Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-930/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X4 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı X1nun vəfat etdiyi tarixdən, yəni 05 mart 2022-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1nun vəfat etdiyi tarixdən, yəni 05 mart 2022-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1989-cu il təvəllüdlüdür. Uşaqlıqdan “Bronxial astma ağır gedişli infcksion allergik forma" xəstəliyinin daşıyıcısıdır. Bu xəstəliyə görə 1 №-li Sumqayıt şəhər Uşaq Poliklinikasında qeydiyyatda olmuşdur. Həmin xəstəliklə əlaqədar olaraq ona müavinət təyin edilmişdir. X1 05 mart 2022-ci ildə vəfat etmişdir. Bunu Sumqayıt “Asan Xidmət” X7 tərəfindən 18 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ № 267924 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Atasıın vəfatından sonra o, ailə başçısını itirməyə görə pensiya almaq üçün sənədlərini DSMF-nin X2 təqdim etmişdir. DSMF-nin X3 30 sentyabr 2022-ci il tarixli, **********5 saylı məktubu ilə xahişi təmin etməmiş, imtinaya səbəb kimi onun ilkin əlilliyinin xx.xx.2016-cı il tarixdə, yəni 26 yaşı olanda müəyyən edilməsi göstərilmişdir. Halbuki, Sumqayıt Tibb Mərkəzi Pİ İS 1 №-li Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2022- ci il tarixli 580 saylı arayışına görə ona xəstəliklə əlaqədar olaraq 4 yaşı olarkən müavinət təyin edilmişdir. Həmçinin 2016-cı ildə ona “Yumurtalığın bədxassəli yenitörəməsi, yumurtalıqların CR-i, yumurtalığın seraz papilyar adenokarsinoması, piy toxumasının MTS.MOM” diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmişdir (təkrar xx.xx.2026-cı ilə qədər). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət edərək, X1 vəfat etdiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubla ona ilkin əlillik 26 yaşında təyin olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyasınının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin hallarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının 2U J4SS00001 nömrəli qərarı ilə İİ dərəcəli əlillik təyin edilmiş, əlilliyin ilkin təyinat olduğu qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Cavabdehin nümayəndəsi G.Hüseynova etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1989-cu il təvəllüdlüdür. -TSEK-nin qərarından görünür ki, İddiaçı xx.xx.2021-cı il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -AZ-İİ № 267924 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ”bronxİal astma ağır gedişli“ diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. -1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ”bronxial astma ağır gedişli“ diaqnozu ilə dispanser qeydiyyatda olumuş, xx.xx.1993-cü il tarixdən sağlamlıq imkanı məhdud olduğuna görə müavinət almışdır. -Məhkəmənin sorğusuna əsasən Sumqayıt Tibb Mərkəzi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1989 təvəllüdlü İddiaçı 1 nömrəli uşaq poliklinikasında "Bronxial astma,ağır gedişi infeksion allergik forma, tənəffüs çatmamazlığı İl-ci dərəcə" diaqnozu ilə qeydiyyatda olmuşdur. xx.xx.1993-cü ildə xəstəyə sağlamlıq imkanı məhdudluğuna görə müavinət təyin olunmuş və bir il müddətində müavinət almışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı sağlamlıq imkanları məhdudluğu barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkarlanmadı."Əlillik" altsistemində olan məlumatlara əsasən vətəndaşa xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik" səbəbilə 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır.Sonrakı dövrdə şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0530003AAGLS nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. 1995-ci ilə qədər vətəndaşların sağlamlıq imkanlaıı məhdudluğu ərazi tibb müəssisəsləri (poliklinikalar) tərəfindən qiymətləndirilirdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya 18 yaşına çatandan sonra, yəni xx.xx.2016-cı ildən 2ci dərəcəli əlillik təyin edilməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, iddiaçı onun əlilliyinin uşaqlıqdan olmaı əsası ilə ailə başçısı olan atasının vəfatına görə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtinasında və etirazında iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs olmadığını, əlilliyini 18 yaşdan sonra əldə etdiyini, iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan subyektlərin sırasına aid olmadığını bildirmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluqunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyqun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün ilk növbədə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2 -ci maddəsinin tələbləri mövcud olmalıdır. Yuxarıda sadalanan qanunvericilik aktlarına görə şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Mövcud qanunvericiliyə uyğun olaraq şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Belə ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İddiaçı iddia tələbinin əsası kimi uşaqlıdan xəstə olması və 1993-cü ildə ona müavinıət təyin olunmasına istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi xx.xx.2023-cü il tarixli cavab məktubunda xx.xx.1989 təvəllüdlü İddiaçı 1 nömrəli uşaq poliklinikasında "Bronxial astma,ağır gedişi infeksion allergik forma, tənəffüs çatmamazlığı İl-ci dərəcə" diaqnozu ilə qeydiyyatda olması və xx.xx.1993-cü ildə xəstəyə sağlamlıq imkanı məhdudluğuna görə müavinət təyin olunması və bir il müddətində müavinət alması barədə məkumat vermişdir. Lakin bu sənəd iddiaçının uşaqlıdan, yəni 18 yaşına çatana kimi sağlamlıq imkanı məhdud olan uşaq olmasını müəyyən edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, istinad olunan qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Buna görə də hazırkı iş üzrə iddiaçının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2016cı il tarixdə (18 yaşı tamam olduqdan sonra) qəbul edilmiş TSEK qərarı ilə müəyyən olunduğundan, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bu səbəbdən cavabdehin iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı imtinası qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı sağlamlıq imkanlarının uşaqlıqdan məhdud olmasını güman etdiyi halda əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin əvvəlki tarix kimi göstərilməsini tələb edə bilər. Belə ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini, həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı X1nun vəfat etdiyi tarixdən, yəni 05 mart 2022-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-930/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-930/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver