Məhkəmə qərarları › İş №2-1(118)-921/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-921/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-921/2020 06.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüququ ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsin verilməsindən imtinanın qanunsuz hesab edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüququ ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Yarammədov X11 şəhəri, K.Zavod yeno yaşayış massivi T.İsmayılov küçəsi ünvanında daimi yaşayır. Bə ünvanda ona məxsus fərdi yaşayış evinin qarşısında, həyətindən çıxışının təxminən 6 m məsafədə yerləşən 0.02 ha torpaq sahəsini 1998-ci ildən zibillikdən təmizləyərək abadlaşdırmış və istifadə etməyə başlamışdır. Bu torpaq sahəsində böyük meyvə ağacları əkmiş, tərəvəz məhsulları yetişdirmişdir. Həmin torpaq sahəsinin ona ayrılması ilə bağlı iddiaçı şifahi qaydada dəfələrlə cavabdeh bələdiyyəyə müraciət etmiş, bələdiyyə sədrləri hər dəfə torpağı hərraca çıxaracaqlarına dair vədlər vermişlər. Torpağın faktiki olaraq onun istifadəsində olması bələdiyyəyə məlum olmuşdur, dəfələrlə bələdiyyə tərəfindən həmin sahəyə baxış keçirilmişdir. Yeni bələdiyyə sədri gəldikdən sonra xx.xx.2017-ci il tarixli 82 saylı bildirişi ona göndərmiş, zəbt edilmiş torpaq sahəsini özbaşına zəbt olunuğunun bildirmiş və cinayət məsuliyyətiə cəlb olunacağı barədə xəbərdarlıq etmişdir. Bundan bir həftə keçən kimi, yəni xx.xx.2017-ci il tarixdə bələdiyyə həmin torpağı ona bitişik torpaq sahəsi ilə birləşdirərək faktiki istifadə olunan torpaq sahəsi kimi X2. Halbuki, sözügedən 0.02 ha torpaq sahəsi 20 ildir iddiaçının istifadəsində olmuşdur. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəi X12 iddianı qəbul etmdi və izah etdi ki, mübahisəli 0,02 ha torpaq sahəsi iddiaçının evinə bitişik deyil, onun evi ilə həmin torpaq sahəsi arasında yol vardır. Göstərilən sahənin ona satılması ilə bağlı iddiaçı tərəfindən heç vaxt rəsmi müraciət edilməmişdir. Bununla bağlı xx.xx.2017-ci il tarixdə iddiaçıya bildiriş göndərilrək qanunsuz zəbt etdiyi torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş və qanunsuz torpaq zəbt etməyə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bildirmişdir. iddiaçı tərəfindən həmin bildirişə hər hansı cavab verilmədiyindən xx xxxx 2017-ci il tarixdə 0.04 ha torpaq sahəsinin X3 barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırılmışdır. Lakin onun iddiası mümkün sayılmamışdır. Bel əki, hesab edilmişdir ki, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yaranmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qatdada xəbərdar edilməsinə baxmayaraq səbəbinin bidlirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məmmədrəsul oğlu məhkəmə iddia qaldıraraq torpaq sahəsinin X4 barədə Xudat bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(085)-688/2019 saylı qərardadı ilə mümkün sayılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş və ona hazırki iddianı qaldırmağa əsas verən subyektiv hüququnun olması öz təsdiqini tapmır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Sadalanan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iddiaçının hər hansı tikilisi mövcud deyildir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. Xaçmaz rayon Xudat bələdiyyəsi xx.xx.2017-ci il tarixli 04 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. Hazırki iddaida isə İddiaçı üçüncü şəxs C.Şıxəmirova satılmış 400 kv m torpaq sahəsinin 200 kv m hissəsinin ona satılması və ya icarəyə verilməsi öhdəliyinin cavabdeh Xudat bələdiyyəsinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin C.Şıxəmirova satılması barədə qərarın qüvvədə olduğu və iddiaçının həmin qərarı mübahisələndirməyə subyektiv hüququnun olmadığı halda hazırki iddia üzrə də subyektiv hüququnun olmaması müəyyən edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Daha sonra həmin qərarda deyilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X1 cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüququ ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüququ ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar