Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-920/2020 03.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, XN Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçının xx xxxxxx N992-ci il tarixindən xx xxxxxx N993-cü ilədək döyüş əməliyyatlarında iştirak etməyi və Qarabağ Müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,N990-cı illərdə erməni millətçi dəstələrinin ölkəmizə silahlı hücumlarının qarşısının alınması zamanı ölkəmizin Ermənistanla həmsərhəd inzibati ərazisinə Laçın rayonu da daxil idi. Həmin illərdə hər zaman düşmən tərəfindən silahlı hücumlar olurdu. Düşmən tərəfindən torpaqlarımız işğal olunur, dinc insanlarımız qətlə yetirilirdi. İddiaçı da həmin illərdə Laçın rayonunda yerləşən Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissədə xx xxxxxx N992-ci ildən xx xxxxxx N993-cü il tarixinə kimi xidmət edərək vətənimizin ərazi bütövlüyünü qorumuşdur. Xidməti dövründə hərbi hissə tərəfindən bütün növ təminatlarla, silah-sursat, geyim və digər təminatlarla təmin edilmişdir. N saylı Laçın alayının komandiri Arif Paşayevin komandanlığı altında xx xxxxxx N993-cü il tarixinə kimi Laçın, Cəbrayıl rayonlarının sərhəd kəndlərində xidmət etmişdir. Həmin tarixdən ona verilmiş silah və digər təminatları hərbi hissəyə təhvil verərək xidmətdən xaric edilmişdir. Xidmətindən uzun illər keçməsinə baxmayaraq, halhazıra kimi Qarabağ Müharibəsi veteranı adını və vəsiqəsini almamışdır. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinin nəzdində veteran adının və müvafiq vəsiqələrinin verilməsi komissiyasına müraciət etsə də, komissiya tərəfindən sənədləri araşdırılmış və xx.xx.20N9-cu il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilməmiş, eyni zamanda ona “Müharibə veteranı adının və vəsiqəsi”nin verilməsi məqsədəuyğun hesab edilməməsi barədə qərar qəbul etmişlər ki, bununla da Müdafiə Nazirliyi tərəfindən qüvvədə olan veteranlar haqqında qanunla ziddiyyət təşkil edir. Belə ki, hərbi qanunvericiliyə görə, hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. xx xxxxxx N99N -ci il tarixli, 36 nömrəli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə “Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, nabelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. xx xxxx N994-cü il tarixli, 84N nömrəli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriyalı şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. xx xxxx N994-cü il tarixdə qəbul olunmuş 84N nömrəli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulurdu ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Müharibə və Silahlı Qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədləri uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri verirlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin N998-ci il 06 yanvar tarixli 4 nömrəli əmrinə N nömrəli Əlavə kimi qəbul edilmiş ““Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamə”nin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimafın N.9-cu bəndinə əsasən, hərbi qulluqçulara “Müharibə veteram” adı və vəsiqəsi hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər arasında Müdafiə Nazirliyinin mərkəzi aparatlarının nəzdində yaradılmış komissiyasının rəyi ilə verilir. x xxxxxx N997-ci il tarixinədək tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteram” adı və vəsiqəsi rayon (şəhər) hərbi komissarlğı tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığının nəzdində yaradılmış komissiyanın, x xxxxxx N997-ci il və sonrakı tarixlərdə tərxis olunmuş hərbi qulluqçulara isə hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər əsasında Müdafiə Nazirliyinin mıərkəzi aparatının nəzdində yaradılmış komissiyanın rəyi ilə verilir. x xxxxxx N997-ci il və sonrakı tarixlərdə Hərbi hissənin ləğv olunması ilə əlaqədar tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi (həmin hərbi qulluqçuya Müdafiə Nazirliyinin mərkəzi aparatının nəzdində yaradılmış komissiya tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi dəqiqləşdirildikdən sonra) rayon (şəhər) hərbi komissarları tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığında yaradılmış komissiyasının rəyi ilə verilir. Həmin Təlimatın N.6-cı bəndinə əsasən, N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteram” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orderin və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. x xxxxx 2006-cı il tarixdə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd edilmişdir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı Qərarla “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin N-ci bölməsinin 9-cu abzası nəzərdə tutulurdu ki, Müharibə veteranı adı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik orqanı və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N0-cu abzası isə, nəzərdə tutulurdu ki, Müharibə veteranı adı, müvafiq veteran vəsiqəsi, Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx N997-ci il tarixli 53 saylı qərarı ilə Əsasnamənin bir sıra müddəaları ilə yanaşı, müharibə veteranı adının verilməsi ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi x xxxxxx 20N6-cı il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə aşağıdakı redaksiyada verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət .aralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Səməd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Flərbi Xidmətə Çağırış üzrə Dcvlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Beləliklə, “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsi Müharibə veteranı adı və vəsiqəsinin verilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə qüvvədə olan əsasnaməyə uyğun olaraq verilməlidir. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun N.0.NN -ci maddəsinə əsasən hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi göstərilmişdir. Azərbaycan Respublikasında məhkəmə Presedentinin tətbiqi təcrübəsini əsas götürərək eyni mübahisəyə məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddursa, digər fərqli qərar qəbul edilə bilməz. Bakı şəhəri Səbail rayon məhkəməsi xx xxxxxx 20NN -ci il tarixdə eyni tələbli iddia ərizəsinə baxaraq iddianı təmin etmişdir (qətnamənin surəti əlavə olunur). Bununla əlaqədar olaraq hesab edir ki, Müharibə veteranı adı verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Azərbaycan Respublikası Konstitusiyasının 9. İ maddəsinə əsasən, “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır”. Azərbaycan Respublikası Konstitusiyasının 25. İ maddəsinə görə, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Azərbaycan Respublikası Konstitusiyasının 26. İ maddəsinə əsasən, “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır". Azərbaycan Respublikası Konstitusiyasının 60. İV maddəsi ilə “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”. Azərbaycan Respublikası Konstitusiyasının 7N. İ maddəsinə görə, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.N -ci maddəsi ilə 'Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir”. 9.3cü maddəsinə əsasən “Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki,İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 Nq-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığınının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət(yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 2002-ci il tarixli arayışına əsasən iddiaçının hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli əmri ilə hərbi hissəyə qəbul edilməsi qeyd edilsə də, hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasına dair hər hansı qeyd mövcud deyildir. Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya məhz bu əsasla xx xxxxxx 20N9-cu il tarixli qərarla iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.
Yuxarıda göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev