Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-936/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı “xx.xx.2006-cı il tarixli, JN-828 KOD ******* saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsus, Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı iddia qaldıraraq, “xx.xx.2006-cı il tarixli, JN-828 KOD ******* saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsus, Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq üçün xx.xx.2020-ci ildə DƏDRX-nin 5 saylı X4 müraciət etmişdir. Lakin DƏDRX-nin 5 saylı X5 xx.xx.2020-ci il tarixli, **********66 saylı məktubla çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da əz əksini tapmamışdır. İddiaçı bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 təhvil verilmişdir. xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada iddiaçının heç bir təqsiri yoxdur. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 682-İQ saylı Qanununun 1-ci maddəsinə əsasən, “Dövlət orqanlarının və yerli özünü idarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilən Şəhadətnamənin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi Şəhadətnamədə göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməməsi üçün əsas ola bilməz. Bu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsassızdır və bu səbəbdən göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını hüquqi cəhətdən aşağıdakılarla əsaslandırır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 məktubunda imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713- İİQ saylı Qanununun hansı maddələrinə əsaslandığı göstərilməmişdir. Bir daha qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 mülkiyyət sənədlərinin verilməsindən imtinası əsassızdır. Haqqında söhbət gedən torpaq sahəsini iddiaçı 2004-cü ildə almış, həmin dövrdə həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilirdi. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi mülkiyyət sənədlərinin verilməsindən əsassız olaraq imtina etdiyindən, məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İ1Q saylı Qanununun 8.0-cı maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün 8.0.1-ci maddəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.4-cü maddəyə əsasən, bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqlqrı təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.5-ci maddəyə əsasən, qanunvericilikdə nəzərdə tutulan digər əsaslar əsas hesab olunur. Göstərilən mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasdır. Qanunun 9.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı 9.1.1-ci maddəyə əsasən, bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin qəbul edilməsi qaydasında aparılır. İddiaçı qeyd edir ki, o, sənədləri Xidmətə təqdim etmişdir. Qanunun 9.2-ci maddəsinə əsasən, “Qeydiyyat orqanı bu Qanunun 14.1-ci və 15.1a maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla ərizənin və ona əlavə edilər sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərindi hüquqları dövlət qeydiyyatına alır”. Qanunun 14.1-ci maddəsinə əsasən, “Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətim dayandırıla bilər”. 14.2-ci maddəyə əsasən, “Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 10 gün müddətində verilməlidir”. Qanunun 14.4-cü maddəsinə əsasən, “Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir”. Göstərilən əmlaka mülkiyyət hüquqlarının qeydiyyatı üzrə, Qanunun 14.1 və 15.1-ci maddələrinə aid heç bir problem olmadığından, Xidmət ərizəsini aldığı tarixdən 20 gündən gec olmayaraq hüquqların dövlət qeydiyyatına alınması barədə sənədləri iddiaçıya verməli idi. Lakin Xidmətin 5 saylı Ərazi İdarəsi ərizənin Xidmətə daxil olduğu tarixdən iddiaçıya Qanunun 14.1-ci maddəsini pozaraq, hüquqların qeydiyyatı üçün qanunla müəyyənləşdirilmiş 20 günlük müddət buraxılmaqla, cavab vermişdir. Qanunun 10.1-ci maddəsinə əsasən, “Hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir”. 10.2-ci maddəyə əsasən, “Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; ” Ərizəyə dövlət qeydiyyatı üçün əsas olan xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”ni əlavə etmişdir. Qanunun 12.1-ci maddəsinə əsasən, “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir ”. Qanunun 15.1-ci maddəsinə əsasən, “Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə rqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (bizim ənədlərimiz heç bir orqan tərəfindən etibarsız hesab edilməmişdir) 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak zərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda ”. 15.2-ci maddəyə əsasən, “Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir”. Göstərilən əmlakın mülkiyyət hüquqlarının qeydiyyatdan keçməsində Qanunun 15.1-ci maddəsindəki hallardan heç biri yoxdur. Əgər belə hal var idisə, Xidmət əsaslandırılmış imtinasını ərizəni aldlğlndan 5 gün müddətində göndərməli idi ki, 5 gün müddətində Xidmət bunu etməmişdir. Qanunun 23.1-ci maddəsinə əsasən, “Qeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər”. 23.3-cü maddəyə əsasən, “Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-nin 14.3-cü maddəsinə əsasən, “inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərini mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür”. İPM-nin 33.1-ci maddəsinə əsasən, “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. 33.2-ci maddəyə əsasən, “Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur”. 33.3-cü maddəyə əsasən, “İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir, inzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir”. 33.4-cü maddəyə əsasən, “Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfimdən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir ”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, İddiaçı JN-828A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 5 saylı X4 müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci tarixli **********66 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd olunan JN- 828A nömrəli şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X4 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Cavabdeh məlumat üçün bildirir ki, Ərazi idarəsində Şəhadətnamələrin araşdırılması ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv məlumatları əsasında aparılır. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyest haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı X3 elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Cavabdeh bildirir ki, qeyd olunduğu kimi mübahisələndirilən JN-828A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X4 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. İddiaçı xx.xx.2006-cı il tarixli, JN-828 KOD ******* saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsus, Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********66 saylı, xx xxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə, JN-828 KOD ******* saylı, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin nötarial təsdiq edilmiş sürətini təqdim etmişdir. Həmin şəhadətnamə isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X4 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Halbuki, həmin şəhadətnamədə qeyd edilib ki, şəhadətnamə iki nüxsədən ibarət tərtib olunub və 627 nömrə ilə kitabda qeydə alınmışdır. JN-828 KOD ******* saylı, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin koordinatları göstərilməmiş, iddiaçının faktiki istifadəsində torpaq sahəsinin olması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biridə daşınmaz əmlakın dövlət reystrində qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyil. Bu uyğunsuzluğun səbəbinin müəyyən olunması üçün isə iddiaçı hər hansı bir əlavə sənəd təqdim etməmişdir. Torpaq sahəsi və torpaq sahəsinin dair sənədin əldə edilməsi ilə bağlı məlumatlar, bununla bağlı mövcud sənədlər, iddiaçının faktiki istifadəsində torpaq sahəsinin olması, bununla bağlı müvafiq ödənişlərin edilməsi ilə bağlı məlumatlar və sənədlər təqdim edilməmişdir. Bu isə təqdim edilən məlumatlarla dövlət reystrində saxlanılan məlumatlar arasındakı ziddiyətin səbəbini müəyyən etmək üçün lazım olan araşdırmanı aparmağa məhdudiyət yaradır. İnzibati orqanda imtinasında qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən inzibati orqana müraciət edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-936/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-936/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver