Məhkəmə qərarları › İş №2-1(118)-933/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-933/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-933/2024 04.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X9 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib digər şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN 259 nömrəli, KOD 30220018 kodlu Dövlət Aktının surətindən göründüyü kimi Xaçmaz rayon Aqrar İslahat komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 2.29 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, X10, İddiaçı və X8 mülkiyyətinə verilmişdir.Sonradan, həmin torpaq sahəsi ilə bağlı aşağıdakı hüquqlar rəsmiləşdirilmişdir: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu qeydiyyat tarixli MN X« ******* Çıxarışın surətindən, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli MN N« ******* Çıxarışın surətindən göründüyü kimi Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 1.051 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ X1, X10, İddiaçı və X8 adlarına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq həmin qeyddən yuxarıda göstərilən çıxarış verilmişdir.Hazırkı iddia ərizəsinə əlavə edilmiş, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarış-m ayrılmaz hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü”-dən göründüyü kimi həmin mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına əsas Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2- 183a/2007 saylı qətnaməsi olmuşdur.Həmçinin, hazırki iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşmmaz əmlakın Dövlət reyestrindən verilmiş JV2 ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan göründüyü kimi Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 0.50 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ X6 adına daşmmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq həmin qeyddən yuxarıda göstərilən çıxarış verilmişdir.xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ayrılmaz hissəsi olan “Torpaq sahəsinin plan və ölçüsü”-dən göründüyü kimi həmin mülkiyyət hüququnun daşmmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına əsas xx.xx.2020-ci il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində 2V-31 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsi olmuşdur. Digər məlumata əsasən vərəsəlik hüququ əsasında əldə edilmiş əmlak yenə də, Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 12 fevral 2007- ci il tarixli, Ns 2-183a/2007 saylı qətnaməsi əsasında əldə olunmuşdur.Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, G(029)-218/2023 saylı məktubunun əslindən göründüyü kimi Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-183a/2007 saylı iş mövcud deyildir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-9183/2023 saylı məktubunun əslindən göründüyü kimi onun və ailə üzvlərinin adına MN ******* blank, ********** qeydiyyat nömrəli, MN N0024394 blank; ********** qeydiyyat nömrəli və X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğvinin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı vəkili X2 rayonu, Pirquluoba kəndində yerləşən torpaq sahələrinə dair sizin və ailə üzvlərinizin adına verilmiş MH N0024393 blank; ********** qeydiyyat nömrəli, MH N ******* blank; ********** qeydiyyat nömrəli və X4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir.Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-9183/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Pirquluoba kəndində yerləşən torpaq sahələrinə dair sizin və ailə üzvlərinizin adına verilmiş MH Na ******* blank; ********** qeydiyyat nömrəli, MH Na ******* blank; ********* qeydiyyat nömrəli və X4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.X4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi X4 digər şəxsin adına özgəninkiləşdirilmişdir.Bununlada ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh X11 tərəfindən itirilmişdir.Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur.Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, müvəkkilinə verilmiş daşınmaz əmlaka dair hüqumüəyyənedici sənədlər qanunvericiliyə uyğun şəkildə tərtib edilərək dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi iddiaçının qonşuluğunda yerləşir və həmin torpaq sahəsi 10 ildən artıqdır ki, 3-cü şəxsin qanuni istifadəsində və mülkiyyətindədir. İddiaçı tərəfindən gətirilən müxtəlif arqumentlərin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən də iddiaçının tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-9183/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, “Torpağa mülkiyyət hüququna dair” JN 259 nömrəli, KOD 30220018 kodlu Dövlət Aktının surəti, DƏDRX tərəfindən verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsinin surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-15412/2023 nömrəli məktub, xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-360/2024 nömrəli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-9183/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayon Aqrar islahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin adlarına JN:259 KOD:30220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair”’ Dövlət Aktına əsasən 2.32 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsindən müəyyən edilir ki, X12 ilə JN-259 nömrəli dövlət aktında adı qeyd olunmuş X5 arasında həmin aktda göstərilmiş 0.50 ha torpaq sahəsinə dair bağlanılmış əqd etibarlı hesab edilmiş, eyni zamanda X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. X12 vəfat etdikdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında müvafiq torpaq sahəsi hal-hazırda X4 mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən Qusar Məhkəməsinin mövcud olmayan qətnaməsinin əsasında torpaq sahəsinə üzərində mülkiyyət hüququnun yaranmasının qanunsuz olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yerdə qalan 1,051 ha torpaq sahəsinə çıxarışın alınması ilə bağlı dövlət rüsumunun ödənilərək çıxarışın əldə olunması ilə mövcud vəziyyətlə razı olduğuna dair iradə ifadəsini nümayiş etdirib. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsinin 3-cü şəxsin istifadəsində olan hissəsinin 10 ildən artıq 3-cü şəxsin faktiki sahiblliyində olması və həmin sahənin geri qaytarılması ilə bağlı hər hansı bir tələbinin olmaması yuxarıda qeyd olunan razılıq əlamətinin olmasına dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hətta qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq 3-cü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə 3-cü şəxsin 10 ildən artıq torpaq sahəsinin üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X9 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar