Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-935/2024 06.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22 avqust 1960-cı ildə anadan olmuş, “Yarımkürələrin qabıqaltı nahiyəsinə (subkortikal) beyindaxili qansızına, baş beyinin sol yarımkürəsinə sol OBA hövzəsində hemorragik insultKəllədaxili qansızmanm nəticələri, hemorragik insultun nəticələri, Spastik hemiplegiya, sağ tərəfli hemiparez. Disfaziya və afaziya, hissəvi motor afaziya, ürəyin aterosklerotik xəstəliyi” diaqnozu ilə 2013-cü ildən xəstədir. Xəstəliyin nəticəsində beyninə qan sızmış, bədəninin sağ tərəfində daimi küt ağrılar olur, sağ ayağın alt hissəsi daimi yanır, orqanizmində zəiflik yaranmışdır.....Yuxarıda qeyd edilən xəstəlik səbəbindən xx.xx.2018-ci ildə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik və Sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2023-cü ildə başa çatmışdır. Yenidən əlillik təyini üçün Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs 088 saylı göndərişlə cavabdehə xx.xx.2023-cü ildə müraciət etmişdir. Cavabdeh 088 formalı L00083800ZGJ nömrəli göndərişə əsasən əlilliyin təyinindən imtina edilmişdir. Əlilliyin təyinindən imtinaya səbəb kimi “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Köməkçi diaqnostik və Laborator müayinələr tam aparılmamışdır" göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belək ki, xx.xx.2023-cü il tarixli, Forma 88-də onun adı çəkilən xəstəlikdən Sumqayıt Hospitalı MMC-də xx.xx.2022-xx.xx.2022-ci ildə, AK.Mirqasımov adına RKX-da xx.xx.2023, xx.xx.2022 xx.xx.2022-ci ildə, xx.xx.2022xx.xx.2022-ci ildə, xx.xx.2021-xx.xx.2021-ci ildə. Sumqayıt Reablitasiya Mərkəzində xx.xx.2021- xx.xx.2021-ci ildə stasionar şəraitdə müalicə olunmuşdur. Həmin müalicə müəssisələri bir daha xəstəliyini təsdiqləmişlər. Bir daha bildirmiş ki, xəstəlik səbəbindən səhhəti günü-gündən pisləşmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən xəstəliklə əlaqədar olaraq cavabdehin üzərinə 06 fevral 2023-cü ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; Diaqnozun mətni: 169.1 Kəllədaxili qansızmanın nəticələri, Keçirilmiş (2013) hemorregik insultin davamlı qalıq əlamətləri Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemihipesteziya əzələ gücü 4 bal təyin edilir. Yanaşı xəstəliklər İ49.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəciklərarası ekstrasistoliya aorta karanal şuntiama əməliyyatında sonrakı vəziyyət Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya Yanaşı xəstəliklər M05.8 Digər seropozitiv revmatoid artritlər, Seropozitiv revmatoit AT İİ; Meyar: 2.1.1, 110 - Yanaşı xəstəliklər - 2.Qan dövranı sisteminin xəstəlikləri => Qan təzyiqinin yüksəlməsi ilə xarakterizə olunan xəstəliklər => Essensial [birincili] hipertenziya => arterial hipertenziya Hi dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə OFP faizi - yekun 35% səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir.Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı OFP faizi - yekun 35% səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmiş və əlillik altsisteminə daxil edilmişdir. Sonradan iddiaçı ona təyin edilmiş 3-cü dərəcə əlilliklə razılaşmayaraq omna 2-ci dərəcə əlilliyin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin qeyd iddia mübahisələndirilən iddia olduğundan əlilliyin dəyişdirilməsi barədə qərarı mübahisələndirilməmiş və qərarın ləğvi ilə bağlı nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və qeyd olunan qərarın ləği ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-935/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-935/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver