Məhkəmə qərarları › İş №2-1(118)-933/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-933/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-933/2022 19.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Yeni Yasamal 2, ev 5, mənzil 100-də yaşayan)iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı imtina cavabının qeyri-qanuni hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 1 saylı evin 4 otaqdan ibarət 45 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********34 saylı imtinasınən qeri-qanuni hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 1 saylı evin 4 otaqdan ibarət 45-ci mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 1 saylı evin 4 otaqdan ibrarət 45-ci mənzili 973 saylı, xx.xx.1983-cü il tarixli orderə əsasən 5 nəfər ailə üzvü ilə iddiaçıya verilmişdir. Mənzil həmin vaxtdan hal-hazıradak onun ailə üzvlərinin istifadəsindədir. Mənzil qanuni əsaslarla istifadəyə verildiyindən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə mürəciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılmış, **********34 saylı cavaba əsasən “mənzil 3 otaqlı kimi göstərilsə də, forma 2 arayışında 4 otaqlı kimi qeyd edildiyini” göstərərək ərizənin icrasından imtina edilmişdir. Halbuki, həmin mənzil ailə tərkibinə görə 4 otaq olaraq iddiaçının istifadəsinə verilmiş və 4 otaq kimi də hazıradək istifadə edilmişdir. Mənzil təhvil-təslim edilərkən orada heç kim yaşamamışdır. Dörd otaq kimi qanuni əsaslarla istifadəyə verilmiş mənzilin orderində naməlum səbəbdən “3 otaqlı” kimi qeyd edilməsinə görə iddiaçının hər hansı bir məsuliyyəti yoxdur. Yaranmış bu vəziyyət iddiaçının qanunla qorunan hüquqlarına ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının müraciətinə əlavə edilmiş 973 saylı orderdə sözügedən mənzil 3 otaqlı kimi göstərilsə də, Forma 2 arayışında 4 otaqlı kimi qeyd edilmişdir.Bu səbəbdən iddiaçıya imtina bildirişi verilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan : - -Abşeron rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 973 saylı, xx.xx.1983-cü il tarixli orderdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 1 saylı evin 3 otaq, 46,82 kv m-dən ibarət 45-ci mənzil İddiaçı verilmişdir. - -1 nömrəli MİS tərəfindən verilmiş 16 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 1, mənzil 45-də İddiaçı və 4 nəfərdən ibarət ailə üzvləri qeydiyyatdadır və yaşayır. - X12,Muradov X4 Səma Həbib qızı tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmış razılıq ərizələrindən görünür ki, onlar Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 1,45 aylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. - -İİİ- ЖГ 378901 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki,X8 xx.xx.1987-ci ildə vəfat etmişdir. - - Abşeron rayon Məhkəməsinin 28 aprel 2008-ci il tarixli 2(012)-252/2008 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavadeh İddiaçı qarşı yaşayış hüququnun bərpa olunması və mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. - - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(105)-73/2009 saylı qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin 28 aprel 2008-ci il tarixli 2(012)- 252/2008 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 07.107.1983-cü il tarixli 165.11 saylı qərardan görünür ki, İddiaçı mənzil növbəsi bərpa edilımişdir. Xırdalan qəsəbəsi, 278-ci məhəllə 1 saylı evdə yerləşən 4 otaqlı sahəsi 63.32 kv m olan 45 saylı mənzilin yaşayışçıları, hazırda dövlət uşaq evində olan 2 azyaşlı uşaqların sahəsi 16.5 kv olan 1 otağa qeydiyyatları saxlanmaqla və onlar internat məktəbini qurtardıqdan sonra növbədənkənar ailə tərkibinə uyğun mənzillə təmin olunmaq şərti ilə digər otağın 3 otağın orderinin İddiaçı adına yazılması qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli H-151 saylı cavab məktubundan görünür ki, Abşeron rayon XDS İKnin xx.xx.1986-cı il tarixli 251№-li qərarının, xx.xx.1983-cü il tarixli 165-11 saylı protokolunun təsdiq edilmiş kserosurəti məhkəməyə göndərilir. Abşeron rayon XDS İK-nin xx.xx.1983-cü il tarixli 165 saylı sərəncamı arxivdə aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi İddiaçı 3 otaqlı mənzilə dair orderi təqdim etməklə əslində 4 otaqdan ibarət mənzilin özəlləşdirilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsindən müəyyən edildi ki, Bakı şəhəri XDS İK-nin 128372 saylı xx.xx.1973-cü il tarixli orderlə Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evdə yerləşən 4 otaqlı 45 saylı mənzil X9 verilmişdir. Abşeron rayon XDS İK-nn xx.xx.1983-cü il tarixli 165 saylı qərarı ilə həmin ünvanda yerləşən 3 otaq , 16.5 kv m ölçülü 1 otaq boş saxlanılmaqla X3 verilmişdir. Daha sonra həmin boş saxlanılmış otağa Ə.Allahverdiyev və O.Allahverdiyevin köçürülməsi mümkün olmadığından onlara başqa ünvanda 1 otaqlı mənzil verilmişdir. Bu əsasla onların mübahisəli mənzilə köçürülmələrinə dair iddia tələbləri təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin bir otaq boş saxlanılsa da, İddiaçı ayrılması barədə də hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı sayılaraq iddia tələbi təmin edilməməlidir. İddiaçının özəlləşdirilməsini tələb etdiyi 4 otaqlı mənzilin tam ona ayrılmasına dair sənədi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar