Məhkəmə qərarları › İş №2-1(118)-935/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-935/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-935/2021 27.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X10 oğlunun katibliyi ilə, İddiaçı4 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh1 qarşı “Mövcud olmayan, Qusar rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli 2-645 a/2006 nömrəli qətnaməsinə əsasən cavabdeh X4 adına yazılmış JN:0548 nömrəli 30104018 kodlu 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548J nömrəli, Qusar rayonun Əcəxur Oba kəndində yerləşən 28786.06 kv.m hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsinin bir vəzifə olaraq DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia qaldıraraq “Mövcud olmayan, Qusar rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli 2-645 a/2006 nömrəli qətnaməsinə əsasən cavabdeh X4 adına yazılmış JN:0548 nömrəli 30104018 kodlu 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548J nömrəli, Qusar rayonun Əcəxur Oba kəndində yerləşən 28786.06 kv.m hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsinin bir vəzifə olaraq DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu AİK-nin 10 aprel 1998-ci il tarixli 15 nömrəli qərarı ilə X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 milliyyətinə Qusar rayonun Əcəxuroba kəndində yerləşən 28786.06 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ümumi mülkiyyətlərinə verilməsinə dair JN: 213 nömrəli 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Qeyd olunan torpaq sahəsi mülkiyyətlərinə veriləndən sonra hazıra kimi iddiaçılar istifadə edir, vergiləri ödəməklə sahiblik edirlər. Hazırda onlara məlum olmuşdur ki, JN: 213 nömrəli 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 213 M nömrəli, Qusar rayonun Əcəxur oba kəndində yerləşən 28786.06 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə əsassız və qanunsuz olaraq Bakı şəhər sakini X6 adına JN: 548 nömrəli 30104018 kodlu, 24 may 2006-cı il tarixli (aktda 28786.06 m2 torpaq sahəsinin nömrəsi 548-J-dir) Dövlət Aktı işlənmiş və həmin torpaq sahəsinə X4 adına DX seriyalı ******* nömrəli 10.05.201 8-ci il tarixli “Çıxarış” verilmişdir. Mübahisəli torpaq sahəsinin X4 mülkiyyətinə vrtilməsinə dair JN: 548 nömrəli 30104018 kodlu Dövlət Aktının verilməsinə əsas kimi Qusar rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli 2-645 a/2006 nömrəli qətnamələr göstərilmişdir. Lakin Qusar rayon Məhkəməsində belə qətnamə heç vaxt qəbul edilməmişdir. Qusar rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli G(029)-833/2019 nömrəli məktubunda da qeyd edilmişdir ki, 14 aprel 2006-cl il tarixli 2-645 a/2006 nömrəli mülki iş mövcud deyildir. Qeyd olunan mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir, həmişə onlar istifadə edib sahiblik etmişdirlər və həmin sahəni heç kimə satmamışdırlar. Odur ki, X8 və onun qızı və rəsmi nümayəndəsi Cavabdeh1 saxta sənədlərdən istifadə edərək iddiaçıların mülkiyyətlərində olan 28786.6 m2 torpaq sahəsinə yeni Dövlət Aktı və çıxarış almışdır. X15 və Çıxarış işlənmiş X9 bir ildir ki, vəfat etmişdir. Lakin o, vəfat etməmişdən əvvəl də və hazırda da onun işlərini qızı və rəsmi nümayəndəsi Cavabdeh1 tərəfindən aparılmışdır. Saxta, əslində mövcud olmayan məhkəmə qətnaməsinə əsasən X4 adına işlənmiş JN: 548 nömrəli 30104018 kodltı, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və RX seriyalı, ******* nömrəli, 10 may 2018-ci il tarixli çıxarışın 548 J nömrəli 28786.06 m2 (Qusar rayon Əcəxuroba kəndində yerləşən JN: 213 nömrəli, 30104018 kodltı Dövlət Aktı ilə 213 M nömrəsi ilə mülkiyyətlərində olan 28786.06 m2) hissəsi etibarsız hesab edilərək ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaşılara hüquqi yardım edilməsi üçün məhkəmə dəvət olunmuşlar. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi və vəkili X7 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə hesab edir ki, mövcud məhkəmə təcrübəsinə uyğun olaraq iddianın uğurluluq ehtimalının yüksək olması və prosessual qənat prinsipi baxımından düzgün iddianın seçilməsi üçün yuxarıda qeyd edilənlər ilkin olaraq nəzərə alınmalıdır. İddiaçılar məhkəmədən mövcud olmayan, Qusar rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli 2-645 a/2006 nömrəli qətnaməsinə əsasən cavabdeh X4 adına yazılmış JN:0548 nömrəli 30104018 kodlu 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548J nömrəli, Qusar rayonun Əcəxur Oba kəndində yerləşən 28786.06 kv.m hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kimi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iş üzrə iddiaçılar X4 adına yazılmış JN:0548 nömrəli 30104018 kodlu 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548J nömrəli, Qusar rayonun Əcəxur Oba kəndində yerləşən 28786.06 kv.m hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsini istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçılar eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdirlər. İddiaçılara izah edilsin ki, məhkəmədə qaldırdığı tələb ilə inzibati orqana müracət edə bilərlər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar