Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-915/2024 20.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ünvan 1ində yerləşən 703 ha torpaq sahəsində X8 istifadəsinə xitam verilməsi və həmin torpaq sahəsi barədə iddiaçı ilə icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X12 zəruri cəbetmə əsası ilə iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və ailəsi 2007-ci ildə Şabran rayonunun Maytablı kəndində iri və xırdabuynuzlu heyvanların saxlanması üçün təsərrüfat yaratmışdır. Həmin təsərrüfat Şabran rayonunun Maytablı kəndində olan 223 ha torpaq sahəsində yerləşir. Mərhum atası dəfələrlə həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Şabran rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yalnız bu günlərdə bilmişdir ki, həmin torpaq sahəsi əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsinin, hal-hazırda isə AR İqtisadiyyat Nazirliyinin balansındadır. Bu torpaq sahəsində yerləşən, tamamilə uçmuş, yararsız vəziyyətdə olan 400 kv.m tövləni Bakı şəhərindən olan X12 qeyri-qanuni olaraq özəlləşdirmişdir. Hal-hazırda X12 bu torpaq sahəsini başqa şəxslərə icarəyə verərək, həmin torpaq sahəsini kənd təsərrüfatı üçün tamamilə yararsız hala salmaqdadır. Bunun nəticəsində yaxınlıqdakı ərazidəki yerləşən bütün torpaq sahələri kənd təsərrüfatı üçün yararsız hala düşəcəkdir. Lakin iddiaçı və ailə üzvləri istifadələrində olan torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların saxlanması ilə məşğuldur. Lakin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduqları halda X12 bu torpaq sahələrini yararsız hala salmaqla məşğuldur. AR Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə:
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. AR Torpaq Məcəlləsinin 73-cü maddəsindən də açıq-aydın görünür ki, X8 bu torpaq sahəsindən istifadə etməsinə xitam vermək üçün yetərincə qədər hüquqi əsas vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Beləliklə, mülki qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla hər hansı şəxsi müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla yeni icarə müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Bildiririk ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 461.1 kv.m təşkil edən yardımçı təsərrüfat Əmlak Məsələləri Dövlət Komitəsi ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2806 nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmiş və qeyd olunan əmlak Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışa əsasən sonuncunun xüsusi mülkiyyətinə verilmişdir. Əlavə olaraq bildirirlər ki, iddia ərizəsində qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti və ya onun hüquq varisi olduğu qurumlardan hər hansı biri ilə X12 arasında icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə iddianın predmeti olan torpaq sahəsi üzərində hüquqlara malik olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bununla əlaqədar bildirirlər ki, iddiaçının ünvan 1i ərazisində yerləşən 223 ha torpaq sahəsinin onun istifadəsinə ayrılmasına köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə Xidmətin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə cavab verilərək mövcud qanunvericiliyə uyğun olaraq Şabran Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı müraciət daxil olduğu təqdirdə məsələyə münasibət bildiriləcəyi qeyd olunmuşdur (məktubun surəti əlavə olunur). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin dördüncü hissəsinə əsəsən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məlumat üçün bildirirlər ki, iddiaçının atası X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi üçüncü şəxslər olmaqla) qarşı yuxarıda qeyd olunan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 461.1 kv.m təşkil edən yardımçı təsərrüfatın özəlləşdirilməsinin nəticələrinin ləğvi ilə bağlı iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir (məhkəmə qərarları əlavə olunur). Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, aşagıda qeyd edilən əsaslara görə iddia mümkün hesab edilməməlidir. İnzibati məhkəmə icraatında məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxa bilməz. İddiaçı ünvan 1ində yerləşən 703 ha torpaq sahəsində X8 istifadəsinə xitam verilməsi və öz hüquqlarının tanınması niyyətindədir. Lakin iddiaçının belə bir iddia qaldırmaqda subyektiv hüququnun olması müəyyən edilmir. Eyni zamanda ünvan 1ində yerləşən 703 ha torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən X10 verilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması ilə yanaşı qaldırılan iddia formasında iddia növü qanunvericilikdə nəzərədə tutulmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi üçüncü şəxslər olmaqla) qarşı yuxarıda qeyd olunan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 461.1 kv.m təşkil edən yardımçı təsərrüfatın özəlləşdirilməsinin nəticələrinin ləğvi ilə bağlı iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********75- 12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1inə yerləşən əmlak kompleksi kimi müəssisə X9 xüsusi mülkiyyətindədir. Həmin müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı ərizəsində qeyd edir ki, “iddiaçı və ailəsi 2007-ci ildə Şabran rayonunun Maytablı kəndində iri və xırdabuynuzlu heyvanların saxlanması üçün təsərrüfat yaratmışdır. Həmin təsərrüfat Şabran rayonunun Maytablı kəndində olan 223 ha torpaq sahəsində yerləşir. Mərhum atası dəfələrlə həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Şabran rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yalnız bu günlərdə bilmişdir ki, həmin torpaq sahəsi əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsinin, hal-hazırda isə AR İqtisadiyyat Nazirliyinin balansındadır.” İddiaçı 223 ha torpaq sahəsinin cavabdehi inzibati orqanın balansında olduğunu bildirsədə, bununla bağlı hər hansı bir sübutu mövcud deyil. İddiaçı 2007-ci ildən torpaq sahəsindən istifadə etdiyini bildirir. İddiaçının torpaq sahəsinin statusunu bilməməsi onun bu torpaq sahəsindən qanunsuz istifadə etdiyini göstərir. İddiaçıya izah edilsin ki, ilk növbədə torpaq sahəsinin statusunu müəyyən etdikdən sonra subyektiv hüququna uyğun olaraq səlahiyyətli inzibati orqanlara müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev