülməmmədova məxsus A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilində torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uygunsuzluğu vardlr. Belə ki, Gülməmmədov Habilin adma olan A N- 401833 nömrəli sənəddə qeyd edilən koordinatlıar daxilində olan torpaq sahələrinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi (273 kv.metr), bir hissəsi yol və bir hissəsi də Səlimov Şahinin istifadəsində olan torpaq sahəsilə üst-üstə düşür. Qeyd edilən uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapdığı təyin edilmişdir”. İddiaçı hesab edir ki, 2 dəfə keçirilən ekspert rəylərindən də görünür ki, cavabdehin Habil Gülməmmədovun adına rəsmiləşdirdiyi 2019-cu il tarixli, A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədin kötüyü yoxdur, əsassızdır, ona görə də ləğv edilməlidir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

11. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

12. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında cavabdeh inzibati orqana hazırki tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilmişdir, lakin belə bir sübutun olmadığını bildirmişdir.

13. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

14. Göstərilənlərə əsasən, işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X8-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar