Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-927/2023 05.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 2 saylı mədənin 1-ci sahəsinin ərazisinin hüdudları daxilində X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və pölçüsü” sənədinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 2 saylı mədənin 1-ci sahəsinin ərazisinin hüdudları daxilində X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və pölçüsü” sənədinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X14 Bi.Vi. və ARDXŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkətinə (“Şirkət”) 01 sentyabr 2005-ci il tarixindən Saziş ərazisində neft-qaz əməliyyatlarının aparılmasında müstəsna hüquq verilmişdir. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X10 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və AZEX OYL Kompani Bi.VL, ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X13 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində. Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və va başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Saziş ərazisinin torpaq sahələri ilə bağlı hüquq pozuntuları aşkar olunan zaman İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Şirkət”) bu pozuntularla əlaqədar dərhal hüquq mühafizə orqanlarına və müvafiq məhkəmələrə müraciət edir. O cümlədən də Şirkət Saziş ərazisindəki toıpaq sahələrində inzibati orqanlar tərəfindən ayrıayrı şəxslərə torpaq ayrılmasına dair verilmiş qərar, sərəncam, mülkiyyət hüquqi haqqında şəhadətnamələri və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışları müvafiq məhkəmələrdə mübahisələndirir. Belə ki, 01 avqust 2022-ci il tarixdə Şirkətə daxil olmuş müraciət əsasında müəyyən edilmişdir ki, “X10 haqqında Sazişdə və “X9”nə ("Saziş” və ya "xxxx") əsasən neft-qaz məliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində, bilavasitə qazılması nəzərdə tutulan yeni neft quyusunun, həmçinin 212206,212464, 211948, 212502 və 210979 saylı neft quyularının mühafizə zolağı daxilində (Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda) yerləşən X2 istifadəsində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və pölçüsü” sənədi və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sazişin tələbinə görə, Saziş ərazsınin hissəsindən imtina haqqında məsələlər Podratçı tərəflərin səlahiyyətlərinə aid olduğu üçün və həmçinin Nazirlər Kabinetinin 150 saylı 14 oktyabr 2005- ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin Zəmanətlərinin 2(i) bəndinə uyğun olaraq Podratçı tərəflərin hüquqlarından heç biri onların razılığı olamdan azaldıla və dəyişdirilə bilməz. Bu səbəbdən də, tərəfimizdən Şirkətə aid torpaq sahələrinə dair fiziki və hüquqi şəxslərə Çıxarışlar təqdim edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qarşısında SOCAR tərəfindən məsələ qaldırılması xahiş edilmişdir. Lakin, SOCAR-m 27 iyul 2022-ci il tarixli, SOCAR**********30490075X00397 saylı məktubu ilə sözügedən məktubda qaldırılan məsələ ilə bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisə ilə əlaqədar, vətəndaşa məxsus hüquq təsdiqedici sənədlərin müvafiq məhkəmədə mübahisələndirilməsi tövsiyə edilmişdir. X1 mülkiyyətinə ayrılmış torpaq sahəsi məlum “X10 haqqında” Sazişə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində, həmçinin 212206, 212464, 211948, 212502 və 210979 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən X3 məxsus 0.085 ha torpaq sahəsinə dair 24.01,2020-ci il tarixdə verilmiş **********17 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciəti olmuşdur.Aparılan araşdırma zamanı, sözügedən torpaq sahəsinin üzərində Mehdiabad Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və **********11 reyestr nömrəli çıxarış və plan və ölçü sənədi təqdim edilmişdir. Mülkiyət hüququnun qeydiyyata alınması aşağıda qeyd edilmiş sənədlər əsasında olmuşdur: Mehdiabad Bələdiyyəsinin xx.xx.2014cü il tarixli. 6 saylı protokolunun 03/07 saylı qərarı; Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarış; Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 963 saylı rəyi; Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş A 517761 saylı plan və ölçü sənədi. Mehdiabad Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun 01/01 saylı qərarı və Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-52 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisə predmeti olan 0.085 ha torpaq sahəsi X1 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi bərədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi bərədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında neft hasilatı ilə bağlı saziş imzalanmış və iddiaçıya Neft şirkətinə məxsus bir sıra ərazilər icarəyə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edilən daşınmaz əmlaklar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sahibliyində və digər üçüncü şəxslərin mülkiyyətində olduğundan icarə əsasında xidmət göstərən İddiaçı Şirkətinin subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 2 saylı mədənin 1-ci sahəsinin ərazisinin hüdudları daxilində X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və pölçüsü” sənədinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-927/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-927/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver