Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9285/2025 03.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı İskandarov Tofikin (X3) cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinə qarşı “Xaçmaz rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2V- 458 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə ilə əlaqəli 15 may 2024-cü il tarixli 2V-458 reyestr nömrəli qeydin ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İskandarov Tofik (X6) yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, atası X5 xx.xx.2012-ci ildə, anası X9 isə xx.xx.2004cü ildə vəfat etmişlər. Atası vəfat etdikdən sonra xx.xx.1991 -ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 kv.m olan 3 otaqdan ibarət 15 saylı mənzil miras qalmışdir. Miras əmlakdan ona qanun üzrə vərəsə kimi çatası paya vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Sumqayıt şəhər 1 saylı notariat kontoruna müraciət etmişdir. Notariat kontoru tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi əlaqədar ona vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra buraxılmış müddətin uzadılması ilə bağlı Sumqayıt şəhər məhkəməsin iddia ərizəsilə müraciət etmişdir. Lakin, Sumqayıt şəhər məhkəməsinin 2(060)-213/2021 nömrəli, xx.xx.2021-ci il tarixri Qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 maddəsi (Mirasın qəbul edildiyi müddət) mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 21 iyun 2025-ci il tarixli 216-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 1247-ci (Mirasın qəbul edilməsinin xüsusi müddəti) və 1248ci (Mirasın qəbul edilməsi vaxtının uzadılması) maddələri ləğv edilmişdir. 21 iyun 2025-ci il tarixli 216-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 1243.2-ci maddəsinə (Mirasın qəbul edilməsi) “əlavələr edilmiş və bu maddə artıq aşağıdakı kimi olmuşdur: “Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.”. Beləliklə, Mülki Məcəllənin 1243.2-ci maddəsinyenini yeni redaksiyasına əsasən vərəsə Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixində vərəsəlik hüququ haqında şəhadətnamə almaq məqsədilə yenidən Sumqayıt şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, yenidən imtina edilmişdir. X4 qanun üzrə vərəsə kimi ona atasından qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 kv.m olan 3 otaqdan ibarət 15 saylı mənzildən miras payın ayrılmaması ilə əlaqədar Sumqayıt Şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən prosesə iddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qoşulmuşdur və atası X2 vəfatından sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 kv.m olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik payı üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınsına dair iddia tələbi irəli sürmüşdür. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixri İş № 2(060)-5407/2025 nömrəli Qətnaməsilə iddia tələbləri təmin edilməmişdir. Mülki Məcəllənin 139.3-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.3. və 8.0.4-cü maddəsində əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar kimi həmçinin vərəsəlik hüququ haqında şəhadətnamə və qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab olunur. Göründüyü kimi atası X1 Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 kv.m olan 3 otaqdan ibarət qalmış saylı 15 miras mənzildən Sumqayıt şəhər 1 saylı notariat ofisində qanun üzrə vərəsə kimi açıq saxlanılmış 1/3 paya dair nə vərəsəlik hüququ haqında şəhadətnamə nə də məhkəmə qərarları ala bilmədiyindən payı faktiki olaraq havada qalmış vəziyyətdədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, Xaçmaz rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə ilə əlaqəli 15 may 2024-cü il tarixli 2V-458 reyestr nömrəli qeydin ləğv edilməsini istəyir. Göründüyü kimi mübahisənin yaranma əsasını notariat hərəkətləri təşkil edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №li Qərarına əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarlarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılır. İddia ərizəsində irəli sürülən tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin yaranma əsasını müvafiq natoriat hərəkətləri təşkil etdiyindən notariusun hərəkətləri və onun əsasında dövlət qeydiyyatına alınmış hüquqlar mülki məhkəmə icraatında yol verilən hüquqi müdafiyə vasitələrindən istifadə edilərək həll edilməli və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-9285/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9285/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver