Məhkəmə qərarları › İş №2-1(118)-929/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-929/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-929/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Abşeron rayonu,Müşfiqabad yeni qəsəbə ev 24, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı DSMF-nin Şamaxı şöbəsinin imtinasının əsassız hesab olunması, 1992, 1995 və 1996-cı illərdə Şamaxı rayon Əhaliyə məişət xidməti kombinatında işlədiyi müddətin sosial siğorta stajına hesablanması və əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı şöbəsinin imtinasının əsassız hesab olunması, 1992, 1995 və 1996-cı illərdə Şamaxı rayon Əhaliyə məişət xidməti kombinatında işlədiyi müddətin sosial siğorta stajına hesablanması və əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını inzibati məhkəmə icraatına cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 oölu xx.xx.1958-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdiyi vaxtdan iş fəaliyyətinə başlamış, hərbi xidmətə gedib qayıdandan sonra da əmək fəaliyyətini dava etdirmişdir. O, zəruri sənədləri toplayıb əlilliyə görə əmək pensiyasının tıyin olunması üçün cavabdeh DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı verərək onun 1992, 1995 və 1996-cı illərdə işlədiyi müddəti sosial sığorta stajına daxil etməmişdir. Belə ki, cavabdeh həmin dövr üçün əmək haqqı cədvəlləri, işə qəbul və işdən çıxma əmrlərin aşkar edilməməsini əsas gətirmişdir. Halbuki, iddiaçı Şamaxı rayon Əhaliyə Məişət Xidmət Kombinatında 1980-ci ildən işləmişdir və sənədlərin arxivdə aşkar olunmamasına görə o, məsuliyyət daşımamalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı oölu iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izah etdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə, yəni 21.019.2023-cü il tarixədək İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Qanunvericiliyə uyğun olaraq əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası ilə iddiaçının 09 il 11 ay sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının 4 illik təhsil müddəti də əlavə edilərsə, bu müddət cəmi 13 il 11 ay təşkil edəcəkdir. Halbuki, iddiaçıya münasibətdə tələb olunan sığorta stajı 15 ildir (60 yaş - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 45 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 180 ay : 12ay= 15 il). Beləliklə, iddiaçı tələb olunan sosial sığorta stajına və ya kifayət qədər pensiya sığorta kapitalına malik olmadığına görə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. - TSEK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx/xx/2018-ci il tarixdə ikinci dərəcəli əlillik verilmişdir. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 179 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamaxı rayon Məişət xidməti kombinatında 1991-ci ilin yanvar dekabr ayları, 1993-cü ilin yanvar-dekabr ayları, 1994-cü ilin yanvar-sentyabr ayları Şamaxı rayonu Məişət Xidməti Kombinatında dərzi işləmiş və əmək haqqı almışdır. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 179 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayon Məişət xidməti kombinatının 1992, 1995 vı 1996-cı illərin əmək haqqı kitabları və 1988-ci ildən sonrakı illərin əmr kitabları Dövlət Arxivi Şamaxı filialına təhvi verilməmişdir. - ИТ-№ ******* iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Lenin adına sovxozda fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Şamaxı rayon Əhaliyə məişət Xidməti kombinatına işləmişdir. -X9 Sistemindən çıxarışdan görünür ki, İddiaçı 2006-cı ildən sonra sosial sığorta stajı 9 il 11 ay, sığorta hissəsi 13.68, pensiya kapitalı isə 1970.52 manat təşkil edir. - Azərbaycan Respublikası DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Şamaxı rayon X3 1992.1995 və 1996-cı illərdə qazandığı əmək haqqı cədvəlləri və işə qəbul edilmə və işdən azad olma barədə əmrlər aşkar edilmədiyi üçün ona əlilliyə görə əmək pesniyasının təyin etmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı işləməsi barədə Şamaxı rayon Əhaliyə Mişət Xidməti kombinatının 1992, 1995 və 1996-cı illərin əmək haqqı cədvəlləri və 1988-ci ildən sonrakı illərin əmr kitabları Dövləti Arxivinin Şamaxı filialına təhvil verilmədiyi üçün aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi ll qrup əlilliyi olan şəxslərə əmək pensiyası təyin olunması üçün 2 şərtə əməl olunmalıdır : 1) 5 ildən az olmamaq şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay slğorta stajı olduqda və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı əmək kitabçasında onun 1980-ci ildın 1996-cı ilədək X6 Kombinatında işləməsi qeyd edilsə də, 1992,1995 və 1996-cı illərdə əmək haqqı alması, həmçinin işə qəbul edilmə və işdən azad olunması barədə əmrləri arxivdə aşkar edilməmişdir. Bununla baölı məhkəmə həmin dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtinanı əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidın hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməısi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı Qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyaslnln sığorta vıə yığım hissələrin hesablanmasında gözlənilən pensiya öfənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı xx xxxx 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Beləliklə, iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı – tələb olunan sığorta stajı (180 ay) 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır : 180/192-0.9375x144= 135-dir. Pensiya sığorta kapitalı (PSK = 1970,52) alınmış rəqəmə bölünərək (1970,52 :135 =14,5964444 manat) pensiyanın məbləği 14,60 manat müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan ayllıq pensiya ödənişi 14,60 manat təşkil edir ki, bu da Qanunla müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (200 manat) aşağıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləlikllə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı kifayət qədər sosial sığorta stajına və ya pensiya sığorta kapitalına malik olmadığına görə iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar