Məhkəmə qərarları › İş №2-1(118)-932/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-932/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-932/2023 21.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X19 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi X17, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A №-li, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X5 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A №-li, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X5 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli 375 №-li arayışından təsdiq olunur ki, atası X21 Xaçmaz rayonu Uzunoba kəndində istifadəsində olan 25 sot torpaq sahəsi üzərində 1936-cı ildə tikilmiş evi olmuşdur. Atası 1969-cu ildə, anası 2012-ci ildə vəfat etmişlər. Birgə nikahdan 1949-cu ildə Səlimbəy, 1959-cu ildə Bahar, 1957-ci ildə Qərib, 1954-cü ildə Rəhim, 1947-ci ildə Nəbi anadan olmuşlar. Uzunoba kənd İƏD-nin nümayəndəsinin təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 346 №li arayışından aydın olur ki, atası və anasının vəfatından sonra mirası faktiki olaraq onlar idarə edib vərəsiliyi qəbul etmişdir. Valideynlərinin yaşamaq üçün Xaçmaz şəhərinə getməsindən istifadə edən cavabdeh X9 25 sot torpağı və evi zəbt etmişlər. Xaçmaz rayonunda Aqrar İslahatı keçirilərkən Torpaq Şöbəsinin vəzifəli şəxslərinin ələ alaraq uydurma əqdlə JN 057 №-li, 30223001 kodlu torpağın mülkiyyətə verilməsinə dair qanuna zidd şəhadətnamə ilə atasının istifadəsində olmuş 25 sot torpaq sahəsini və evi özəlləşdirmişdir. Həmin şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 5 №-li qərarına əsaslanaraq verilsə də, həmin qərarda X5 25 sot torpaq sahəsi verilməsi barədə qeyd yoxdur. Aqrar islahatı haqqında qanunun 20-ci maddəsinin mənasına görə rayon Aqrar İslahat Komissiyası kəndin yerləşdiyi sovxozun yerli aqrar islahat komissiyasının qərarı əsasında qərar qəbul edə bilər. Belə bir qərar yoxdur. Bu səbəbdən Şəhadətnamə veriləndə əsaslanan xx.xx.2002ci il tarixli 5№-li qərar qanunsuzdur. Rayon Aqrar İslahat Komissiyasının XX əsrin əvvəllərindən kənd sakinlərinin istifadəsində olan, yaşayış evi olan torpaq sahələrinə aqrar islahat komissiyalarının qərarı ilə torpaq sahəsi özəlləşdirilə bilməz. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən yaşayış evlərinin, bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə həmin torpaqlardan istifadənin qanunniliyini təsdiq edən sənədlər əsasında vətəndaşların ərizəsi əsasında verilir. JN 57 A №-li, ********* kodlu şəhadətnamə Xaçmaz rayon Torpaq şöbəsinin işçilərinin uydurma qərarı əsasında verilmişdir. Azərbayacan Respublikasının MM-nin 340-cı maddəsinə əsasən uydurma əqd əhəmiyyətsizdir. Həmin şəhadətnamə və bu şəhadətnamənin əsasında verilən 21,05.2013-cü il tarixli XX PX seriyalı, ******* №-li reyestr çıxarışı etibarsız hesab edilməlidir. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 542 №-li arxiv arayışından təsdiq olur ki, Dövlət Arxivində saxlanılan Uzun-oba kənd ZDSİK-nin 1954-1956-cı illərə aid Uzun-oba kəndi üzrə 01 №-li təsərrüfatbaşına kitabda X18 adına 1954-cü ildə tikilən yaşayış evi və 2600 m2 torpaq sahəsi qeyd edilmişdir. Bu mülkdə X13 atası X18 mülkündə bir təsərrüfatda yaşamışdır. Xaçmaz rayon qeydiyyat şöbəsinin 29 may 2018-ci il tarixli, 441 №-li arayışından təsdiq olur ki, X13 xx.xx.2010-cu ildə vəfat etmişdir. JN 58 A №-li, 30223018 kodlu şəhadətnamə xx.xx.2006-cı ildə verilmişdir. Bu sənədlər təsdiq edir ki, JN 58 A №-li, 30223018 kodlu şəhadətnamə cavabdeh X9 da daxil olan ailənin istifadəsində olmuşdur. Xaçmaz rayon Torpaq şöbəsinin vəzifəli şəxsləri eyni qərara əsaslanaraq cavabdehə həm atalarının mülkünə, həm də cavabdehin atası X10 şəhadətnamə vermişlər. Azərbaycan SSR Quba rayon Xucbala kənd Soveti 15 iyun 1970-ci ildə verilmiş evlənmək haqqında şəhadətnaməyə əsasən X22 1949-cu ildə doğulmuş, 1970-ci ildə Kərimova Zenfira ilə evlənmişlər. AZ 057196, Az 05864 arayışlarına əsasən X14 və X23 1970-1971-ci ildə Uzunoba kəndində anadan olmuşlar. Bir daha təsdiq olunur ki, Kərimov Səlimbəy 1949-cu ildən 1983-cü ilə kimi Uzunoba kəndində atasının evində yaşamışdır. Xaçmaz rayon Hərbi X1 verdiyi hərbi biletdən təsdiq olur ki, o, xx.xx.1976-cı ildə Uzunoba kəndindən hərbi xidmətə yola salınmış, ailə üzvləri Uzunoba kəndində yaşamaqda davam etmişlər. X22 hal - hazırda Uzunoba kəndində hərbi qeydiyyatdadır. Bütün bu sənədlər bir daha təsdiq edir ki, valideynlərinin vəfatından sonra mülkü idarə etməyə başlamışdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X22 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı müraciətində göstərilən yerləşən fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə X3 və digər ailə üzvlərinin adlarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixli ******* RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışda göstərilən 0.28 ha torpaq sahəsinin qeydiyyatı Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-057A kod 30223018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə” əsasında aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən şəhadətnamələr” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası “Torpaq İslahatı haqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə məhkəməyə şikayət etmək səlahiyyəti vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X27 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. X9 məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, X40 olan təsərrüfat 1960-1962-ci illər dövrünü əhatə edir. Arxiv arayışlarında mərhumun adına 1962-ci ildən sonra Uzunoba kəndində təsərrüfat qeydə alınmamışdır. Atası 1960-cı ilin əvvəllərində Xaçmaz şəhərində işə girdiyi üçün onun şəxsi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi atası Səfərbəyov S.B. oğlunun adına olan təsərrüfata köçürülmüşdür. Kərimov Z.Q. oğlu Xaçmaz şəhərində işlədiyi dövrdə həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tikdirir və Uzunoba kəndində yaşayan ailə üzvlərini də 1961-ci ilin sonlarında Xaçmaz şəhərinə aparır və xx.xx.1969-cu ilsə vəfat etdiyi günədək ünvan 1 ünvanda yaşayır. uzunoba kəndində olan 1936-cı ildə tikilən yaşayış evini də özü sökdürərək ögey qardaşı üçün tikinti materialları verir. X40 övladları və həyat yoldaşı Məkkə Ağamalı qızı da Xaçmaz şəhərindəki evdə yaşamağa davam etmişdirlər. Övladları da təhsillərini Xaçmaz şəhərində almışdır. Bütün övladlarının toy şənliklərini də bu ünvanda keçirmişdirlər. Mərhumun həyat yoldaşı öz sağlığında həyat yoldaşından miras qalan 1 mərtəbəli 3 otaqlı evini sonbeşik Kamilin adına rəsmiləşdirmiş, bağışlamışdır. Məkkə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Lomonosov 1-dəki evdə Kamil öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı isə 1980-1981-ci illərdə bu ünvandan ayrılaraq 28 may (Ə.Bayramov) küçəsi, 98 ünvanda yaşamağa başlamışdır. Hal-hazıradək həmin ünvanda oğlu Namik və ailəsi və nəvələri ilə yaşayır. Mərhum atası Səfərbəyov B. oğlu 1960-cı ildə öz ailəsi ilə atasının , Rzayev Baba S.oğlunun təsərrüfatından ayrılaraq ayrıca təsərrüfat kimi qeydə alınmış və şəxsi mülkiyyətində 0.25 ha torpaq sahəsi olması qeyd olunmuşdur. 1980-ci ildə özünə məxsus olan yaşayış evi tikdirmişdir. Ayrıca təsərrüfat olmaqla 1991-ci ilin may ayına kimi ailə üzvləri ilə birlikdə mərhum atasına-Baba Səfərbəy oğluna məxsus olan evdə yaşamışdır. Ev istifadəyə hazır olduqdan sonra bu evdə yaşamağa başlamışdır. (ailə üzvləri ilə 1991-ci ildən birlikdə) X8 öz sağlığında yazdırdığı vəsiyyətnamə ilə daşınar və daşınmaz bütün əmlakını (Uzunoba kəndindəki) ona vəsiyyət etmişdir. Babasının vəfatından sonra təsərrüfatı idarə etməyə başladığı üçün təsərrüfat onun adına keçirilmişdir. İslahat gedən dövrdə Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı protokolu ilə təsdiq edilmiş sənədlərdə onun adına qaytananmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha torpaq sahəsi olması təsdiq olunmuşdur, həmçinin mərhum atası Səfərbəyin adına qaytanlanmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha torpaq sahəsi qeyd olunmuşdur. Əsaslar: Xaçmaz rayon Arxivi və Uzunoba İƏD-dən verilən arayışlar. Mülkiyyət şəhadətnaməsində göstərilən RAİK-nın xx.xx.2002-ci il tarixli 05 saylı isə vətəndaşlara pay torpaqlarının verilməsinə aid olan qərardır. Pravda sovxozu AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı xx.xx.1998-ci ildə RAİK-sı tərəfindən təsdiq olunmuşdur. Məhkəmə iclasında üçüncü şəxs X9 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq idianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı əvvəldə eyni iddia ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamış iddiaçıya izah edilmişdir ki, vərəsəlik mülki məhkəmə icraatı qaydasında müəyyən edildikdən sonra yenidən məhkəməyə müraciət edə bilər. İddia mümkün iddia olsada əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A №-li, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X5 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsini istəyir. İddiaçı qeyd edir ki, Xaçmaz rayonunda Aqrar İslahatı keçirilərkən Torpaq Şöbəsinin vəzifəli şəxslərinin ələ alaraq uydurma əqdlə JN 057 №-li, 30223001 kodlu torpağın mülkiyyətə verilməsinə dair qanuna zidd şəhadətnamə ilə atasının istifadəsində olmuş 25 sot torpaq sahəsini və evi özəlləşdirmişdir. Həmin şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 5 №-li qərarına əsaslanaraq verilsə də, həmin qərarda X5 25 sot torpaq sahəsi verilməsi barədə qeyd yoxdur. Aqrar islahatı haqqında qanunun 20-ci maddəsinin mənasına görə rayon Aqrar İslahat Komissiyası kəndin yerləşdiyi sovxozun yerli aqrar islahat komissiyasının qərarı əsasında qərar qəbul edə bilər. Belə bir qərar yoxdur. Bu səbəbdən Şəhadətnamə veriləndə əsaslanan xx.xx.2002ci il tarixli 5№-li qərar qanunsuzdur. Rayon Aqrar İslahat Komissiyasının XX əsrin əvvəllərindən kənd sakinlərinin istifadəsində olan, yaşayış evi olan torpaq sahələrinə aqrar islahat komissiyalarının qərarı ilə torpaq sahəsi özəlləşdirilə bilməz. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən yaşayış evlərinin, bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə həmin torpaqlardan istifadənin qanunniliyini təsdiq edən sənədlər əsasında vətəndaşların ərizəsi əsasında verilir. JN 57 A №-li, ********* kodlu şəhadətnamə Xaçmaz rayon Torpaq şöbəsinin işçilərinin uydurma qərarı əsasında verilmişdir. Azərbayacan Respublikasının MM-nin 340-cı maddəsinə əsasən uydurma əqd əhəmiyyətsizdir. Həmin şəhadətnamə və bu şəhadətnamənin əsasında verilən 21,05.2013-cü il tarixli XX PX seriyalı, ******* №-li reyestr çıxarışı etibarsız hesab edilməlidir. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 542 №-li arxiv arayışından təsdiq olur ki, Dövlət Arxivində saxlanılan Uzun-oba kənd ZDSİK-nin 1954-1956-cı illərə aid Uzun-oba kəndi üzrə 01 №-li təsərrüfatbaşına kitabda X18 adma 1954-cü ildə tikilən yaşayış evi və 2600 m2 torpaq sahəsi qeyd edilmişdir. Bu mülkdə X13 atası X18 mülkündə bir təsərrüfatda yaşamışdır. Xaçmaz rayon qeydiyyat şöbəsinin 29 may 2018-ci il tarixli, 441 №-li arayışından təsdiq olur ki, X13 xx.xx.2010-cu ildə vəfat etmişdir. JN 58 A №-li, 30223018 kodlu şəhadətnamə xx.xx.2006-cı ildə verilmişdir. Bu sənədlər təsdiq edir ki, JN 58 A №-li, 30223018 kodlu şəhadətnamə cavabdeh X9 da daxil olan ailənin istifadəsində olmuşdur. Xaçmaz rayon Torpaq şöbəsinin vəzifəli şəxsləri eyni qərara əsaslanaraq cavabdehə həm atalarının mülkünə, həm də cavabdehin atası X10 şəhadətnamə vermişlər. Azərbaycan SSR Quba rayon Xucbala kənd Soveti 15 iyun 1970-ci ildə verilmiş evlənmək haqqında şəhadətnaməyə əsasən X22 1949-cu ildə doğulmuş, 1970-ci ildə Kərimova Zenfira ilə evlənmişlər. AZ 057196, Az 05864 arayışlarına əsasən X14 və X23 1970-1971-ci ildə Uzunoba kəndində anadan olmuşlar. Bir daha təsdiq olunur ki, Kərimov Səlimbəy 1949-cu ildən 1983-cü ilə kimi Uzunoba kəndində atasının evində yaşamışdır. Xaçmaz rayon Hərbi X1 verdiyi hərbi biletdən təsdiq odur ki, o, xx.xx.1976-cı ildə Uzunoba kəndindən hərbi xidmətə yola salınmış, ailə üzvləri Uzunoba kəndində yaşamaqda davam etmişlər. X22 hal - hazırda Uzunoba kəndində hərbi qeydiyyatdadır. Bütün bu sənədlər bir daha təsdiq edir ki, valideynlərinin vəfatından sonra mülkü idarə etməyə başlamışdırlar. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materillarına əsasən: İddiaçı xx.xx.1969-cu il tarixdə vəfat etmiş X21 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Xaçmaz rayon dövlət arxivində saxlanılan Uzunoba kənd X16 İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid Uzunoba kəndi üzrə 04 saylı təsərrüfatbaşına kitabda X4 Uzunoba kəndi üzrə 04 saylı təsərrüfatbaşına kitabında X4 Uzunoba kəndində şəxsi mülkiyyətində 1936-cı ildə tikilən yaşayış evi və xüsusi istifadəsində 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. Ailə üzvlərinin siyahısı aşağıdakı kimi qeyd edilmişdir: X34-ailə başçısı... X29 və s. (Xaçmaz rayon Dövlət Arxivinin 10 aprel 2017-ci il tarixli, 299 saylı arxiv arayışı) Azərbaycan Respublikası Xaçmaz rayon dövlət arxivində saxlanılan Uzunoba kənd X16 İcraiyyə Komitəsinin 1954-1956-cı illərə aid Uzunoba kəndi üzrə 01 saylı təsərrüfatbaşına kitabında mərhum X18 adına 1954-cü ildə tikilən yaşayış evi və 2600 kv.m torpaq sahəsi qeyd olunmuşdur. İddiaçı tərəfindən JN 057A, KOD 30223018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli iclasının 5 saylı protokolunun, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, JN 058A KOD ********* torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 71 saylı arayışda qeyd edilmişdir ki, X34 ona məxsus Uzunoba kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi 3 saylı təsərrüfatbaşına kitabın 174-cü səhifəsində 849 saylı hesab nömrəsi ilə qeydə alınmışdır. Xaçmaz rayon Dövlət Arxivinin 25 noyabr 2020-ci il tarixli, 751 saylı məktubunda qeyd olunmuşdur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Uzunoba kənd X41 İcraiyyə Komitəsinin Uzunoba kəndi üzrə 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitablarında X7 adına təsərrüfat aşkar edilməmişdir. 1986-1990-cı illər üzrə 1 saylı təsərrüfatbaşına kitabında xx.xx.1990-cı ildə vəfat etmiş X28 ailə başçısı olub, onun şəxsi istifadəsində 0.25 ha torpaq sahəsi, 1954-cü ildə tikilən ev, ailə tərkibində X3 adı (nəvəsi) qeyd edilmişdir. 1990-cı ildən sonrakı sənədlər arxivə təhvil verilməmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının Pravda sovxozunun xx.xx.1998-ci il tarixli 05 saylı protokolu ilə Uzunoba kəndi üzrə püşkatma yolu ilə torpaq payı almaq hüququ olan subyektlərinin və fəaliyyət göstərən kəndli fermer təsərrüfatı üzvlərinin ardıcıllıq siyahısında 77-ci X3 adına qaytanlanmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha torpaq sahəsi qeyd olunmuşdur. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Cavabdeh imtinasının əsası kimi qeyd edir ki, İddiaçı müraciətində göstərilən yerləşən fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə X3 və digər ailə üzvlərinin adlarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixli ******* RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışda göstərilən 0.28 ha torpaq sahəsinin qeydiyyatı Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-057A kod 30223018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə” əsasında aparılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-X36 Məsuliyyətli Cəmiyyətininin arxivində mövcud olan X3 adına verilmiş JN-057A KOD 30223018, X7 adına verilmiş JN 058A KOD 30223018 nömrəli Şəhadətnamələrin tərtib edilməsinə əsas olmuş Xaçmaz rayon, Uzunoba kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 5 saylı Qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu X11 Məsuliyyətli Cəmiyyətininin 10 aprel 2023-cü il tarixli, 3-21-3-60/2-770/2023 saylı məktubu) Qeyd olunmuş məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının Sədri tərəfindən təsdiq edilmiş Xaçmaz rayon Uzunoba kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X3 (dövlət aktının nömrəsi 57, xəritədə nömrəsi 57, qanuni istifadədə olan sahə 0.25 ha), X7 (dövlət aktının nömrəsi 58, xəritədə nömrəsi 58, qanuni istifadədə olan sahə 0.25 ha) adları qeyd edilmişdir. Məhkəmə prosesi gedişində təqdim edilmiş sənədlərdən görünür ki: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı protokolu ilə uzunoba kəndi üzrə püşkatma yolu ilə torpaq payı almaq hüququ olan subyektlərin və fəaliyyət göstərən k/fermer təsərrüfatı üzvlərinin ardıcıllıq siyahısında 77-ci X3 adına qaytanlanmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha, siyahıda 82-ci X7 adına qaytanlanmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha həəytyanı torpaq sahəsi qeyd olunmuşdur. (Xaçmaz rayon Dövlət Arxivinin 19 aprel 2018-ci il tarixli, 299 saylı məktubu) xx.xx.2010-cu il tarixdə vəfat etmiş Xaçmaz rayon Uzunoba kənd sakini mərhum X13 01 yanvar 1962-ci ilə onun adına qeyd olunmuş 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 1980-cı ildə inşa edilmiş 2 mərtəbəli yaşayış evini xx.xx.2010-cu ilədək özü idarə etmişdir. Onun vəfatından sonra xx.xx.2014-cüil tarixədək X2 idarə etmişdir. İkincinin vəfatından sonra hal-hazıradək həmin torpağı və 2 mərtəbəli yaşayış evini mərhumların oğlu X9 idarə edir. Həmçinin Uzunoba kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsində 1947-ci ildə inşa edilmiş yaşayış evini 1990-cı ildən sonra nəvəsi X9 idarə edir. (Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd İƏD-sə nümayəndəsinin müvafiq olaraq xx.xx.2018-ci il tarixli 251 saylı və 249 saylı arayışları) Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Uzunoba kənd X16 İcraiyyə Komitəsinin 1954-1977-ci ilədək və Uzunoba kənd X37 İcraiyyə Komitəsinin 1978-1990-cı ilədək Uzunoba kəndi üztə təsərrüfatbaşına kitablarında mərhum X28 təsərrüfat başçısı olmuşdur. Onun şəxsi mülkiyyətində 1954-cü ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 1954-1956-cı illərdə 0.26 ha, 1957-1974-cü illərdə 0.24 ha, 1984-1990cı illərdə 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. Uzunoba kənd X16 İcraiyyə Komitəsinin 1962-1977-ci ilədək və Uzunoba kənd X37 İcraiyyə Komitəsinin 1978-1985-ci ilədək Uzunoba kəndi üzrə təsərrüfatbaşına kitablarında mərhum X13 təsərrüfat başçısı olmuşdur. Onun şəxsi istifadəsində 1962-1970-ci illərdə 0.25 ha, 1971-1983-cü illərdə 0.24 ha, 1984, 1985-ci illərdə 0.25 ha torpaq sahəsi qeyd olunmuşdurş 1986-1990-cı illərə aid Uzunoba kəndi üzrə 02 saylı təsərrüfatbaşına kitabda mərhum X13 təsərrüfat başçısı olmuş, təsərrüfatın 2-ci səhifəsində adı düzəlişlə yazılaraq şəxsi mülkiyyətində 1980-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. (Xaçmaz rayon Dövlət Arxivinin 12 sentyabr 2018-ci il tarixli, 607 saylı arxiv arayışı) Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Uzun-oba kənd X16 İcraiyyə Komitəsinin 1954-1956-cı illərə aid Uzunoba kəndi üzrə 01 saylı, 1957-1959-cu illərə aid 07 saylı, 1960-1962-ci illərə aid 04 saylı təsərrüfatbaşına kitablarında mərhum X35 təsərrüfat başçısı olub onun şəxsi mülkiyyətində 1936-cı ildə tikilən yaşayış evi və xüsusi istifadəsində olan 0.25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. 1963-1965 illərə aid təsərrüfatbaşına kitablarda, 1968-1977-ci və 1978-1990-cı illərə aid təsərrüfatbaşına kitablarda X24 adına təsərrüfat aşkar edilməmişdir. 1990-cı ildən sonrakı təsərrüfatbaşına kitablar arxivə təhvil verilməmişdir. (Xaçmaz rayon Dövlət Arxivinin 11 iyul 2017-ci il tarixli 527 saylı və 23 iyul 2019-cu il tarixli, 610 saylı arxiv arayışları) X4 adına verilmiş, Xaçmaz rayonunun Uzunoba kəndində özünə məxsus olması barədə, 1936-cı ildə tikilmiş fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin mövcud olması barədə, 10 aprel 2017-ci il tarixli, 299 №li arxiv arayışı əsasında verilmiş çıxarış, 11 iyul 2017-ci il tarixli 527 №li arxiv arayışı və 1960-1962-ci illərə dair 04 saylı təsərrüfatbaşına kitabın 5-6-cı vərəqəsindəki və 12 saylı təsərrüfatbaşına kitabındakı 12-ci vərəqində olan qeydə əsasən mərhumun adına verilmiş çıxarış etibarsız sayılaraq keçərli hesab edilməmişdir. (Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba İƏD üzrə nümayəndəliyinin 1960-1962-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarış) Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Uzunoba kənd X20 İcraiyyə Komitəsinin 1954-1977-ci ilədək, Uzunoba kənd X26 1978-1990-cı ilədək 01 saylı təsərrüfatbaşına kitablarında mərhum X30 təsərrüfat başçısı olmuşdur. Təsərrüfatın şəxsi mülkiyyətində 1954-1973-cü iləərdə, 25 ha, 1974-1982-ci illərdə 0.24 ha, 1984-1990cı illərdə 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. (Xaçmaz rayon Dövlət Arxivinin 10 aprel 2023-cü il tarixli, 3-48-180A/2-S-3xx-xx/2023 saylı arxiv arayışı) Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı protokolu ilə Xaçmaz rayon Uzunoba kəndi üzrə püşkatma yolu ilə torpaq payı almaq hüququ olan subyektlərin və fəaliyyət göstərən kəndli fermer təsərrüfatı üzvlərinin ardıcıllıq siyahısında 77-ci X3 adında qaytanlanmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha torpaq sahəsi qeyd edilmişdir. (Xaçmaz rayon Dövlət Arxivinin 10 aprel 2023-cü il tarixli, 3-48-187/A-S-3xx-xx/2023 saylı arxiv arayışı) Azərbaycan Respublikası Xaçmaz rayon İHB-nın Uzunoba kəndi İƏD üzrə nümayəndəliyinin arxivində saxlanılan 2011-2015-ci illərə aid Uzunoba kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabında vətəndaş X21 Uzunoba kəndində şəxsi və xüsusi mülkiyyətində heç bir qeyd olmamaqla, əlavə məlumatlar qrafasında təsərrüfat Xaçmaz rayon Dövlət Arxivinin verdiyi arayışa əsasən qeydə alınmışdır. Hal-hazırda belə bir təsərrüfat mövcud deyildir. (Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 mart 2022-ci il tarixli, 117 saylı arayışı) Göründüyü kimi iddiaçının mübahisələndirdiyi “Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A №-li, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aqrar islahat zamanı səlahiyyətli dövlət qurumları tərəfindən üçüncü şəxsə verilmişdir. İddiaçı müvafiq arxiv arayışlarına istinad edərək iddiasını əsaslandırmağa çalışır, lakin aqrar islahat aparılan zaman yuxarıda sadalanan sənədlər əsasında üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçının atası aqrar islahat aparılan zaman həmin qərarları mübahisələndirməmiş, iddiaçının atasının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh inzibati orqan isə aqrar islahatla bağlı aparılan müvafiq sənədlər əsasında üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsassız olduğunu göstərir və iddianın rədd edilməsi üçün əsas təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar