Məhkəmə qərarları › İş №2-1(118)-928/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-928/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-928/2021 27.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Yat-8/12, ev 134-də yerləşən 505 saylı otağın özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Yat-8/12, ev 134-də yerləşən 505 saylı otağın özəlləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi İddiaçı qızının adının mənzil sahəsinə dair verilmiş orderdə adının qeyd olunmaması təşkil edir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. X6, X7, X4 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, S.Vurğun küç, Yat-8/12, ev 134 -də yerləşən 505 saylı otağa dair 30.07.2004-cü il tarixdə "xxxx" Dövlət Sintezi Sumqayıt “Üzvi-sintez” zavodunun Mənzil Kommunal İdarəsi tərəfindən rəsmi nikahda olan əri X3 adına order verilmişdir. Orderin ikinci səhifəsində övladlarının adı göstərilsə də, iddiaçının adı göstərilməmişdir. Lakin iddiaçı rəsmi nikahda olan əri X6 ilə birgə yaşayır. Mənzilin özəlləşdirilməsi ilə bağlı Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Bununla bağlı qanunvericilikdə müəyyən olunmuş bütün sənədləri təqdim etmişdir. Rəsmi nikahda olan əri X3 adına Sumqayıt şəhəri, Babək küç, 13-cü mkr, 5 saylı evin, 96 saylı mənzili 16.11.2011-ci il tarixdən özəlləşdirilmişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun 7-ci maddəsində göstərilir ki, Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Bu baxımdan sonuncu mənzilin özəlləşdirilməsi ilə bağlı Sumqayıt Asan Xİdmət Mərkəzində yerləşən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə rəsmi nikahda olan ərinin notarial qaydada təstiq olunmuş razılığı ilə o müraciət etmişdir. Yuxarıda göstərilən qanunun 8-ci maddəsi müəyyən edir ki, Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N°-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 7 saylı Mənzil Kommunal Sahəsindən aldığı arayışdan görünür ki, mənildə 2 nəfər o və rəsmi nikahda olan əri orada yaşayırlar. Bundan əlavə ərizəsinə mənzilin orderini, X3 razılıq ərizəsini, şəxsiyyət vəsiqələrinin surətini və protokoldan çıxarışı əlavə etmişdir. Müvafiq İcra Hakimiyyəti Orqanı sənədləri qəbul etdikdən sonra 23.02.2021-ci il tarixdə mənzilə dair sənədləri təqdim etməli idi. Həmin tarixdə sənəd iddiaçıya təqdim olunmamışdır. Şifahi olaraq bildirilmişdir ki, sənədin icra olunması müəyyən araşdırmalar aparılana qədər dayandırılmışdır. 17.03.2021-ci il tarixdə nümayəndəsinin ünvanına poçt vasitəsi ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09.03.2021-ci il tarixli “Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş gəlmişdir. Bildirişdə qeyd olunur ki, “Müraciətinizlə əlaqədar olaraq bildirirk ki, mənzil sahəsinə dair verilmiş orderdə İddiaçı adı ailə üzvləri tərkibində olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur” “Belə ki, Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxanda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.” Bildirişdə göstərilən hal qanunvericiliyin tələblərinə uyğun deyil. Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunun tələbinə görə mənzil özəlləşən anda orderdə adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan şəxslərdə birinin adına özəlləşə bilər. Cavabdehin nümayəndələri Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad etsələr də, onu təhrif etmişlər və ya mənasını başa düşməmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri bilərəkdən onu süründürməçiliyə salmış və bununla da, ona maddi və mənəvi ziyan vurmuşlar. Göstərilmiş hal ilə bağlı məhkəməyə ayrıca müraciət edəcəkdir. Hesab edir ki, imtina qanunvericiliyin tələblərinə uyğun deyil və məhkəmə qaydasında ünvanı yuxanda göstərilmiş mənzilin özəlləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 33.1 -ci maddəsi müəyyən edir ki, Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 33.2-ci maddəsi müəyyən edir ki, Bu məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Şirzad oğlu iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Şirzad oğlu ünvan 2 ünvanda yerləşən 505 nömrəli yaşayış sahəsi (otaq) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 02 fevral 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Şirzad oğluna bildirilmişdir ki, yaşayış sahəsinə dair verilmiş orderdə İddiaçı adı ailə üzvləri tərkibində olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 2 ünvanda yerləşən 505 nömrəli otaq üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi Vəkil Şirzad oğluna 09 mart 2021 -ci il tarixli **********24 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş, 97 nömrəli, 13 yanvar 2021ci il tarixli 2№li forma arayışına əsasən müəyyən olunur ki, İddiaçı 2018-ci il tarixdən 5-ci mkr, ev 134, mənzil 505 ünvanında qeydiyyata alınmışdır. "xxxx" Dövlət Neft Şirkəti Sumqayıt “Üzvi-Sintez” Zavodunun Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 7 saylı orderdən görünür ki, order alan şəxs-X3 ailə tərkib 4 nəfər müəyyən edilmiş, İddiaçı adı bu şəxslər arasında qeyd edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, idiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmiş, inzibati orqan imtina etmişdir. İddia öhdəliyin icrası iddiasıdır və iddianı mümkünsüz edən əsaslar müəyyən olunmur. İddianın mahiyyəti ilə bağlı məhkəmə aşğıdakıları qeyd edir. İddiaçı qeyd edir ki, Sumqayıt şəhəri, S.Vurğun küç, Yat-8/12, ev 134 -də yerləşən 505 saylı otağa dair 30.07.2004-cü il tarixdə "xxxx" Dövlət Sintezi Sumqayıt “Üzvi-sintez” zavodunun Mənzil Kommunal İdarəsi tərəfindən rəsmi nikahda olan əri X3 adına order verilmişdir. Orderin ikinci səhifəsində övladlarının adı göstərilsə də, iddiaçının adı göstərilməmişdir. Lakin iddiaçı rəsmi nikahda olan əri X6 ilə birgə yaşayır. Mənzilin özəlləşdirilməsi ilə bağlı Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Bununla bağlı qanunvericilikdə müəyyən olunmuş bütün sənədləri təqdim etmişdir. Rəsmi nikahda olan əri X3 adına Sumqayıt şəhəri, Babək küç, 13-cü mkr, 5 saylı evin, 96 saylı mənzili 16.11.2011-ci il tarixdən özəlləşdirilmişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun 7-ci maddəsində göstərilir ki, Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Bu baxımdan sonuncu mənzilin özəlləşdirilməsi ilə bağlı Sumqayıt Asan Xİdmət Mərkəzində yerləşən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə rəsmi nikahda olan ərinin notarial qaydada təstiq olunmuş razılığı ilə o müraciət etmişdir. İnzibati orqanın imtinasının əsasını onunla əsaslandırır ki, yaşayış sahəsinə dair verilmiş orderdə İddiaçı adı ailə üzvləri tərkibində olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləki iş materialları ilə müəyyən olunur ki, "xxxx" Dövlət Neft Şirkəti Sumqayıt “Üzvi-Sintez” Zavodunun Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 7 saylı orderdə order alan şəxs- X3 ailə tərkibi 4 nəfər müəyyən edilmiş, İddiaçı adı bu şəxslər arasında qeyd edilməmişdir. Bu işin mübahisəlmdirilməyən halıdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi özəlləşdiriməsi istənilən mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş şəxslərin adına müvafiq şərtlər və razılıqlar əsasında özəlləşdirmə aparala biləcəyi müəyyən olunmuşdur. İddiaçının isə istinad edilən orderdə adı olmadığına görə məhkəmə hesab edir ki, iddia əsaslı sayıla bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar