Məhkəmə qərarları › İş №2-1(118)-917/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-917/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-917/2022 23.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əvvəlki soyadı olan “Yunusov” soyadını bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri,Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Abşeron rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əvvəlki soyadı olan “Yunusov” soyadını bərpa edilməsi barədə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini və doğum haqqında akt qeydində onun əvvəlki soyadı olan “Yunusov” soyadını bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsl soyadı “Yunusov” olmuşdur. Sonradan bəzi qohumlarının ona olan təklifi əsasında öz soyadını “Yunusov” soyadından “Quliyev” soyadına dəyişmək üçün Sumqayıt ASAN xidmətində qeydiyyat şöbəsinə müraciət etmişdir. Müvafiq sənədləri təqdim etdikdən sonra, soyadı dəyişdirilmişdir. Lakin sonradan o, soyadını dəyişməyindən çox peşiman olmuşdur. Əvvəlki soyadımı bərpa etmək üçün təkrar Sumqayıt ASAN xidmətində qeydiyyat şöbəsinə müraciət etmişdir. lakin ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. “Yunus” onun ata tərəfdən ulu babasının adıdır.İddiaçı onun adına uyğun olan soyad daşımaq istəyir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : -iddiaçıya aid şəxsiyyət vəsiqsəindən görünür ki, İddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür. - İş materiallarında olan hərbi bilet, nikah haqqında şəhadətnamədən və uşaqların doğum haqqında şəhadətnamələrində iddiaçının soyadı “Quliyev” göstərilmişdir -Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı axtarışda olması və məhkumluğu barədə DİN –in BƏSİİ –in məlumat axtarış bazasında məlumat qeydə alınmamışdır. - -AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. - Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci tarixli cavab məktubundan görünür ki, Quliyev X2 rayon qeydiyyat şöbəsinə müraciət etməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, vətəndaş xx.xx.2017- ci il tarixdə soyadını ‘'Yunusov”dan “Quliyev”ə dəyişdirmişdir. Ərizənin məzmunundan görünür ki, vətəndaş soyadını yenidən “Yunusov”a dəyişdirmək istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydalan”nın 6.3-cü bəndinə əsasən Adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən edilmiş hallarda yol verilir. Quliyev Rabi l Müqabil oğlubir dəfə soyadını dəyişdirdiyinə görə Qeydiyyat şöbəsində yenidən soyadın dəyişdirilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə vətəndaşlara 18 yaşına çatdıqdan sonra öz adlarını, soyadlarını və ata adlarını dəyişməsi huququ verilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarda bununla bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə iddiaçının artıq bir dəfə soyadını dəyişdirməsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də iddiaçı həmin öhdəliyin icrasını zəruri edən şərtləri, cavabdeh orqan isə - belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı soyadının dəyişdirilməsini zəruri edən şərtləri sübut edə bilmədiyi üçün iddia təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar