Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-93/2021 24.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya 1996-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilikdə 4500 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldıraraq, iddiaçıya 19976-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilik 4500 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmıdır ki, İddiaçı Dövlət Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, 2017-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 1996-cı il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilməmişdir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etdiyi dövrdə ayrı-ayrı vaxtlar istisna olmaqla Silahlı Qüvvələrdən ehtiyata buraxılanadək xidmət müddətində 1996-cı il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına verilməli olan əşya əmlakı olan paltar və digər geyim əşyaları ilə təmin edilməmişdir. Məlumat üçün qeyd edir ki, xidmət dövründə Sərhəd Xidmətinin bir neçə hissələrinə göndərilmiş, lakin həmin illərdə ona heç bir paltar və əşya əmlakının əvəzi olan pul kompensasiyası ödənilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2019-cu il tarixli ərizə təqdim etmişdir. Müraciətinə baxılmış, lakin inzibati orqanın qərarı ilə tələbinin icrasından imtina edilmişdir. İnzibati orqanın imtina qərarı və əsasları ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 1999cu il tarixdən 2006-cı il tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan paltar əvəzi pul kompensasiyasının ödənilməsindən imtina edilməsinə dair K/1756/9/S-2591 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda iddiaçının ehtiyata buraxıldığı vaxt əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi əsas götürülərək, həmin vaxt qüvvədə olan qanunun tələbinə müvafiq olaraq icra olunması göstərilmişdir. İnzibati orqan imtinasını Azərbaycan Respublikasın Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarım 1-6 normalarına əsaslandıraraq, Maliyyə Nazrliyi ilə razılaşdırmaqla həmin qərarın qəbul olunduğu vaxtdan sonraya şamil olunmasını qeyd etmişdir. Bu səbəbdən də 1999-2005-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi mümkün deyildir. Eyni zamanda Dövlət Sərhəd Xidməti qeyd edir ki, ehtiyata buraxılarkən son haqq-hesab olaraq hesablanmış və həmin məbləğ ödənilmişdir. İddiaçı hesab edir ki, İnzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsassızdır, işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Maddi hüquq normalarının tətbiqi baxımılndan inzibati orqan hesab edir ki, iddiaçının 1999-cu il tarixdən 2006-cı il tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan hərbi pul kompensasiyasının verilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən mümkün deyil, çünki həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, iddiaçı qanuna əlavə və dəyişikliklər edilməsi həmin vaxtdan sonraya şamil edilməlidir. Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyn tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən də hesab edir ki, inzibati orqanın müraciətimə verdiyi imtinası əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında’" Azərbaycan Respublikasının Qanunun 1.3-cü maddəsində göstərilib ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın və buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafıq surətdə yol verilir. "Hərbi qulluqçularının statusu haqqında "Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsində göstərilir ki. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İşin hallarının araşdırılması prinsipinə dair 12.1 -ci madddəsində qeyd olunur ki, Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddiaçı qeyd edir ki, o, xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, hərbi geyim və əşya əmlakı ilə ilə təmin olunmadığına görə pul əvəzi kompensasiya ödənilməli idi. Belə ki, qeyd olunanlar həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 641 nömrəli xx xxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında qərarı ilə təsdiq olunmuşdur. İnzibati orqanın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərclyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin qərarı və digər qərarlar qüvvədə olmuşdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış, hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydalarında hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının Dövlət Sərhəd Xidmətinin rəsinin əmrinə əsasən həmin ilin dördüncü rübü ərzində ödənilinəsi göstərilsə də hansı dövrü əhatə etməsi qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı 2017-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra İddiaçı 1996-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə olan 4500 (dörd min beş yüz) manat məbləğində pul kompensasiyasının ödənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Hərbi qulluqçulara hərbi geyim forması və əşya əmlakı əvəzi olaraq pul kompensasiyası hesablanaraq ödəniş edilən zamanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya ' əmlakı ilə təminat normaları” əsas götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci il tarixli 83 nömrəli əmri ilə təsdiq olunmuş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası”nın icrası təmin edilmişdir. Qeyd olunan əmr ilə İddiaçı xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Yuxarıda qeyd olunan qərar qüvvəyə minənə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqda Azərbayca Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 641 nömrəli qərarı ilə hərbi qulluqçuların təminat normaları forması və ödənişi qaydası tənzimlənmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına şamil edilmədiyindən həmin normativ akta qeyd olunan normalar ilə DSX hərbi qulluqçularına hər hansı bir ödənişin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakının əvəzinə pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və baxılacaq məhkəmə iclasını onun iştrakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinin “04" noyabr 2005-ci il tarixli 83 №li əmri ilə təsdim edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi Qaydasının 1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın 1-6 nömrəli normaları (bundan sonra normalar) ilə təchiz olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general və admirallarına, zabitlərinə, gizirlərinə, miçmanlarına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"na uyğun olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası ödənilir və 2005-ci ilin noyabr ayından sonrakı dövrlərə şamil olunur. Bundan əlavə məhkəmənin sorğusuna əsasən Sərhəd Xidmətinin Maddi Texniki Təminat Baş İdarəsinin xidməti məktubundan müəyyən etmişdir ki, İddiaçı məxsus olan təminat sənədləri hərbi hissədə sənədli materialların saxlanılma müddəti bitdiyindən müvafiq akta əsasən məhv edilmiş və bu səbəbdən İddiaçı hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının 2006-cı ildən əvvəlki müddət ərzində ödənilibödənilməməsinə dair hər hansı təsdiqedici sənəd mövcud deyil. Beləliklə iddiaçının 1996-2006-cı illər üçün hərbi geyim və əşya təminatı ilə bağlı müvafiq sənədləri saxlanılmamışdır. Bu sənədlər mövcud olmuş olsaidi belə, iddiaçının cavabdeh təşkilatdan kompensasiya tələb etməsininin hüquqi əsası yoxdur.Belə ki, ilk öncə nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iddia tələbi üzrə tələb olunan 4.500 manat kompensasiyanın əsası barədə dəqiqləşdirilmə aparılmış,lakin iddiaçı tələb edilən məbləği yaranmasının əsasına aydınlıq gətirə bilməmiş və həmin məbləği özünün mülahizələri ilə qiymətləndirmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, mübahisə predmeti olan hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi Dövlət Sərhəd Xidməti rəisinin“04" noyabr 2005-ci il tarixli 83 №li əmri ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 2005-cı ilin noyabr ayından sonrakı dövrə verilməsi nəzərdə tutulub. Həmin Qaydalara diqqət yetirildikdə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Dövlət Sərhəd Xidmətinin üzərinə tabeliyində olan zabit heyyəti üçün nəzərdə tutulmuş və istifadə edilməyən hərbi geyim və əşya əmlakının əvəzinə pul kompensasiyasının verilməsi öhdəliyi qoyulub. Kompensasiyanın dəyəri isə həmin Qaydalara olan əlavələrdə öz əksini tapıb. Qeyd olunan Qaydalar təsdiq edilənədək Xidmətin tabeliyində olan hərbi qulluqçuların hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının verilməsi qaydası müəyyən edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə Dövlət Sərhəd Xidmətinin üzərinə qeyd olunan hallar ilə bağlı zabit heyəti üçün pul kompensasiyasının verilməsi öhdəliyi qoyulub. Lakin bu öhdəlik Qaydalardan irəli gələn vəzifələrin tək Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasına dəlalət edə bilməz. Belə ki, qeyd olan Qaydalar üzrə vaxtaşırı ödənişləri alan şəxslər özlərinin tələb hüquqlarını Qanunla nəzərdə tutulmuş müddət ərzində həyata keçirməlidirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyin yaranması üçün bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlərin etməsi, məsələn, pul ödənilməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi kimi amillər mövcud olmalıdır. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər üçün tələblərə görə beş illik müddət nəzərdə tutulub, yəni beş illik müddət keçdikdən sonra qeyd olunan öhdəliyə xitam verilir. Qeyd olunan Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilən maddələri təhlil edərkən, məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının tələbi əmək haqqı tələbi ilə bağlı deyil və həmin tələb öhdəlik üzrə yaranmış vəzifədən irəli gəlir. Ona görədə iddiaçının keçmiş hərbi qulluqçu olmasına baxmayaraq, məhkəmə, hazır ki, mübahisəyə baxarkən Mülki Məcəllənin tələblərinə istinad etməsini mümkün hesab edir. İddiaçının Dövlət Sərhəd Xidmətinin müstəqil Xidmət olaraq yarandığı dövrədək olan öhdəliyə görə məsuliyyət daşımasına dair gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2002-ci il tarixli 740 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmışdır. Yəni həmin Fərmana gədər Dövlət Sərhəd Xidməti müstəqil struktur kimi deyil Milli Təhlükəsizlik Nazirliyinin nəznində fəaliyyət göstərmişdir. Yeni yaradılmış Xidmətin Əsasnaməsi, əməkdaşlarının ştat cədvəli təsdiq edilmiş və Milli Təhlükəsizlik Nazirliyinin nəzdində olan Sərhəd Qoşunlarının bir çox əməkdaşları ilə əmək kontraktları bağlanmışdır. Nəzərə alınmalıdır ki, Dövlət Sərhəd Xidməti hər hansı müstəqil strukturun ləğv edilməsi nəticəsində deyil, başqa strukturdan ayrılmaqla yaradılmışdır. Ona görədə məhkəmə hesab edir ki, xx xxxx 2002-ci ildən əvvəlki müddətə təsadüf edilən dövrə görə Dövlət Sərhəd Xidmətinin maddi məsuliyyəti yoxdur. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, iddiaçı Xidmət rəisinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunan zaman son haqq hesab ödənişlərini alaraq, Xidmətin sıralarından ehtiyyata buraxılmışdır. Göstərilən müddətdən üç ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı mənbəyi məlum olmayan pul kompensasiyası tələbi ilə əlaqədar müraciət emişdir. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya 1996-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilikdə 4500 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-93/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-93/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver