Məhkəmə qərarları › İş №2-1(118)-934/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-934/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-934/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X12 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, 0,12 ha ölçüdə olan B-1277 saylı bağ torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyat zamanı X2, X1, X9, X4 və X5 adlarının qeyd olunmasının qanunsuz hesab edilməsi, həmin şəhadətnamənin həmin şəxslərə aid hissədə etibarsız hesab olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, 0,12 ha ölçüdə olan B-1277 saylı bağ torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyat zamanı buraxılmış səhvləri aradan qaldırılması, həmin torpaq sahəsinin iddiaçının adına tam mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən B- 1277 saylı bağ torpaq sahəsini ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyərini satıcı X13 tam ödəməklə əldə etmişdir. Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi tərəfindən ona xx.xx.2003-cü il tarixli, JN-204H KOD 30800002 saylı,“Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə göstərilir ki, Novxanı bağlar masivində yerləşən 0,12 ha ölçüdə olan B-1277 saylı bağ sahəsi iddiaçının mülkiyyətinə verilir. Qeydiyyatı aparan orqan tərəfindən qeyri-dəqiqliyə yol verilmiş, iddiaçıya məlum olmayan səbəbdən şəhadətnamədə onunla heç bir qohumluq ələqəsi olmayan səxsləri ailə üzvləri kimi qeydə alınmışdır. Bu səsbəbdən də o, qanuni yolla əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu istədiyi kimi həyata keçirə bilmir. İddiaçı yuxarıda qeyd etdiyi ünvanda yerləşən 0.12 ha ölçüdə olan torpaq sahəsi üzərində tam mülkiyyət hüququnu qeydə alıb, Dövlət reyestrindən Çıxarışın verilməsini DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən xahiş etsə də, ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-cİ il tarixli, **********09 saylı bildiriş göndərilmişdir. İmtina məktubunda cavab olaraq bildirilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən B-1277 saylı bağ torpaq sahəsini ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumibirgə mülkiyyət hüququ üzrə ona, Abdullayeva Tamilla M, X25, X5, Abdullayev Abas Q. və X3 adına qeydə alınaraq ləğv olunmuş Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixli, JN-204H KDD30800002 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Hesab edir ki, Dövlət Qeydiyyatını aparan qurum tərəfindən verilmiş imtina onun qanuni yolla əldə etdiyi daşınmaz əmlak üzərində olan mülkiyyət hüququnu aşkar şəkildə pozur. Belə ki, İddiaçı ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsində yeganə alıcı qismində qeyd olunsa da, həmin müqavilə əsasında əldə etdiyi mülkiyyət hüququ qeydə alınan zaman qeydiyyatı aparan orqan tərəfindən onunla heç bir qohumluq əlaqəsi olmayan şəxslər torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən qeydə alınıblar. Onların şəhadətnamədə səhvən qeydə alınması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yrdım edilmiş, iddiaçı iddiasını dəqiqləşdirərək ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, 0,12 ha ölçüdə olan B-1277 saylı bağ torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyat zamanı X2, X1, X9, X4 və X5 adlarının qeyd olunmasının qanunsuz hesab edilməsi, həmin şəhadətnamənin həmin şəxslərə aid hissədə etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8, X16, X17, X15, Abdullayev Abas Q. oğlu zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək (X14 tərcüməçiliyi ilə) iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1277 ünvanda yerləşən yerləşən fərdi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə 23.11,2021-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-204H KOD 30800002 nömrəli, xx.xx.2003-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-də adları qeyd edilən, hüquq əldə edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən B-1277 saylı bağ torpaq sahəsi ünvan 3un təsdiq etdiyi xx.xx.2003- cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən ümumbirgə mülkiyyət hüququ üzrə İddiaçı, Abdullayevə Tamilla M, X9, X6, Abdullayev Abas Q. və X7 adına qeydiyyata alınaraq ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixli, JN-204H KOD 30800002 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd göstərilməlidir. Yekun olaraq qeyd etmək istəyirlər ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə etmişdir. Üçüncü şəxslər şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, 0,12 ha ölçüdə olan B-1277 saylı bağ torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyat zamanı X2, X1, X9, X4 və X5 adlarının qeyd olunmasının qanunsuz hesab edilməsi, həmin şəhadətnamənin həmin şəxslərə aid hissədə etibarsız hesab olunmasını istəyir. İş materilları ilə müəyyən edilir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən B- 1277 saylı bağ torpaq sahəsini dəyərini satıcı X13 tam ödəməklə əldə etmişdir. (xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi tərəfindən ona xx.xx.2003-cü il tarixli, JN-204H KOD 30800002 saylı,“Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə digər şəxslərin - X8, X16, X17, X15, Abdullayev Abas Q. oğlunun adlarıda qeyd edilmişdir. 21 aprel 2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs X11 ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Şəhadətnamədə onun və ailə üzvləriinin adı texniki səhv olaraq göstərilmişdir. Həmin torpaq sahəsinə heç bir iddiaları yoxdur. Torpaq sahəsi iddiaçıya məxsusdur. 19 may 2022-ci il tarixdə daxil olmuş ərizələrinə əsasən üçüncü şəxslər X8, X17, X16 və X15 bildirmişdir ki, iddia tələbinin təmin olunmasına etirazları yoxdur. Şəhadətnamədə adları texniki səhv olaraq göstərilmişdir. Həmin torpaq sahəsinə heç bir iddia və tələbləri yoxdur. Torpaq sahəsi iddiaçıya məxsusdur. Göründüyü kimi iddiaçı torpaq sahəsini natorial qaydada alqı-satqı müqaviləsi ilə qanuni əsaslarla əldə etmişdir. Hazırkı işə üçüncü şəxs kimi cəlb edilmiş şəxslərin həmin torpağın mülkiyyət sənədində adlarının qeyd edilməsinin hüquqi əsası mövcud deyil və bu qeydiyyatın aparılma səbəbidə müəyyən deyil. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı öz adına yeni qaydalarla müəyyən edilmiş mülkiyyət sənədi almaq niyyətindədir, lakin torpaq sahəsinin mülkiyyət sənədində digər şəxslərin adlarının qeyd edilməsi onun bu hüquqdan istifadəsini məhdudlaşdırmışdır. Buna görədə məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçının hüquqları bərpa olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə qərarının yaradacağı hüquqi əsas nəticəsində iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yeni qaydalarla dövlət qeydiyyatına alınmasını cavabdeh inzibati orqandan tələb etmək hüququ yaranacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına alan orqan qanunsuz hərəkətlərə yol vermiş, digər şəxslərində adına əsassız qeydiyyat apararaq iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, 0,12 ha ölçüdə olan B-1277 saylı bağ torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyat zamanı X2, X1, X9, X4 və X5 adlarının qeyd olunması qanunsuz hesab edilməli, həmin şəhadətnamə həmin şəxslərə aid hissədə etibarsız hesab olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1sdiq etdiyi xx.xx.2003-cü il tarixli, 4Ə1/53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, 0,12 ha ölçüdə olan B-1277 saylı bağ torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyat zamanı X2, X1, X9, X4 və X5 adlarının qeyd olunması qanunsuz hesab edilsin, həmin şəhadətnamə həmin şəxslərə aid hissədə etibarsız hesab olunsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar