Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-916/2022 27.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 549 saylı fərdi yaşayış evinə dair X11 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati Məhkəməsinin icraatına İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 549 saylı fərdi yaşayış evinə dair X11 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən 549 saylı fərdi yaşayış evi iddiaçının mərhum babası X9 məxsus olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 16 yanvar 1998-ci il tarixli, 52 saylı sərəncamı ilə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən 1955-ci ildən tikilmiş ümumi sahəsi 69,60 kvadrat metr, yaşayış sahəsi 49,1 kvadrat metr, ümumi torpaq sahəsi 1341,0 kvadrat metr olan 549 saylı fərdi yaşayış evi X7 adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında sözügedən fərdi yaşayış evi Sumqayıt şəhər keçmiş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən iddiaçının babası X7 mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş, babasının vəfatından sonra isə vərəsəlik qaydasında hər birinin payı ½ olmaqla atası Novruzov Ağarəzi Əliyulla oğlunun və X5nun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq bu barədə onların adlarına Qeydiyyat Vəsiqəsi verilmişdir. Qeyd olunan fərdi yaşayış evinin sahəsi 1341,0 kvadrat metr təşkil edən həyətyanı torpaq sahəsi isə sonradan Cavabdeh tərəfindən 15 fevral 2012-ci il tarixdə verilmiş ********** Qeydiyyat nömrəli, MA seriyalı ******* saylı çıxarışa əsasən hər birinin payı ½ olmaqla Novruzov Ağarəzi Əliyulla oğlunun və X11 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçının atası ilə əmisi razılığa gələrək fərdi yaşayış evini və torpaq sahəsini öz aralarında bölmüş və nəticədə fərdi yaşayış evi bərabər şəkildə, həyətyanı torpaq sahəsi isə 596 kvadrat metri atası Novruzov Ağarəzi Əliyulla oğlunun, qalan 745 kvadrat metr hissəsi isə X5nun mülkiyyəti kimi müəyyən edilmişdir. Atası Novruzov Ağarəzi Əliyulla oğlunun mülkiyyətində qalmış sahəsi 596 kvadrat metr təşkil edən həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən 30 dekabr 2015-ci il tarixdə verilmiş ********** Qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışa əsasən Novruzov Ağarəzi Əliyulla oğlunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. X5 onun sərəncamında qalmış 745 kvadrat metr torpaq sahəsini öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirdikdən sonra həmin torpaq sahəsini və payına düşən fərdi yaşayış evinin müvafiq hissəsini 26 dekabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4-Ə-547 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4, sonuncu da 29 dekabr 2015-ci il tarixdə torpaq üzərində hüququnu dövlət qeydiyyatından keçirmişdir. X18 əmisinin torpağını aldıqdan sonra X17 ilə birgə mülkiyyətdə olmuş fərdi yaşayış evinin həmin torpaq sahəsində yerləşən hissəsini sökərək bir qədər kənarda yeni fərdi yaşayış evi inşa etdirmişdir. Sözügedən evin bir hissəsi sökülərkən evin atasının istifadəsində qalmış hissəsi də zədələndiyindən, atası Novruzov Ağarəzi Əliyulla oğlu evin qalan hissəsini də sökərək onun yerində yeni fərdi yaşayış evi inşa etdirmişdir. Nəticədə, babasına məxsus olmuş və sonradan vərəsəlik qaydasında Novruzov Ağarəzi Əliyulla oğlu ilə X11 paylı mülkiyyətinə keçmiş fərdi yaşayış evi sökülmüş, yerində atasına məxsus torpaq sahəsində atası tərəfindən, əmisi X3 torpaqda da sonuncu tərəfindən yeni fərdi yaşayış evləri inşa edilmişdir. X6 mülkiyyətinə keçmiş 745 kvadrat metr torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X1 sonra 2016-cı ildə Cavabdehnə müraciət edərək mərhum babama məxsus olmuş və Sumqayıt şəhər keçmiş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən babasının vəfatından sonra vərəsəlik qaydasında hər birinin payı ½ olmaqla atam Novruzov Ağarəzi Əliyulla oğlunun və əmim X11 mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq onların adlarına verilmiş Qeydiyyat Vəsiqəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla dəyişdirilməsini xahiş etmişdir. Halbuki, həmin dövrdə sözügedən fərdi yaşayış evi artıq mövcud deyildi. Çünki qeyd olunan fərdi yaşayış evi Novruzov Ağarəzi Əliyulla oğlu ilə X17 arasında real bölgü aparılmaqla bölünmüş, X17 evin ona aid edilmiş hissəsini torpaq sahəsi ilə birlikdə X4, sonuncu da fərdi yaşayış evinin sözügedən hissəsini sökərək torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişdir. Mərhum atası Novruzov Ağarəzi Əliyulla oğlu da atasından qalmış evin ona aid hissəsini sökərək yerində yeni fərdi yaşayış evi inşa etmişdir. Lakin Cavabdeh tərəfindən X11 müraciəti düzgün araşdırılmamış, torpağa və mövcud fərdi yaşayış evinə yerində baxış keçirilməmiş və nəticədə mövcud olmayan daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərək Sumqayıt şəhər keçmiş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən babasının vəfatından sonra vərəsəlik qaydasında hər birinin payı 1/2 olmaqla Novruzov Ağarəzi Əliyulla oğlunun və X11 mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq onların adlarına verilmiş Qeydiyyat Vəsiqəsi eyni paylarla çıxarışla əvəz edilmişdir. Nəticədə, X11 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı ‘‘Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsaslanaraq o, iddiaçının atasının mülkiyyətində olan 596 kvadrat metr torpaq sahəsində sonradan inşa etdirdiyi fərdi yaşayış evinin ½ hissəsinin ona aid olduğunu iddia etməyə başlamışdır. Cavabdeh tərəfindən yol verilmiş bu qanunsuzluğun aradan qaldırılması məqsədi ilə atası həmin qeydiyyatın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırmaları başa çatmadan Novruzov Ağarəzi Əliyulla oğlu vəfat etmişdir. İddiaçı və digər ailə üzvləri mərhum Novruzov Ağarəzi Əliyulla oğlunun hüquq varisləri kimi tanınaraq məhkəmə prosesinə cəlb edilsələr də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(105)-114/2021 saylı qərardadı ilə atası Novruzov Ağarəzi Əliyulla oğlunun cavabdeh X14 qarşı 18 iyun 2016-cı il tarixli, ********** saylı qeydiyyatın ləğv olunması və mülkiyyət hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş və həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar qeyd olunur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 və X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında içtirak edən üçüncü şəxs X14 iddia ərizəsinə etiraz edərək bildirdi ki, mərhum atalarına məxsus fərdi yaşayış evini və torpaq sahəsini mərhum qardaşı ilə öz aralarında bölmüş və nəticədə fərdi yaşayış evi bərabər şəkildə, həyətyanı torpaq sahəsi isə 596 kvadrat metri qardaşı Novruzov Ağarəzi Əliyulla oğlunun, qalan 745 kvadrat metr hissəsi isə onun mülkiyyəti kimi müəyyən edilmişdir və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. O, X16 yalnız özünə məxsus olan torpaq sahəsini satmışdır. Alqı-satqı qanuni əsaslarla həyata keçirilmişdir. Hazırda o, həmin ərazidən köçərək orada yaşamır. Ona pay kimi düşən ev qardaşının torpaq sahəsinə düşürdü. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən digər üçüncü şəxs X18 izahat verərək bildirdi ki, mübahisəli əmlakı X10 xx.xx.2015-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli alqısatqı müqaviləsi əsasında əldə etmişdir. Həmin müqavilə tam qanuni əsaslarla bağlanmışdır. xx.xx.2015-ci il tarixdə aldığı torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsini alanda onun üzərindəki ev iki otaqlı idi. Həmin ev sökülmüş və ondan aralıda yeni bir ev inşa etmişdir. Torpağı üzərində evlə birlikdə X10 almışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evi X17 və Novruzov Ağarəzi Əliyulla oğlunun paylı mülkiyyətində olmaqla xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. • Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********56 nömrəli imtina məktubunda iddiaçının ərizəsindən imtina olunması qeyd olunmuşdur. • İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2008-ci il tarixli arxiv çıxarışına əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998ci il tarixli, 52 nömrəli sərəncamı ilə 1955-ci ildə tikilmiş ümumi sahəsi 69,60 kvadrat metr, yaşayış sahəsi 49,1 kvadrat metr, ümumi torpaq sahəsi 1341,0 kvadrat metr olan 549 saylı fərdi yaşayış evi X7 adına qeydiyyatdan keçirilmişdir. • Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 519 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli vərəsəlik əsasında Novruzov Ağarəzi Əliyulla oğlu və X11 adına ½ hissədə qeydiyyata alınmışdır. • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 1962 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş Novruzov Ağarəzi Əliyulla oğlunun vərəsəsi kimi tanınmışdır. • Məhkəmə sorğusu nəticəsində ünvan 2 fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə mövcud olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə (xx.xx.2004-cü il) əsasən mərhum X8 məxsus ünvan 2 fərdi yaşayış evi Novruzov Ağarəzi Əliyulla oğlu və X11 adına bərabər hissələrə bölünmüşdür. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 0,1341 ha torpaq sahəsi hər birinə ½ hissədə müəyyən edilməklə Novruzov Ağarəzi Əliyulla oğlu və X23 arasında bərabər bölünmüşdür. • xx.xx.2015-ci il tarixli paylı mülkiyyətin bölgüsünə dair müqaviləyə əsasən Novruzov Ağarəzi Əliyulla oğlu və X17 xx.xx.2012-ci il tarixdə verilmiş **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MA seriyalı ******* nömrəli çıxarışa əsasən onlara məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 549 ünvanında yerləşən 0,1341 ha torpaq sahəsini 596 kv.metr hissədə Ağarəzi Novruzova, 745 kv.metr hissədə Əlirza Novruzova ayrılmaqla razılığa gəlmişlər. • Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,0596 ha torpaq sahəsi Novruzov Ağarəzi Əliyulla oğlunun adına qeydiyyatdan keçmişdir. • İş materiallarına 0,1341 ha torpaq sahəsinin bölgü sxemi əlavə edilmişdir. • Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən 1341 kv.metr torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 52 saylı sərəncamı ilə 549 saylı fərdi yaşayış evinin tikintisi üçün mərhum X9 ayrılmışdır. Həmin plan və ölçü dövlət torpaq kadastr kitabında xx.xx.2011-ci il tarixdə, 4926 nömrə ilə uçota alınmışdır (A № 381126). Həmin plan və ölçüdə torpaq sahəsinin qaiməsi, normativ qiyməti, baş plandan çıxarış əks olunmuşdur. • İş materiallarında olan AN-İ № ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X17 özünə məxsus olan ünvan 2 ünvanda yerləşən ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ½ hissə, 745 kv.metr torpaq sahəsini X2. • Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,0745 ha torpaq sahəsi X15 adına xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********56 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının mərhum babası X9 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamı ilə 1341 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. X21 vəfatından sonra onun iki oğlu - Novruzov Ağarəzi Əliyulla oğlu və X17 arasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1341 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən 549 saylı fərdi yaşayış evi bölünmüşdür. Belə ki, torpaq sahəsi xx.xx.2012-ci il tarixdə hər birinə ½ hissədə olmaqla bərabər bölünmüş, sonradan paylı mülkiyyətin bölgüsünə dair müqavilə ilə Novruzov Ağarəzi Əliyulla oğluna 596 kv.metr, X14 745 kv.metr torpaq sahəsi ayrılmış və Ağarəzi Novruzov xx.xx.2015-ci il tarixdə özünə məxsus 0,0596 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və çıxarış əldə etmişdir. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Əlirza Novruzov özünə məxsus 745 kv.metr torpaq sahəsini xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 və sonuncu həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata almış və çıxarış əldə etmişdir. Mustafa Qurbanov ona məxsus torpaq sahəsində mövcud olmuş fərdi yaşayış evinin bir hissəsini sökərək yeni yaşayış evi tikmiş, iddiaçının mərhum atası isə fərdi yaşayış evinin ona məxsus hissəsi zədələndiyindən özünə məxsus 596 kv.metr torpaq sahəsində yeni yaşayış evi tikmişdir. Hazırkı halda üçüncü şəxs Əlirza Novruzov xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 519 nömrəli Qeydiyyat Vəsiqəsi əsasında 549 saylı fərdi yaşayış evinə hər birinə ½ hissədə olmaqla mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və müvafiq çıxarış əldə etmiş, bunun nəticəsi olaraq iddiaçının mərhum atasının sonradan tikdiyi yaşayış evinin yarısına iddialı olmuşdur. İddiaçı müvafiq çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də onun müraciəti cavabsız qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Nəzərə alınmalıdır ki, hüquqdan sui-istifadənin qadağan edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində göstərilib. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1 və 560.3.2-ci maddələrinin tələblərinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi hüquqdan sui istifadə sayılır. Göründüyü kimi, üçüncü şəxs Əlirza Novruz özünə məxsus olan 745 kv.metr torpaq sahəsini digər üçüncü şəxs Mustafa Sultanova satmışdır. Həmin torpaq sahəsinin üzərində ona məxsus fərdi yaşayış evi sökülmüş və bir qədər kənarda yeni yaşayış evi tikilmişdir. Əlirza Novruzov faktiki mövcud olmayan fərdi yaşayış evinə çıxarış əldə etmişdir. Bu isə onun hərəkətlərinin qeyri-qanuni olmasına və onun alqı-satqı müqaviləsinin tərəfi kimi üzərinə düşən vəzifələrin kobudcasına pozulmasına dəlalət edir. Belə olan halda hesab olunur ki, Qeydiyyat vəsiqəsi əsasında əldə edilmiş RX seriyalı, ******* nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir (150.1.). İşdən göründüyü kimi üçüncü şəxs Əlirza Novruzovun Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 519 nömrəli Qeydiyyat Vəsiqəsi əsasında çıxarışın əldə edilməsi üçün cavabdeh orqana müraciət etdiyi zaman mübahisəli yaşayış evinə baxış keçirilmədən, müayinə aktı tərtib edilmədən qanunsuz olaraq mövcud olmayan yaşayış sahəsinə çıxarış verilmişdir. Həmin çıxarış əldə edildikdən sonra üçüncü şəxs Əlirza Novruzovun digər üçüncü şəxs Mustafa Sultanova özünə məxsus torpaq sahəsini satması və onun üzərindəki yaşayış sahəsini sökərək yeni yaşayış evi tikməsi onu qeyd etməyə əsas verir ki, iddiaçıya məxsus mərhum atası tərəfindən tikilən yeni yaşayış sahəsinə mövcud çıxarış əsasında Əlirza Novruzovun ½ hissədə iddia etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olar. Bundan əlavə, mübahisəli yaşayış evinə yerli baxış keçirilmiş və üçüncü şəxs X15 iddiaçıya qarşı hər hansı bir iddiasının olmadığı müəyyən edilmişdir. O cümlədən, həmin üçüncü şəxs məhkəmə iclasında izahat verərkən 745 kv.metr torpaq sahəsinin ona mübahisəli evin bir hissəsi ilə birlikdə satıldığını bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin sxemində də üçüncü şəxs X22 Novruzov tərəfindən ona satılan torpaq sahəsində yeni yaşayış evi inşa etdirməsi müəyyən olunmuşdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, mübahisəli 549 saylı fərdi yaşayış evi söküldüyündən, üçüncü şəxs özünə məxsus torpaq sahəsi və mübahisəli evin bir hissəsini digər şəxsə alqı-satqı müqaviləsi əsasında satdığından və iddiaçının mərhum atası tərəfindən yeni yaşayış evi tikildiyindən əvvəlki qeydiyyat vəsiqəsi əsasında mübahisəli evə yeni çıxarışın cavabdeh orqan tərəfindən verilməsi qanunazidd və əsassız olması səbəbindən ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 549 saylı fərdi yaşayış evinə dair X11 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-916/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-916/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver