Məhkəmə qərarları › İş №2-1(118)-927/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-927/2020

21.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-927/2020 21.04.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq mehralı qızının katibliyi, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “uşaqla ünsiyyətdə olma müddətinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “uşaqla ünsiyyətdə olma müddətinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Hüseynov Altay 2015-ci il təvəllüdlü övladı Hüseynov ümidlə məhkəmənin qətnaməsinə əsasən hər şənbə günü saa 11:00-dan 18:00- kimi görüşməlidir. Lakin oğlu hərbiçi olduğuna görə və onun işi növbəli olduğu üçün, heç cür evdə dəqiq vaxtda ola bilmir. Gəlini Sevinc xanım heç də onların nəvələri ilə görüşməyinə etiraz etmir. Onlar Baba və Nənə oğlullarının övladı ilə görüş günü nəvələrini götürüb evlərinə gətirirlər, lakin hər dəfə oğulları öz övladı ilə görüşə bilmir çünki, növbəli işdə olur. Ona görə də nəvələri Hüseynov Ümidlə görüş saatlarınıl hər cümə günü saat 18:00-dan şənbə günü saat 11:00-daək müəyyən edilməsini xahiş edilir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barəsində qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya telefonoramma vasitəsi ilə hüuqiq yardımın göstərilməsi təklif olunmuş, lakin o məhkəmə iclasını onun iştrakı olmadan keçirilməsini xahiş etmiş və iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanları qanunverciliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qeyd olunan maddələrdə qəyyumluq və himayəçilik orqanın funksiyalarını hansı qurumun həyata keçirilməsi ilə bağlı birbaşa göstərişin olmaması həmin qurumun səlahiyətlərinin yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsinə dəlalət etmir. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh qismində Sumqayıt şəhər İcra Hakimiyyəti göstərilmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə iddia tələbində cavabdeh qismində Qəyyumluq və Himayə orqanını göstərilməsini məqsəd müvafiq hesab etmədi. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh qismində Qəyyumluq və Himayə orqanı göstərildiyi tədqirdə belə həmin qurumun inzibati orqan olmaması səbəbindən hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün olmayacaq. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasıdır ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı inzibati orqan tərəfindən qəbul edilmədiyinə görə inzibati akt hesab edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “uşaqla ünsiyyətdə olma müddətinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar