Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-915/2020 29.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Hacəhmədov Aydın Əmirbaba oğlunun, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Qarayev Sahib Qara oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N №-li hərbi hissədə “Təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N №-li hərbi hissədə “təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən xx.xx.2020-ci il tarixədək AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət etmişdir. O, xx.xx.1993-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit vəzifə kateqoriyasına aid olan “təyyarənin baş texniki” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək gizir hərbi rütbəsində, xx.xx.2014-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit rütbəsində olmuşdur. “Təyyarənin baş texniki” vəzifəsi zabit vəzifə kateqoriyasına aid olsa da ona xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə aylıq pul təminatı həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə yox, gizirlər üçün nəzərdə tutulan və aşağı olan 9-cu tarif dərəcəsinin vəzifə maaşı əsas götürülməklə ödənilmişdir. Bu isə qanunsuzdur. İddiaçı hesab etmişdir ki, göstərilən müddət ərzində (xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün) xidmət etdiyi vəzifənin vəzifə maaşı ilə gizirlər üçün olan 9-cu tarif dərəcəsinin arasında olan fərq hesablanaraq ona ödənilməlidir. N №-li hərbi hissədə “təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə iddiaçıya ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993- cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi üçün göstəriş verilməsi xahişi ilə iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçı Hacəhmədov Aydın Əmirbaba oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Qarayev Sahib Qara oğlu iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı Hacıəhmədov Aydın Əmirbaba oğluna vəzifə maaşı gizirlər üçün nəzərdə tutulmuş 9-cu tarif dərəcəsi ilə qanunauyğun və düzgün hesablanmışdır. Həmin vaxtlar iddiaçı vəzifə maaşının hesablanmasına etiraz etməmişdir. İddiaçı kimi vəzifə maaşı hesablanmış minlərlə hərbiçi olmuşdur. Bu iddia onlarında tələb irəli sürməsinə əsas ola bilər. Ona görədə hesab edir ki, ilk öncə iddia müddəti nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, hazırki iddia tələbi ilə iddiaçı N №-li hərbi hissədə “Təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqanın xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hərəkətlərini mübahisələndirir. Məhkəmə hesab edir ki, hazırkı iddia öhdəliyin icrası iddiası kimi qiymətləndirilə bilməz, hesablanmış vəzifə maaşının ödənilməməsinin tələb edilməsi öhdəliyin icrası kimi qiymətləndirilməlidir. İddiaçı uzun illər əvvəl olmuş inzibati orqanın hərəkətlərini mübahisələndirir. Hansıkı 1993-2014-cü illərdə iddiaçı bu hesablama ilə razılaşmış vəya razılaşmasa belə bu halı mübahisələndirməmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etsə də, o qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən, Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə hesab edir ki, uzun müddət əvvəl mövcud olmuş və mübahisələndirmə imkanı olduğu halda mübahisələndirilməmiş hərəkətlərə iddia müddətinin tətbiq edilməmsi hüquqi müəyyənlik prinsipi ilədə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-915/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-915/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver