Məhkəmə qərarları › İş №2-1(118)-925/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-925/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-925/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə) qarşı “DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 saylı imtinasının əsassız hesab olunması və iddiaçının xx xxxxxxxx 1970-ci ildən xx xxx 1974-cü ilədək Göylər kənd “Engels” adına kolxozda işlədiyi müddətin sığorta stajına hesablanmaqla ona yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına”na dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı pensiya təyini üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına (DSMF-nin Şamaxı rayon şöbəsinə) müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli, **********2 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası hesablanması üçün sənədlərini Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Onun xx xxxxxxxx 1970-cı ildən xx xxx 1974-cü il tarixə kimi Göylər kənd “Engels” adına kolxozda işlədiyi dövr əmək kitabçasında öz əksini tapmadığından xx.xx.2020-ci il tarixli **********2 saylı məktubu ilə Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsi iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. O, DSMF-nun Şamaxı rayon şöbəsinin bu imtinasını əsassız hesab etmişdir. Belə ki, iddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur. O,1970-ci ildə Göylər kəndində səkizilliyi bitirmişdir və həmin ilin sentyabr ayının 5-də “Engels” adına kolxozda işə düzəlmişdir.Sonra kolxoz sovxoza çevrilib . İddiaçı da sovxoza fəhlə keçirilmişdir. Əmək kitabçası iddiaçıya sovxozda işlədiyi vaxtı yazılmışdır. Bu illər əmək kitabçasında olmasa da onun işlədiyi dövrü tamamilə özündə əks etdirən arxiv arayışları var . İddiaçı bu dövrləri işləmiş və əmək haqqı da almışdır. Sığorta fonduna da pul köçürülmüşdür. Ona görə də bu müddət onun sığorta stajına hesablanmalı və iddiaçıya pensiya təyin olunmalıdır. İddiaçı belə hesab edir ki, DSMF-nun Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassız hesab olunmalı, arxiv arayışlarında göstərilən müddətin sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanununun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikasının Milli X4 filialı tərəfindən verilən arxiv arayışından məlum olur ki, İddiaçı 1970-ci ildə 90 gün, 1971-ci ildə 130 gün, 1972-ci ildə 185 gün, 1973-cü ildə 289 gün, 1974-cü ildə isə 168 gün faktiki iş günü müəyyən olunmuşdur. Cavabdeh tərəfindən Mili X4 filialına minimum əmək iştirakı normasının neçə ay (gün) olması barədə məlumat verilməsi üçün sorğu göndərilmişdir. Sorğunun cavabına əsasən faktiki iş günləri hesablanacaq. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etiraza uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçının kolxozda işlədiyi arxiv arayışında qeyd edilən dövrlər minimum əmək normasına uyğun hesablananda 25 il 03 ay 13 gün sosial sığorta stajı toplanır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 xx xxxxxx 2020-ci il tarixli, 154 saylı arayışında iddiaçının 1970-1974-ci illərdə Şamaxı Göylər kənd Engels adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. İddiaçının illər üzrə müvafiq olaraq 90, 130, 185, 289, 168 əmək gününün olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Göylər kənd kolxozunun kişilər üçün minimum bir ilə 180 adam günü qadınlar üçün 110 adam günü qeyd edilmişdir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materiallarından və tərəflərin izahatından görsənir ki, hazırkı mübahisənin yaranmasının əsasını iddiaçınin işlədiyi və arxiv arayışları ilə müəyyən olunan dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 xx xxxxxx 2020-ci il tarixli, 154 saylı arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1970-1974-ci illərdə Şamaxı rayon Göylər kənd Engels adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının xx xxxxxx 2020-ci il tarixli, **********7 saylı “Şamaxı rayonu, “Engels” kolxozunda kişilər üçün minimum əmək iştirakı normasının neçə gün (ay) olması, bu mümkün olmadıqda (kolxozun sənədlərinin dövlət arxivinə təhvil verilməməsi və s) müvafiq dövrdə Şamaxı rayonunda fəaliyyət göstərmiş digər kolxozlarda kişilər üçün əmək iştirakı normasının neçə gün (ay) olması barədə məlumat verilməsi”nə dair sorğusuna cavab məktubunda qeyd olunur ki, Göylər kənd kolxozunun kişilər üçün minimum bir ilə 180 adam günü qadınlar üçün 110 adam günü qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 1972-1974 illərində kişilər üçün 180 olan minimum iş günü olsada, 1970-1971 illərində minimumdan az müvafiq olaraq 90 və 130 iş günü olmuşdur və pensiya hesablanarkən bu hal nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, bu cür hesablama zamanı iddiaçının 25 il 03 ay 13 gün sosial sığorta stajı toplanır. Eyni zamanda iddiaçı pensiya yaşına çatdığına görə ona pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,xx xxxxxxxx 1970-ci ildən xx xxx 1974-cü ilədək Göylər kənd “Engels” adına kolxozda işlədiyi müddət sığorta stajına hesablanmaqla ona yaşa görə pensiya təyin olunması cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1970-1974-cü illərdə Göylər kənd “Engels” adına kolxozda işlədiyi müddət sığorta stajına hesablanmaqla (ümumilikdə 25 il 03 ay 13 gün sosial sığorta stajı) ona yaşa görə pensiya təyin olunması cavabdehin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar