Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-914/2023 11.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, B.Nuriyev küçəsi ev 79 mənzil 90-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 7 sentyabr 2022-ci il tarixli aktının əsassız hesab edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1974-cu ildən xx.xx.1976-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Təyinata əsasən xx.xx.1976-cı ildə 490 №1İ əmrlə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstutunun hazırlıq bölməsinin əyani şöbəsinə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixli 267 №-li əmrlə hazırlıq bölməsindən əyani şöbənin birinci kursuna qəbul edilmiş və xx.xx.1981-ci ildə əyani şöbənin tam kursunu bitirmişdir.İlk əmək fəaliyyətinə Bakı Tikiş Fabrikində başlamışdır. Həmin fabrikdə xx.xx.1981-xx.xx.1981-ci illərdə işləmişdir. Bundan sonra xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər Neft və Kimya Nazirliyində, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər ət kombinanatında, xx.xx.1989-xx.xx.1990-cı ilə qədər "xxxx" MMC-də; xx.xx.1990-xx.xx.1991-ci ilə qədər Abşeron 2 saylı sovxozunda, xx.xx.1991xx.xx.1996-cı ilə qədər “Cavid” firmasında, xx.xx.2000-xx.xx.2001-ci ilə qədər “İskra” (indiki Alov) zavodunda, xx.xx.2001-xx.xx.2004-cü illərdə “Sabina” firmasında işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergİ Xidməti 2 saylı Ərazi vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərildiyi kimi, “4x4” avtosalonda mart 2010-cu ildən oktyabr 2010-cu ilə qədər işləmiş və qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisi kimi vergiləri ödəmişdir. xx.xx.2006-cı ilə qədər 25 il 8 ay, 2006-cı ildən sonra isə 8 ay əmək stajına malikdir. Buna baxmayaraq iş üzrə cavabdeh mənə xx.xx.2021-ci ildə yaşa görə əmək pensiyası yox, yaşa görə sosial müavinət təyin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayndəsi G.Hüseynova iddianı qəbul etmədi və izah etdi k i , İ d d i a ç ı x x . x x . 2 0 2 1 - c i i l t a r i x d ə p e n s i y a y a ş ı n a ç a t m ı ş d ı r. İ d d i a ç ı n ı n t ə q d i m etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin 362 nömrəli arayışına ə s a s ə n o n u n x x . x x . 1 9 7 4 - c ü i l t a r i x d ə n 1 i l 11 a y 1 9 g ü n h ə r b i x i d m ə t dövrü, Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2021-ci il tarixli 249 nömrəli arxiv arayışına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 7 ay 13 gün hazırlıq dövrü, diplomun surətinə əsasən 01.09.1977- ci il tarixdən xx.xx.1981-ci il tarixədək 3 il 9 ay 18 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1981 -ci il tarixədək, xx.xx.1981 -ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991 -ci il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000ci il tarixdən xx.xx.2001 -ci il tarixədək olan 15 il 9 ay 27 gün əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 22 il 2 ay 17 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 22 il 2 ay 17 gün sığorta stajına uyğun olaraq 16928,53 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitaldan azdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1996-cı il tarixdə “Nigar” firmasına işə qəbul olması ilə bağlı qeyd olsa da, işdən çıxması ilə bağlı heç bir məlumat olmadığından həmin müəssisədəki əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları’nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəbdən 3 il 2 ay 11 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun BB –İ № 024565 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1977-1981-cu illərdə həmin institutun “iqtisadçı” ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1956-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cu il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. -iddiaçının adına açılmış AT-İİİ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1981 –ci il tarixlərdə Bakı Tikiş Fabrikində, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər Neft və Kimya Nazirliyində, 13.11.85-ci ildən xx.xx.1989-cu illərdə ət kombinanatında; xx.xx.1989-xx.xx.1990-cı illərdə "xxxx" MMC-də; xx.xx.1990xx.xx.1991-ci ilə qədər Abşeron 2 saylı savxozunda; xx.xx.1991-xx.xx.1996-cı ilə qədər “Cavid” firmasında; xx.xx.2000-xx.xx.2001-ci ilə qədər “İskra” (indiki Alov) zavodunda; xx.xx.2001-xx.xx.2004-cü illərdə “Sabina” firmasında işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktublarında onun mübahisələndirilməyən sığorta stajının əvvəlcə 15 il 05 ay 15 gün olmasını, daha sonra 24 il 9 ay olduöunu göstərmişdir. Məhkəmə araşdırması zamanı iddaya qarşı təqdim edilən etirazda isə cavabdeh iddiaçının 22 il 2 ay 17 gün sığorta stajının qəbul edildiyi və onun “Sabina” firmasında işlədiyi 3 il 2 ay 11 günün qəbul edilmədiyi bildirilmişdir. Cavabdehin nümayəndəsi bu ziddiyyəti onunla izah etdi ki, əvvəllər iddiaçının “İskra” zavodunda işlədiyi dövr də mübahisələndirilmiş, lakin sonradan qəbul edilmişdir. “Sabina” firmasında işlədiyi dövr isə əməjk kitabçasında işə görürülmə barədə qeyddən sonra möhürün vurulması ilə bağlı olduğunu izah etdi. Belə ki, işəgötürən müəssisənin möhürü işə qəbul edilmə barədə əmrdən sonra deyil, işçi işdən çıxarılarkən işdən çıxarma barədə qeyddən sonra vurulmalıdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, əmək kitabçasının düzgün doldurulması işəgötürənin vəzifələriə aid edildiyindən iddiaçı hər hansı pozuntuya görə cavabdehlik daşımamalı və buna görə onun sosial təminat hüququ pozulmamalıdır. İddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddət ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən əmək kitabçasına möhürün düzgün yerdən vurulmaması iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən social sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova