Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-935/2020 18.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt İnzibati Məhkəməsinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-1(118)-935/2020 xx xxxxxx 2020-ci il Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Quba rayon İcra Şöbəsinin icra məmuru tərəfindən iddiaçıya vurulmuş 15.000 manat maddi və 15000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Quba rayon İcra Şöbəsinin icra məmuru tərəfindən iddiaçıya vurulmuş 15.000 manat maddi və 15000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2-317 nömrəli qətnaməsi ilə Quba rayon, Əski İqriq kəndində yerləşən yaşayış evi və torpaq sahəsi natura ayrılaraq iddiaçıya verilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minməsinə baxmayaraq icra məmuru tərəfindən icra edilmir. İcra məmuru xx xxxxxx 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Quba rayon Məhkəməsi, Sumqayıt Apelyasiya Məhkəməsi və Ali Məhkəmə öz qərarları ilə icra məmurunun işin icraatına xitam verilməsini əsassız hesab etmişdir. Buna baxmayaraq o qeyd olunan hərəkətləri edərək iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmuş, iddiaçıya maddi, mənəvi ziyan vurmuşdur. Qeyd olunan ziyanın ödənilməsi üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa iddiaçının Quba şəhəri, 29-cu məhəllədə 0.1086 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini X5 2011-ci ildən zəbt edərək iddiaçının oradan istifadə etməsinə əngəl törətmişdir. Bu barədə müvafiq qurumlara, ən sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Quba rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin həmin sahədən çıxarılması və iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlamışdır. Cavabdeh uzun müddət iddiaçının əmlakından istifadəsinə əngəl yaradaraq iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd olunan qətnamə də icra olunmamışdır. İddiaçı qanuni cəhətdən haqlı olsa da qeyd olunan pozulmuş hüquqları icra olunmadan qalmışdır. İcra şöbəsinə iddiaçıya vurduğu maddi və mənəvi zərərlə əlaqədar müraciət etsə də heçbir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cu maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2(027)-317/2013 saylı icra vərəqəsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində 2 mərtəbəli evin yerləşdiyi 2469,7 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilmiş 480,2 kv.metri yaşayış evinin arxa hissəsində yerləşən torpaq sahəsinin yola paralel olaraq 20 metr enində və həmin yola paralel olaraq aşağıya doğru 24 metr uzunluğunda naturada ayrılaraq İddiaçı verilməsi, Quba rayonu, Əski-İqriq kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin ona aid olan 19,33 kv.metr hissəsinə köçürülməsi təmin olunmalıdır. Eyni zamanda aparılmış ekspertiza dəyərinin 30 manatı tələbkar İddiaçı, 70 manatı isə borclu X1 tutularaq Az.MEM. VÖİN **********, ABB mərkəzi filialı, VÖİN **********, kod 805250, m/h **********944, H/h **********932851204, S. W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməsi qət edilmişdir. İcra sənədi xx.xx.2014-cü il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda borcluya “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin başlanılmış icraat zamanı könüllü müddət ərzində borclu tərəfindən tələb təmin edilməmişdir. Borcluya verilmiş könüllü müddət bitdiyindən xx.xx.2014-cü il, saat 11:30-a Quba rayonu, Əski-İqriq kəndində yerləşən mübahisəli evə tələbkar İddiaçı köçürülməsi məqsədi ilə icra tədbiri təyin edilmiş və bu barədə müvafiq orqanlara icra tədbirində iştrak etmələri üçün məktublar göndərilmişdir. Qeyd olunan icra tədbirində mübahisəli ev və onun həyətyanı sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin mütəxəssisi tərəfindən ölçülərək tələbkar İddiaçı tanıdılmış və İddiaçı həmin evə köçürülməsi təmin edilərək bu barədə akt tərtib edilmişdir. Bundan sonra tələbkar İddiaçı xx.xx.2014-cü il tarixdə Quba ayon icra şöbəsinə ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Buna görə də xx.xx.2014-cü il tarixdə iş üzrə icraata xitam verilməsinə dair Quba rayon nəhkəməsinə təqdimat verilmişdir. Lakin həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 8(027)- f 4/2015 saylı qərardadı ilə mübahisəli evin həyətyanı sahəsinin tanıdılmasına baxmayaraq ələbkar İddiaçı həmin mübahisəli evə köçürülməsinin baş tutmaması əsas gətirilərək təqdimat təmin edilməmişdir. Bundan sonra xx.xx.2015-ci il, saat 11:00-a Quba rayonu, Əski-İqriq kəndində yerləşən mübahisəli evə tələbkar İddiaçı köçürülməsi məqsədi ilə icra tədbiri təyin edilmiş və bu barədə müvafiq orqanlara icra tədbirində iştirak etmələri üçün məktublar göndərilmişdir. Qeyd olunan icra tədbirində tələbkar İddiaçı Quba rayonu, Əski-İqriq kəndində yerləşən mübahisəli evə köçürülməsi yenidən təmin edilərək bu barədə akt tərtib edilmiş və tələbkar İddiaçı xx.xx.2015- ci il tarixdə Quba rayon icra şöbəsinə yenidən ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Bununla bağlı xx.xx.2015-ci il tarixdə iş üzrə icraata xitam verilməsinə dair Quba rayon məhkəməsinə təqdimat verilmişdir və həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 8(027)- 205/2015 saylı qərardadı ilə təqdimat təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Lakin Quba rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(027)-150/2016 saylı qərardadı ilə tələbkar İddiaçı yenidən həmin mübahisəli evə köçürülməsinin baş tutmaması əsas gətirilmiş və həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 8(027)-205/2015 saylı qərardadı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda borcluya “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və tələb yenidən təmin edilməmişdir. İcra tədbiri davam etdirilmiş və xx.xx.2016-cı il, saat 11:00-a Quba rayonu, Əski- İqriq kəndində yerləşən mübahisəli evə tələbkar İddiaçı köçürülməsi məqsədi ilə yenidən icra tədbiri təyin edilərək bu barədə müvafiq orqanlara icra tədbirində iştrak etmələri üçün məktublar göndərilmişdir. Lakin həmin icra tədbirində borclu X6 məhkəmə qərarı ilə razı olmadığını və tələbkar İddiaçı mübahisəli evə köçürülməsinə etiraz etmişdir. Bu barədə müvafiq akt tərtib eilmişdir. Bununla bağlı borclu X6 şöbəyə gətirilmiş və o, vermiş olduğu izahatında tələbkar İddiaçı həmin evə köçürülməsinin mümkün olmayacağını bildirərək onun həmin evə köçürülməsinə etiraz etmişdir. Bununla da borclu X3 hərəkətləri dövlət adından çıxarılmış məhkəmə qərarını icra etməmək kimi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmək kimi qiymətləndirilib barəsində xx xxx 2016-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və həmin məhkəməsinin xx xxx 2016-cı il tarixli, 3(027)-355/2016 saylı qərarı ilə borclu X6 Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra borcluya “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin icrası üçün yeni müddət verilməsinə dair göndərilmiş bildirişi xx.xx.2016-cı il tarixdə almış, lakin həmin qərardan apelyasiya şikayəti vermək üçün Quba rayon məhkəməsinə müraciət etmişdir. Lakin həmin qərardan verilmiş şikayət müddətin keçməsi səbəbindən Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 3(105)-184/2016 saylı məktubla inzibati iş geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 3(105)-184/2016 saylı məktub xx.xx.2016-cı jl tarixdə şöbəyə daxil olmuşdur. Bundan sonra xx.xx.2017-ci il, saat 11:00-a Quba rayonu, Əski-İqriq kəndində yerləşən mübahisəli evə tələbkar İddiaçı köçürülməsi məqsədi ilə icra tədbiri təyin edilərək bu barədə müvafiq orqanlara icra tədbirində iştrak etmələri üçün məktublar göndərilmişdir. Qeyd olunan icra tədbirində borclu Asəf Məmmədov tərəfindən yaşayış üçün otaq ayrılmış və İddiaçı həmin otağa köçürülməsi təmin olunmuşdur. Lakin həmin otaqda yerləşən əşyalar çıxarılmalı olduğunudan icra tədbiri -xx.xx.2017-ci il ci il, saat 11:00-a təxirə salınmışdır. xx.xx.2017-ci il saat 11:00-a təyin edilmiş icra tədbirində borclu Asəf Məmmədov tərəfindən boş vəziyyətdə yaşayış üçün otaq ayrılmışdır. Lakin İddiaçı həmin otağa köçməkdən imtina etmişdir. Qeyd olunan icra tədbiri ilə bağlı müvafiq akt tərtib edilmişdir. İcra sənədi üzrə tələb borclu Asəf Məmmədov tərəfindən təmin olunduğundan xx.xx.2017- ci il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2017-ci il tarixli qərar Quba rayon məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 8(027)-201 saylı qərardadına əsasən ləğv edilmiş, həmin qərardad müvafiq olaraq Apelyasiya və Ali məhkəmələrdə qüvvədə saxlanıldığı üçün icra sənədi xx.xx.2017-ci il tarixdə yenidən icraata yönəldilmişdir. İcra sənədi üzrə tələbin təmin edilməsi barədə iş üzrə borclu Asəf Məmmədova bildiriş göndərilmiş, lakin icra sənədi üzrə tələb təmin edilmədiyi üçün xx xxxx 2018-ci il tarixə icra tədbiri təyin edilmiş, bu barədə tərəflərə və iştiraklarını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarına rəsmi məlumat verilmişdir. Qeyd olunan icra tədbiri zamanı mübahisəli yaşayış evinin bir otağı boş vəziyyətdə iş üzrə tələbkar İddiaçı təklif olunmasına baxmayaraq o, digər otağa köçmək istədiyini bildirmiş, həmin otağın da borclu tərəfindən boşaldılması təmin olunmamışdır. Bu səbəbdən icra tədbiri təxirə salınmışdır. xx xxxx 2018-ci il tarixdə borclu X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinə əsasən protokol tərtib edilərək Quba rayon məhkəməsinə təqdim olunmuşdur. Lakin həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli, 3(027)-404 saylı qərarına əsasən Asəf Məmmədovun əməlində inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İcra sənədinin təmin edilməsi istiqamətində səmərəli nəticənin əldə olunması məqəsədilə xx.xx.2018-ci il tarixdə yenidən icra tədbiri təyin edilmişdir. Təyin olunmuş vaxtda icra yerində keçirilən tədbir zamanı məhkəmə qətnaməsinə müvafiq olaraq mübahisəli yaşayış evinin yaşamağa yararlı, eyni ölçüdə olan otaqlardan biri tamamilə boşaldılmış vəziyyətdə iş üzrə tələbkar İddiaçı maneəsiz köçüb yaşaması üçün təklif olunmasına baxmayaraq o, icra vərəqəsində göstərilməyən başqa tələbləri irəli sürüb təklifdən imtina etmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2(027)-317/2013 saylı icra vərəqəsinin “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarılmasına dair xx.xx.2018-ci il tarixli qərar qəbul edilmiş və bu barədə tərəflərə şikayət etmək hüquqları izah edilməklə məlumat verilmişdir. Tələbkar İddiaçı tərəfindən verilmiş şikayət əsasında Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “İcra sənədinin geri qaytarılması barədə xx.xx.2018-ci il tarixli şöbənin qərarı ləğv edilmişdir. Bundan sonra icra sənədi üzrə icra tədbirlərinə davam etdirilmiş və xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərdə icra tədbirləri keçirilmişdir. Lakin borclu tərəfindən edilən maneələr nəticəsində tələbin təmin edilməsi mümkün olmamışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən və borclu X6 icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün onun barəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Quba rayon məhkəməsinə təqdim olunmuşdur. Quba rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən Asəf Məmmədov inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Quba rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından borclu A.Məmmədov tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən Quba rayon Məhkəməsinin sözü gedən qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı xx.xx.2019cu il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2019-cu il tarixli yeni müddətin təyin olunması barədə bildiriş borclu A.Məmmədova şəxsən təqdim olunmuşdur. Həmçinin borclu Asəf Məmmədovun icra sənədinə olan münasibətini öyrənmək məqsədilə izahatı alınmışdır. Borclu A.Məmmədov izahatında tələbkar İddiaçıla birgə yaşamaqlarının qeyrimümkün olduğunu, buna səbəb kimi Pərvizin ona və ailəsinə zərər vura biləcəyini qeyd etmişdir. Eləcədə borclu Asəf Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət və saksiyasının cəzaları barədə ətraflı məlumat verilmişdir. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədilə sözü gedən yaşayış evinə gedilərkən borclu A.Məmmədov tələbkar İddiaçı evə köçüb yaşamasına maneəçilik yaratmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan başqa Quba Rayon Məhkəməsinin 2(027)-21 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X2 özbaşına tikdiyi, sahəsi 122 kv.m olan evin İddiaçı mülkiyyətində olan 0,1086 ha torpaq sahəsinə düşən 74 kv.m hissəsi borclunun hesabına sökülməli və o, həmin hissədən çıxarılmalı, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət üzrə sahiblik, sərəncam vermək və istifadə hüquqları bərpa edilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı tələbi təmin etmək məqsədi ilə dəfələrlə icra tədbirləri təyin edilsədə borclu qərəzli olaraq tələbi təmin etməmiş və o, dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasından nəticə çıxarmayaraq dövlət adından çıxarılmış məhkəmə qərarının icrasından yayınmağa davam etmişdir. Göstərilənləri nəzərə alaraq borclular X3 və X2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlı təqdimat hazırlanaraq baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Hazırda hər iki iş üzrə borclular barəsində tərtib edilmiş təqdimat və icraat materialları Nazirliyin İstintaq İdarəsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qərarın təsviri hissəsindən göründüyü kimi hazırki iş üzrə məhkəmə qərarının icrasına Quba rayon Məhkəməsinin nəzarəti mövcuddur. Məhkəmə nəzarəti mövcud olduğu və icra prosesinin davam etdiyi şəraitdə icra hərəkətlərinin qanuni və ya qanunsuz olması yoxlanılaraq işə inzibati qaydada baxılması əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qeyd olunanlar iddianın təmin edilməməsi üçün əsas təşkil edir və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-935/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-935/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver