Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-917/2020 01.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçının nümayəndələri X5 (“xxxx” ASC-nin iddia Məhkəmə-Hüquq şöbəsinin baş hüquqşünası işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 8, mənzil 94-də yaşayan) və X1 (“xxxx” ASC-nin İddia Məhkəmə-hüquq Şöbəsinin baş hüquqşünası işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, ev 2/6, mənzil 10-da yaşayan) iştirakı ilə, İddiaçı “xxxx” Kommerisya Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikas ƏMDK yanında DƏDRX-in 4 saylı X9rşı ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahələrinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin ləğv edilməsi və sözügedən torpaq sahələri üzərində “xxxx” KB ASC-nin xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla bütün digər məhdudiyyətlərin götürülməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “X12” Açıq Səhmdar Cəmiyyəticavabdehlər Daşınmaz Əmlakın Reyestr Xidmətinin 4 saylı X14 və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 4 saylı X13 üzərinə xx.xx.2012-ci il tarixli İBO12-1484/1 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı arasına ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6.50 ha, 10.50 ha və 54.9765 ha torpaq sahəsinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin (ipotekanın dövlət qeydiyyatının) və DƏDRX-nin 4 saylı X16 tərəfindən qeydiyyata alırmış Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin (xx.xx.2016-cı il tarixli **********, ********** və ********** saylı bildirişlər) ləğv edilməsi və sözügedən torpaq sahələri üzərində “xxxx” KB ASC-nin xeyrinə dövlətə reyestrində aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla, bütün digər məhdudiyyətlərin götürülməsi öhdəliklərinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1066/2020 saylı xx xxxxxx 2020-ci tarixli qərardadı ilə 2-1(112)-1066/2020 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh qismində iştirakına xitam verilməsi və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı cavadehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiatələbi onunla əsaslandırılmışdır ki,“xxxx” KB ASC ilə X3 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6.50 ha, 10.50 ha və 54.9765 ha torpaq sahələri xx.xx.2015-ci il tarixli 04B/15 saylı kredit müqaviləsinin təminatı kimi ‘xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ DƏDRX-nin 4 saylı X16 tərəfindən dövlət qeydiyyata alınmışdır. DƏDRX-nin 4 saylı X16 tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda göstərilmişdir ki, texniki səhv nəticəsində Azərbaycan Respublikası Mərkəzi Bankınn xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinin və xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinin qeydləri Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemindən silinmişdir və Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 16-cı maddəsinə uyğun olaraq hənin torpaq sahələri üzərində “xxxx” KB ASC-nin ipoteka hüququnun - qeydiyyatının ləğv olunması barədə tədbirlərin görülməsi zərurəti yaranmışdır. Bundan sonra “xxxx" KB ASC tərəfindən DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2017-ci il tarixli **********2 saylı bildiriş məktubunun etibarsızlığının tanınması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1-(85)-3075/2017 saylı qərarı ilə “xxxx” KB ASC-nin həmin iddia tələbi təmin olunaraq, Daşınmaz Əmlakın Dövlətt Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli 17**********2 saylı bildiriş məktubu etibarsız hesab edilmşdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişidirilmədən saxlanılmışdır. “xxxx” KB ASC tərəfindən xx.xx.2018-ci il tarixdə ipoteka predmetləri olan yuxarıda qeyd olunan daşınmaz əmlaklara tutmanın yönəldilməsi üçün bildirişlərin qeydə alınması məqsədilə müvafiq ərizələrlə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X14 müraciət olunduğu zaman, həmin idarə sözügedən bildirişləri qeydiyyata almaqdan imtina etmişdir. Bu zaman, əsas kimi Yasamal Rayon Məhkəməsində iddiaçı Mərkəzi bankın cavabdehlər X6 və qeyrilərinə qarşı qaldırdığı “alqı-satqı müqaviləsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqdlərlə bağlı Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində aparılmış qeydiyyatın ləğv edilməsi" tələbi üzrə məhkəmə mübahisəsinin davam etməsi göstərilmişdir. Sözügedən məhkəmə mübahisəsi üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankınn cavabdehlər X2 və qeyrilərinə qarşı alqı-satqı, ipoteka əqdinin etibarsız hesab olunması və bununla bağlı hüquqların Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində ləğv edilməsinə dair” iddia təbbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmşdır. Mərkəzi Bankın iddiası rədd olunduğundan və məhkəmə mübahisələri yekunlaşdığından, sözügedən Abşeron rayonu, Məmmədli kəndində yerlşən 6.50 ha, 10.50 ha və 54.9765 ha torpaq sahələrinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin (ipotekanın dövlət qeydiyyatının) və DƏDRX-nin 4 saylı X16 tərəfindən qeydiyyata alınmış Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin (xx.xx.2016-cı il tarixli **********, ********** və ********** saylı bildirişlər) ləğv edilməsinə və sözügedən daşınmaz əmlaklar üzərində “xxxx” KB ASC-nin xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla, bütün digər məhdudiyyətlərin götürülməsinə zərurət yaranmşdır. Bununla əlaqədar ilk növbədə “xxxx” KB ASC tərəfindən AR ƏMDK-nə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət olurmuşdur. AR ƏMDK yanında DƏDRX-nin “xxxx” KB ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli **********26 saylı məktubunda bildirilmişdir ki, “Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqdlərlə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddia təbbi rədd edilsə də, qeyd olunan əmlaklara münasibətdə Mərkəzi Bankın xeyrinə aparılmış yüklülüyün və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Mərkəzi Bankın bildirişinin qeydiyyatının ləğv olunması məhkəmə baxışının predmeti olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka saxlayanın sərəncamına verilməsi ilə bağlı məsələnin həlli “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada və əsaslarla mümkündür". xx.xx.2019-cu il tarixdə “xxxx” KB ASC tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X14 ərizə ilə müraciət olunmuşdur. Cavabdeh inzibati orqan ƏMDK-nin cavabına uyğun imtina məktubu vermişdir. Qanuni qüvvəsini almş məhkəmə qərarında AR MM-nin 1,49.2-ci maddəsinə istinad edilməklə “xxxx” KB ASC-nin vicrdanlı üçüncü şəxs olması qənaətinə gəlinmişdir.İşin mübahisəsiz halı ondan ibarətdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6.50 ha, 10.50 ha və 54.9765 ha torpaq sahəbri ilə bağlı B.Bağırov ilə C.Ələkbərli arasında alqı-satqı müqaviləsinin və sonradan C.Ələkbərli ilə “xxxx” KB ASC arasında ipoteka müqaviləsinin bağlanması zamanı daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahələrinin Mərkəzi Bankın xeyrinə yüklülüyü mövcud olmamışdır. Belə olan halda sözügedən torpaq sahələrini qanuni əsaslarla əldə edən və qanunamüvafiq ipoteka müqaviləsi bağlayan yeni mülkiyyətçi C.Ələkbərlinin və xeyrinə ipoteka hüququ yüklü edilən “xxxx” KB ASC-nin Mərkəzi Bank və qeyriləri qarşısında hər hansı bir öhdəliyi ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia tələbini müdafiə etdilərvə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Üçüncü şxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəməyə ünvanladığı məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, X3 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6,50 ha, 10,50 ha və 54,9765 ha torpaq sahələri barəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə AR Mərkəzi Bankının bildirişinin ləğv edilməsi və torpaq sahələrinin üzərindən bütün digər məhdudiyyətlərin götürülməsi barədə 4 saylı X14 28 noyabr 20 9-cu il tarixdə daxil olmuş "xxxx" KB ASC-nin xx.xx.2019-cu il tarixli PKKİED/548 nömrəli məktubuna baxılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-390/2018 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının “xxxx” KB ASC- yə və başqalarına qarşı alqısatqı, ipoteka əqdlərinin etibarsız hesab edilməsi və həmin əqdlərlə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddia tələbi rədd edilmiş qətnamə sonrakı məhkəmə instansiyalarında qüvvədə saxlanılmışdır. Lakin həmin məhkəmə qərarları ilə yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının iddiası rədd edilmişdir. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6,50 ha 10 50 ha və 54,9765 ha torpaq sahələri barəsində Mərkəzi Bankın xeyrinə qeydiyyata alınmış yüklülüyün və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Mərkəzi Bankın bildirişinin qeydiyyatının ləğv olunması isə məhkəmə baxışının predmeti olmadığına və belə bir qərar qəbul olunmadığına görə, qeydiyyat orqanı tərəfindən müraciətdə qeyd edilən əməliyyatların aparılması qanunvericiliyə uyğun olmamışdır. Belə ki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının bildirişinin qeydiyyatı isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qüvvədə olan ipoteka müqaviləsi əsasında aparıldığına görə onun ləğv edilməsi üçün də hər hansı əsas olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyənedilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan : -«X12» ASC ilə X10 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 04Bİ/15 saylı ipoteka müqaviləsindən görünür ki, X4 «xxxx» ASC-yə olan kredit borcunun təminatı kimi X10 özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 6,50 ha, 10,50 ha və 54,9765 ha torpaq sahələrini ipoteka ilə yüklü etmişdir. -DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX N0744927 seriya saylı xx.xx.2015-ci il tarixli; RX N0745270 seriya saylı xx.xx.2015-ci il tarixli və RX N ******* seriyalı xx.xx.2015ci il tarixli çıxarışlardan görünür ki, X6 məxsus Abşeron rayonu Məmmədil kəndində yerləşən 6,50 ha, 10,50 ha və 54,9765 ha torpaq sahələri 12 ay müddətinə (xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək) ipoteka ilə yüklü edilmişdir. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-3075/2017 ci il tarixli xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin xx xxxx 2017-ci il tarixli **********22 saylı bildiriş məktubunun etibarsızlığının tanınmasına dair iddiası təmin edilmişdir. Həmin məktubda DƏDRX-nin 4 saylı Ərazi İdarəsi bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə xx xxx 2017-ci il tarixli məktubunu nəzərə alaraq, Abşeron rayonu Məmmədli kəndində yerləşən 54,9765 ha, 6,50 ha və 10,50 ha torpaq sahələri ipoteka saxlayan Mərkəzi Bankın razılığı olmadan özgəninkiləşdirildiyindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həmin torpaq sahələri üzərində «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ipoteka hüququnun qeydiyyatının ləğv edilməsi barədə tədbirlərin görülməsi zərurəti yaranmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-607/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-3075/2017ci il tarixli xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədn saxlanılmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12147/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər X2, X6 AR ƏMDK yanında DƏDRX-ə qarşı alqı-satqı müqaviləsinin və ipoteka əqdinin etibarsız hesab olunması və bununla bağlı qeydlərin Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə Yasamaıl rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-3050/2019 saylı qərarından görünür ki,Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12147/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələnidirilə bilər. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 23.1-ci maddəsinə sasən qeydiyyat orqanını vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 6,50 ha, 10,50 ha və 54,9765 ha torpaq sahələri ilə bağlı B.Bağrıv və C.Əkbərli arasında alqı-sayqı müqaviləsinin və sonradan C.Əkbərli ilə “xxxx” ASC arasında ipoteka müqaviləsinin bağlanması zamanı daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahələrinin Mərkəzi Bankın xeyrinə yüklülüyü mövcud olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə DƏDRX-nin 4 saylı X13 “xxxx” ASC-nin ipoteka hüququnun etibarsız tanınacağı barədə xx.xx.2017-ci il tarixli məktubu etibarsız tanınmışdır. Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər X6 və qeyrilərinə qarşı “xxxx” ASC ilə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Həmin məhkəmə aktında qeyd edilmişdir ki, “xxxx” ASC mübahisəli torpaq sahələrini əldə edən şəxs kimi əldə etmə anında müvafiq qeydin qeyri-dəqiq olduğunu bilməmiş, nə də həmin anda qeydə dair hər hansı bir etiraz reyestrə daxil edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Mərkəzi Bankın xeyrinə daşınmaz əmlakın dövlət reyestrində ipoteka hüququ barədə qeydləri aparmaqda və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişləri verməkdə haqlı olmamış və bununla iddiaçı “xxxx” ASC-nin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh DƏDRX-in 4 saylı Ərazi İdarəsinə qarşı ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahələrinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin ləğv edilməsi və sözügedən torpaq sahələri üzərində “xxxx” KB ASC-nin xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla bütün digər məhdudiyyətlərin götürülməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx xxxxxx 2012-ci il tarixli İBO12-1484/1 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan X7rşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Məmmədli kəndində yerləşən 6,50 ha, 10,50 ha və 54,9765 ha torpaq sahələrinə dair Mərkəzi Bankın xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlərin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X16 tərəfindən qeydiyyata alınmış Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2016-cı il tarilxi **********, ********** və ********** saylı bildirişlərin ləğv edilməsi və sözügedən torpaq sahələri üzərində “X12” ASCnin xeyrinə dövlət reyestrində aparılmış yüklülüyə dair qeydlər istisna olmaqla, bütün digər məhdudiyyətlərin götürülməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı X13 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-917/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-917/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver