Məhkəmə qərarları › İş №2-1(118)-925/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-925/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-925/2022 16.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə ona xidmətləri ilə bağlı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh orqanın 09 dekabr 202N-ci il tarixli, 4/3-N67 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N66-cı ildə Cəlilabad rayonunun Fərzili kəndində anadan olmuş və N85-N87-ci illərdə Rusiyanın Çita şəhərində hərbi xidmətdə olmuşdur. Sumqayıt şəhər hərbi komissarlığının göndərişi əsasında N3.N2.N9N-ci ildə işlədiyi Sumqayıt şəhər Kərpic zavodunun işçisi kimi AR MN-nin N saylı hərbi hissəsinin kəşviyyat bölüyündə kəşviyyatçı-əsgər kimi Ağdam rayonuna yollanmış və orada AR MN-nin N saylı hərbi hissəsinin tərkibinə qatılaraq Ağdam rayonunun Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlər zamanı düşmən snaryadının partlaması nəticəsində qəlpə yarası almış, Bakı şəhər Papanin Qospita!ında, daha sonra isə Sumqayıt şəhər Tramatologiya Xəstəxanasında 07.09.N92-ci ildən N8.09.N92-ci ilədək stasionar müalicə almış və müalicəsini yarımçıq qoyaraq yenidən Ağdam rayonunda yerləşən xidmət etdiyi N saylı hərbi hissəyə qayıtmışdır. Daha sonra kəşviyyat komandiri Səmədov Elman əsgərlər içərisindən NN nəfəri, o cümlədən də onu seçərək N saylı hərbi hissəyə gətirmiş və həmin hərbi hissənin tərkibində olarkən Murov, Kəlbəcər istiqamətində kəşviyyat işlərində fəal iştirak etmiş və N93-cü ildə könüllülərin təxris edilməsi ilə bağlı sənədləri də Sumqayıt Hərbi Komissarlığına göndərilmiş ,həmin vaxt ona təklif olunmuşdur ki, o, xidmətini davam etdirə bilər. O, təklifi qəbul edərək N saylı hərbi hissəyə qoşulmuş və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında N94-cü ilin mart-aprel ayına kimi iştirak etmiş və N95-ci ilədək həmin hərbi hissədə quluq etmiş və sonradan təxris edilmişdir. Döyüş əməliyyatları zamanı N saylı hərbi hissədə kəşviyyat bölüyünün komandiri vəzifəsində işləməklə gənc əsgərləri kəşviyyata hazırlamış, Ağdam rayonunun işğalda olan bütün kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçının döyüş bölgəsində xidmətləri N9N-N95-ci illəri əhatə etmiş, ona həmin dövrdə müharibə veteranı vəsiqəsi və statusu verilmiş, lakin sonradan həmin vəsiqəni itirmişdir. Onun hərbi xidmətləri və bu halları təsdiq edən sənədlər ona mübaribə veteranı statusunun verilməsi üçün əsas verdiyindən iddiaçı bütün sənədləri lazımi qaydada toplamaqla cavabdeh təşkilata müraciət etmiş, lakin 09.N2.202N -ci il tarixli 4/3-N67 saylı məktubla ona veteran statusunun verilməsindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, N93-cü ilin avqust ayında ehtiyata buraxılmağının səbəbləri barədə və N74,N saylı hərbi hissələrdə xidməti ilə bağlı məlumat əldə edilməmişdir. Halbuki təqdim etdiyi sənədlər, hərbi biletində aparılan qeydlər, döyüş zamanı xəsarət almağı və müalicə olunmağı ilə bağlı hərbi Hospitaldan alınmış arayışlar, AR Müdafiə Nazirliyinin Arxiv İdarəsindən verilmiş rəsmi arayış onun həqiqətən də N92-N93cü illərdə hərbi xidmətdə olduğunu,yaralandığını təsdiq edir.Bundan başqa qarşı tərəf onun hərbği xidmətdən N93-cü ilin avqust ayında təxris edilməyi barədə tam məlumatın olmadığını göstərsə də bu barədə qeyd də arxiv arayışına daxil edilmişdir. İddiaçı belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məkhəmədən xahiş etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı, iddia ərizəsindəN3.N2.N9N-ci il tarixdən N95-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin N8.02.2022- ci il tarixli 4/2-N069 nömrəli məktubundan və ona əlavə edilmiş arxiv arayışlarından görünür ki, N nömrəli hərbi hissənin komandiri iddiaçının qazan təminatına qoyulması üçün 29.04.N92-ci il tarixli 05 nömrəli, döyüş əməliyyatına hazırlığı şəklinə başlamaları barədə 04.05.N92-ci il tarixli N0 nömrəli, təyin edilmiş qruplar, dəstələr və bölüklərin komandirlərinə döyüşçülər arasında nizam-intizam və tərbiyə işinin aparılmasına dair N0.05.N92-ci il tarixli N3 nömrəli, iddiaçının siyahıya salınması üçün 03.08.N92-ci il tarixli 76 nömrəli və 08.09.N92-ci il tarixli N08 nömrəli, ərzaq attestatı ilə təmin edilməsi ilə bağlı N6.N0.N94-cü il tarixli 287 nömrəli, həmçinin N nömrəli hərbi hissənin komadiri iddiaçı barədə olan 04.05.N93-cü il tarixli 39 nömrəli və iddiaçının xidməti vəzifələrinə uyğun gəlmədiyini görə “Hərbi xidmət haqqında qanunu”nun N8-ci maddəsinin “e” bəndinə əsasən (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə) hərbi xidmətdən ehtiyata buraxılması barədə 30.08.N93-cü il tarixli 76 nömrəli nizami hissə üzrə əmrləri vermişdir. Bundan başqa sözü gedən məktubda N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar- sentyabr N94-cü il nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının20 iyun 20N7- ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin N8 fevral 2022-ci il tarixli 4/2-N096 saylı məktubunda qeyd edilmişdir ki, N №li hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar-sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.708 №li hərbi hissə komandirinin N9N-ci il tarixli nizami hissə üzrə əmrləri, N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, N №li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 5 №-li əmrilə İddiaçı (əsas: sıra NN, səh 9, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam şəhərinə gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N may N92-ci il tarixli N0 №-li əmrində İddiaçı (əsas: § 3. bənd 5. səh N4, əmrdə atasının:adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) kəşfiyyat qrupunun şəxsi heyətinin siyahısında adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N may N92-bi il tarixli N3 №-li əmrində İddiaçı (əsas: səh N7, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) kəşfiyyat tağımının siyahısında adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N avqust N92-ci il tarixli 76 №-li əmrində Əvsər Məmmədovun (əsas: səh 57, əmrdə adı Əvsər yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 0N.08 N92-ci il tarixdən;şəxsi heyətin ümumi siyahısında sayılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N92-çi il tarixli N08 №-li əmrində Əvsər Məmmədovun (əsas: səh 47, sıra 53, əmrdə adı Əvsər yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 0N.09.N92-ci il tarixdən şəxsi heyətin ümumi siyahısında sayılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N93-cü il tarixli 39 №-li əmrilə ehtiyatda olan sıravi İddiaçı (əsas § 5. səh 37, 'sıra 2) kəşfiyyatçı-qumbaraatan vəzifəsinə təyin olunmuşdur. . N8-ci maddənin “e” bəndinə (xidməti vəzifəsinə uyğun gəlmədiyinə görə) əsasən İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N93-cü il tarixli 76 №-li əmrilə (əsas: § 2, səh 69, sıra 9. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. N74 №li hərbi hissənin yaradılması ilə əlaqədar olaraq starşina İddiaçı N №-li hərbi hissə komandirinin N6 oktyabr N94-cü il tarixli 287 №-li əmrində (əsas: § N, səh N, sıra N7, əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) hərbi hissənin ərzaq təminatından çıxarılaraq ərzaq attestatı ilə təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin yaralananlarıri qeydiyyatı kitabında İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li və 78N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08 aprel 2022-ci il tarixli, 4/2-2N4N saylı məktubu) Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində N66-cı il təvəllüdlü İddiaçı aid qeydiyyat kartasında onun 07.09.N92-ci il tarixdə odlu silahdan yaralanması, mart N94-cü il tarixdə isə müddətdən artıq həqiqi hərbi xidmətə qeydiyyatdan çıxarılması barədə qeydlər vardır. Məmmədovun hansı hərbi hissədə xidmət keçməsi və tərxis olması barədə idarədə heç bir məlumat aşkar edilməmişdir. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin N8 aprel 2022-ci il tarixli, 772 saylı məktubu) İş materialları ilə iddiaçının döyüşlərdə iştirakı təsdiqini tapsa da, onun qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar