Məhkəmə qərarları › İş №2-1(118)-914/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-914/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-914/2021 16.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçının nümayəndəsi X3 (Sumqayıt Regional Vəkil Bürosunda işləyən, Sumqayıt şəhəri, məhəllə 42,ev 16,mənzil 3 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X12 (ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini işləyən, ünvan 4 ünvanında yaşayan), X8 (ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin dövlət qulluğu və kadrların seçilməsi sektorunda məsləhətçi işləyən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küşəsi, 136 saylı evdə yaşayan) və X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının mütəxəssisi, ünvan 5 ünvanında yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01.11.2019-cu il tarixdən pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01 noyabr 2019-cu il tarixdən pensiya yaşına çatması ilə əlaqədar öz arzusu ilə işdən çıxdığına görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-i maddəsi ilə nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli 2-1(112)-2856/2021 saylı qərardadı ilə inzibati iş aidiyyəti ürə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin 07.05.2021-ci il tarixli 2-1(118)-914/2021 saylı qərardadı ilə iddiaçının vəsatətinə əsasən İddiaçı cavabdeh Azərbaycan Resoublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ona birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə iddia müddəti bərpa edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 41 il müddətində dövlət qulluğunda çalışmış, 01 noyabr 2019-cu il tarixdə pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət məşğulluq xidmətinin Yasamal rayon Məşğulluq Mərkəzinin iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi vəzifəsindən öz arzusu ilə işdən azad edilmişdir. Ona 07 noyabr 2019-cu il tarixdən dövlət qulluğuna görə pensiya təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Qanununun tələblərinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir, lakin cavabdeh həmin vəsaiti ona ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzinə dəfələrlə müraciət edərək göstərilən məbləğin ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona bildirmişdir ki, işdən azad olunmaq barədə ərizəsində pensiya yaşına çatmasına görə ifadəsi qeyd olunmadığından ona aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi haqqında qeyd olunmadığından təmin edilməmişdir. İddiaçının nümayəndəsi X5 iddiaçının izahatına uuğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X14 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı 31 oktyabr 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas onun 30 oktyabr 2019-cu il tarixli 11D-445376 qeydiyyat nömrəli ərizəsi olmuşdur. Qeyd edilən ərizədə iddiaçı öz arzusu ilə 1 ay xəbərdarlıq müddətini gözləmədən işdən azad edilməsini xahiş etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşma çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı 01 yanvar 2017-ci il tarixdən 000869 nömrəli iş üzrə yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı işdən azad edilmə barədə ərizəsində pensiya yaşının çatması ilə əlaqədar işdən çıxması, 6 misli birdəfəlik haqqın verilməsinə dair heç bir qeyd aparmamış və öz iradəsini ifadə etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarının məzmunundan da görünür ki, aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi dövlət qulluqçusunun pensiyaya çıxmağa həvəsləndirmək tədbiri kimi nəzərdə tutulmuşdur, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. İddiaçı isə 01.01.2017-ci il tarixdən pensiyaya çıxdığına görə onun həvəsləndirilməsinə ehtiyac olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri X13 və X1 Elşad Nizami oğlunun izahatına uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarına əlavə edilmiş : - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. - İddiaçı 31.10.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki,o, 01.11.2019-cu il tarixdən öz arzusu ilə xəbərdarlıq müddəti ( 1 ay ) gözlənilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. - ИТ- İ № ******* əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.11.2019-cu il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31.10.2019-cu il tarixli **********4 saylı əmrdən görünür ki, İddiaçı öz arzusu ilə 01 noyabr 2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmiş və onunla 28 iyul 2016-cı ildə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.01.2020-ci il tarixli ********** saylı imtina məktubundan görünür ki, iddiaçının dövlət qulluğuna Nazirliyin 31.10.2019-cu il tarixli **********4 nömrəli əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən 01.11.2019-cu il tarixdən öz arzusu ilə xitam verilmişdir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir. İşdən azad olunmaq barədə ərizədə pensiyaya çıxmaq məqsədi qeyd olunmadığına görə iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Yasamal rayon X7 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı 2019-cu ilin oktyabr ayında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ərizə ilə müraciət edərək öz arzusuna əsasən 01 noyabr 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 31.10.2019-cu il tarixli əmrinə əsasən iddiaşı tutduğu vəzifədən azad edilmiş və onunla son haqq-hesab aparılmasının təmin edilməsi qərara alınmışdır. hazırda iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tələblərinə uyğun olaraq aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı işdən çıxma barədə ərizəsini öz xətti ilə yazmış və iradə ifadəsini bildirərək öz arzusuna əsasən işdən azad olunmasını xahiş etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, həmin Qanunun “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmı aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi qanunvericilik bu halda iki əsas şərti irəli sürür: 1.dövlət qulluqçusunun pensiya yaşına çatması; 2.öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 01.01.2017-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. İşin hallarından aydın olur ki, iddiaçı pensiya yaşına çatsa da, tutduğu vəzifədən pensiya yaşına çatması ilə bağlı çıxmamışdır. O, 30.10.2019-cu il tarixli ərizəsində tutduğu vəzifədən öz arzusuna əsasən azad olunmaq istədiyini bildirmişdir. Belə olan halda iddiaçının tələbinin qanuni əsası kimi göstərdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin dispozisiya şərtləri yerinə yetirilməmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar