Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-924/2023 09.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin N2 sentyabr 2022-ci il tarixli, 4/3-N0N90 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N974-cü ildə Quba rayonu, Qırız kəndində anadan olmuşdur. xx.xx.N994-cü ildə Quba rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xidmətini xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N saylı hərbi hissənin tərkibində icra etmişdir. Hərbi biletinin 7-ci səhifəsinə əsasən xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissənin komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmri ilə N7-ci maddənin «b» bəndinə əsasən xəstəliyinə görə ordu sıralarından qanuni əsasla tərxis olunmuşdur. Qeyd olunan xidməti ilə və döyüş əməliyyatlarında iştirakına görə ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün MN-nin aparat nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya etdiyi müraciəti xx.xx.2022-ci il tarixli 4/3- N0N90 saylı məktubla imtina olunmuş, səbəb kimi MN-i Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-N882N saylı arayışa əsasən onun döyüş əməliyyatları zamanı N saylı hərbi hissəyə daxil olmağı və xx.xx.N994- cü il tarixədək hərbi xidməti barədə məlumatın olmadığını göstərmişdir. Bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, arxiv arayışının 3-cü abzasında N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh.38. sıra NN66) komandirin xx.xx.N994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin siyahısına daxil olmağı və komandirin xx.xx.N994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin siyahısından çıxarılmağı barədə məlumatın olması qeyd edilmişdir, hərbi biletin 4-cü səhifəsində iddiaçının N saylı hərbi hissəyə daxil olmağı və çıxarılmağı 7ci səhifəsində xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirakı, 3-cü səhifəsində xx.xx.N984-cü il tarixdə ordu sıralarından tərxis olunmağı N saylı hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Bununla da müraciətinə baxılmamışdır, vəzifəli şəxslərin hərəkətsizliyi ilə üzləşmişdir. Müəyyən edilmiş qaydada ona «Müharibə veteranı» adı və vəsiqəsi verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, minaya düşdüyünü ondan sonra təxris olunduğunu bildirmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8283 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin N9 yanvar N994-cü il tarixli N6 nömrəli əmrinə əsasən İddiaçı, şəxsi heyətin siyahısına salınaraq bütün növ təchizatlarla təmin edilmiş, həmçinin N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli N29 nömrəli əmri ilə N7-ci maddənin “b” bəndinə (xəstəliyə görə) əsasən bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissənin N iyun N994-cü il tarixli N29 nömrəli əmri ilə iddiaçının xəstəliyə görə bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılması onun ehtiyata buraxılmasına dəlalət etmir. Çünki hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı adına tərtib edilmiş hərbi hissə komandirinin bütün əmrlərində ehtiyata buraxılması, qeydiyyata durması üçün hansı SHXÇDX-ya göndərilməsi, məzuniyyətdən istifadə edibetməməsi, pul mükafatlarının verilib verilməməsi barədə müvafiq qeydlər olmalıdır. Əmrdən də göründüyü kimi iddiaçının ehtiyata buraxılması və s. kimi qeydlər öz əksini tapmamışdır. Bundan başqa N nömrəli hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli N29 GM nömrəli əmrindən çıxarışda əmrin tərtib edilməsində əsas kimi Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0226 GM nömrəli əmrindən çıxarışı və Müdafiə nazirinin xx.xx.N994- cü il 3/2-2507, 3/4-2529 nömrəli sərəncamları göstərilmişdir. Qeyd edilən zərurətlə əlaqədar Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0226 GM nömrəli əmrindən çıxarışın Hüquq İdarəsinə göndərilməsi üçün mərkəzi arxivə sorğu göndərilmiş və mərkəzi arxivdən daxil olan 27.0N,2023-cü il tarixli 4/2-380 nömrəli, xx.xx.2023-cü il tarixli 4/2-N567 nömrəli arxiv arayışlarında və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0226 GM nömrəli əmrində İddiaçı adının aşkar edilmədiyi qeyd edilmişdir. Sözügedən xx.xx.N994-cü il tarixli 0226 GM nömrəli əmrdən də göründüyü kimi həmin əmr hərbi qulluqçuların vəzifəyə təyin edilməsi ilə əlaqədar tərtib edilmişdir. Həmçinin daxil olan xx.xx.2023-cü il tarixli, 4/2-380 nömrəli mərkəzi arxivin məktubunda N nömrəli hərbi hissə komandirinin yanvar-aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hospitala göndərilməsi və N nömrəli hərbi hissə komandirinin aprel-may N994-cü il tarixli əsgər heyətinə “pul təminatının ödənilməsi” cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N (N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesba etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsini istəyir. İddiaçının təqdim etdiyi sənədlərin əsaslılığı nəzərə alınaraq, mübahisənin məhkəmədənkənar həll edilməsi imkanı üçün vaxt verilmiş, cavabdeh inzibati orqan zəruri araşdırmaları aparsada, mübahisəni məhkəmədənkənar həll etməmiş, yuxarıda qeyd edilən etirazını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçıya müharibə veteranı adı verilməsi üçün onun döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ordu sıralarından təxris olunması sübut olunmalıdır. İş materiallarına əlavə edilmiş NZ seriyalı, ******* saylı hərbi biletdə XN döyüş əməliyyatlarında iştirak etməsi, N saylı hərbi hissənin komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmri ilə N7-ci maddənin «b» bəndinə əsasən xəstəliyinə görə ordu sıralarından tərxis olunması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N882N saylı arxiv arayışında qeyd edilmişdir ki, N7-ci maddənin “b” bəndinə əsasən xəstəliyə görə sıravi X3 N nömrəli hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli N29 №li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək isterik mutizm diaqnozu ilə N nömrəli hərbi hissədə (Tərtər Hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Bu barədə N nömrəli hərbi hissənin (Tərtər Hospitalının) N994-cü ilə məxsus N3 №li Stasionar xəstələrin qeydiyyatı kitabının 93-cü səhifəsində 3554-cü sayında qeyd mövcuddur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsinə sorğu edilmiş, araşdırma zamanı iddiaçının hərbi xidmət kartasının surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddə iddiaçının 0N iyun N994-cü il tarixdən qanuni əsaslarla ordu sıralarından tərxis olunması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8283 saylı məktubu ilə İddiaçı barədə N №li hərbi hissə komandirinin N9 yanvar N994-cü il tarixli, N6 №li, N6 aprel N994-cü il tarixli N №li, N №li hərbi hissə komandirinin N8 aprel N994-cü il tarixli 9N №li, 0N iyun N994-cü il tarixli N29 №li əmrlərindən və N №li hərbi hissənin (xx.xx.N994xx.xx.N995, səh 38, sıra NN66) şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışları məhkəməyə daxil olmuşdur. Daxil olmuş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N994-cü il tarixdən N №li hərbi hissədə şəxsin heyətin ümumi siyahısına salınmış, bütün təchizatlarla təmin edilmiş, siravi rütbə verilmişdir. N7 aprel N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından çıxarılmaqla N №li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N8 aprel N994-cü il tarixli Əmr əsasında gəlmiş hesab edilməklə N saylı hərbi hissədən N saylı hərbi hissəyə ezamiyyətə qazan təminatına qoyulmuşdur. Baş Qərargah rəisinin xx.xx.N994-cü il 0226km saylı əmri və Müdafiə Nazirliyinin xx.xx.N994-cü il 3/2-2507; 3/4 - 2529 saylı sərəncamları əsasında N saylı hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli, N29 №li əmrilə N7-ci maddənin “b” bəndinə əsasən bütün növ təminatlardan və siyahılardan çıxarılmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görsənir ki, Müdafiə Nazirliyinin xx.xx.N994-cü il 3/2-2507; 3/4 -2529 saylı sərəncamları arxivə təhvil verilməmişdir. Məhkəmə qeyd edirki, iddiaçının təxris olmasına əsas olan sərəncam arxivə təhvil verilməsə də digər arxiv sənədləri həmin sərəncamın mövcudluğunu təsdiq edir. Beləliklə məhkəmə araşdırması əsasında iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-924/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-924/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver