Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-933/2020 03.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayıl Quliyev Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin AN:031907 nömrəli torpağın plan və ölçü sənədinin qeydiyyata alınmasından imtinanın əsassız hesab olunması və Şəhriyar qəsəbəsi ərazisində yerləşən, Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin AN:031907 nömrəli torpağın plan və ölçü sənədində göstərilən və xx xxxx 1995-ci il tarixdən qanuni istifadəsində olan 15 ha torpaq sahəsinin üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səyyar-S Kəndli fermer təsərrüfatı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı iddia qaldıraraq Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin AN:031907 nömrəli torpağın plan və ölçü sənədinin qeydiyyata alınmasından imtinanın əsassız hesab olunması və Şəhriyar qəsəbəsi ərazisində yerləşən, Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin AN:031907 nömrəli torpağın plan və ölçü sənədində göstərilən və xx xxxx 1995-ci il tarixdən qanuni istifadəsində olan 15 ha torpaq sahəsinin üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının ünvanına məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı göndərilməsinə baxmayaraq sərəncam iddiaçıya çatmamış, iddiaçı xx xxxxxx 2020-ci il, xx xxxxxxx 2020ci il, xx xxxxxx 2020-ci il tarixlərdə məhkəməyə dəvət olunmuş, lakin məhkəmə iclaslarına gəlməmiş, məhkəmə ilə əlaqə saxlamamış, məhkəməyə sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X3 şikayətinə dair xx xxxx 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X2rşı “Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin AN:031907 nömrəli torpağın plan və ölçü sənədinin qeydiyyata alınmasından imtinanın əsassız hesab olunması və Şəhriyar qəsəbəsi ərazisində yerləşən, Səyyar-S Kəndli fermer təsərrüfatı MMC-nin AN:031907 nömrəli torpağın plan və ölçü sənədində göstərilən və xx xxxx 1995-ci il tarixdən qanuni istifadəsində olan 15 ha torpaq sahəsinin üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-933/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-933/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver