Məhkəmə qərarları › İş №2-1(118)-931/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-931/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-931/2025 07.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X2, X5, X3 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanda yerləşən 2 saylı evin 18 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən ünvan 1 onun mülkiyyətindədir. X4, X7, X6 həmin mənzildə qeydiyyatda olmağına baxmayaraq mənzili tərk etmişlər və göstərilən mənzildə yaşamırlar. Bütün bu müddət ərzində iddiaçı onlara qeydiyyatdan çıxma barədə müraciət etdikdə onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan boyun qaçırmışlar. Beləliklə, üçüncü şəxslər mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Bunun üçün cavabdehə ərizə ilə müraciət edərək, onların ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş 308000383-05101-093044 reyestr nömrəli çıxarışın surəti, Xırdalan şəhər 3 saylı MTİİTS-nin arayışı, Abşeron Rayon Məhkəməsi 2(012)- 3197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti, Abşeron Rayon Məhkəməsinin 2(012)-4427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanda yerləşən 2 saylı evin 18 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X4 onun gəlini, X7, X6 isə onun nəvəsidir və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçının oğlu, yəni üçüncü şəxsin əri olan X11 ilə nikahlarına xitam verilmişdir. Həmçinin, mübahisəli mənzilə dair iddiaçı X2 cavabdehlər İddiaçı və X8 qarşı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına köçürülməyini və mənzildən istifadə edilməsinə yaradılmış maneələrin qadağan olunması barədə qətnamənin qəbul edilməsinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə iddiaçı X2 iddiası təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2025-ci ildə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi mübahisəli mənzilə dair X2, X5, X3 istifadə hüququnun olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.1-ci maddənin tələbləri baxımından 3-cü şəxslərin mənzildə istifadə hüququnun yaranması üçün İddiaçı tərəfindən verilmiş qeydiyyata razılıq barədə ərizə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalıdır. İddiaçının keçmiş gəlini onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, xeyli müddətdir ki, həmin mənzildə yaşamamışdır. Belə olduğu tədqirdə X2, X5, X3 iddiaçının mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, onların mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Hazırkı iddia tələbi üzrə X2, X5, X1 mənzilə pasport qeydiyyatına düşməsi onların həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDRX-də qeydiyyata alınmayıb. Ona görə də məhkəmə hesab edir ki, X2, X5, X3 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2, X5, X3 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanda yerləşən 2 saylı evin 18 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar