Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-937/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşməklə iddiaçıya məxsus birmərtəbəli, ümumi sahəsi 40,1 kvm yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmaqla həmin sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşməklə iddiaçıya məxsus birmərtəbəli, ümumi sahəsi 40,1 kv m yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmaqla həmin sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 2 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 40,1 kv.metr olan fərdi yaşayış evi mövcuddur. Mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən **********59-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03.06.2020 olan Çıxarışla rəsmiləşdirilmişdir. Həmin evin onun adına yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilmiş ərizə ilə Qusar rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Qusar Rayon İcra Hakimiyyəti Başçısının 28.07.2020-ci il tarixli, 29 №-li sərəncamı ilə ünvan 2 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşməklə ona məxsus birmərtəbəli, ümumi sahəsi 40,1 kv.metr yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə qərara alınmış, həmin qərarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar həmin yaşayış sahəsində hər hansı dəyişikliyin edilməsi, buna ehtiyac olmadığına görə (göstərilən Məcəllənin 21.7-ci maddəsinə uyğun olaraq) nəzərdə tutulmamışdır. Qeyd edilən Məcəllənin 27.1 -ci maddəsində göstərilir ki, əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 22 oktyabr 2020-ci il tarixdə cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək qeyd edilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmasını xahiş etmiş və ərizə ilə birlikdə bütün zəruri sənədləri də təqdim etmişdir. Cavabdeh orqan isə ərizənin icrasının mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarımasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ərizəsi üzrə sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Mənzil Məcəlləsində fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi dedikdə çoxmənzilli yaşayış binasının bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən vətəndaşın ərizəsinin icrasından 27.01.2021-ci il tarixdə **********46 nömrəli məktubla imtina olunmuşdur. İş materiallarında olan : - Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.10 kv m, 0.0274 ha torpaq sahəsi fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 02.06.2020– ci il tarixli **********59-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, həmin texniki pasport İddiaçı ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. - Qusar RİHB-nın 28.07.2020-ci il tarixli 29 saylı sərəncamından çıxarışdan görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Nuru Qurbanov küçəsi, ev 21A ünvanında yerləşən 0.0274 ha torpaq sahəsindəki bir mərtəbəli fərdi yaşayış evinin 40.1 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməsinə icaə verilməsi qərara alınmışdır. - EL-231/2018 qeydiyyat nömrəli, 16.07.2018-ci il tarixli Urfan MMC-yə verilmiş Lisenziyadan görünür ki, ünvan 2 ünvanında olan İddiaçı məxsus yaşayış sahəsi qeyriyaşayış sahəsinin keçirilmiş fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi həyata keçirməyə icazə verir. - Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26.10.2020-ci il tarixli, **********91 saylı imtina məktubundan görünür ki, AR Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və yenidən planlaşdırma digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və yenidən planlaşdırma və digər işlərin bitməsini təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Qeyd olunanlar nəzərə alınaraq ərizənin icrası mümkün olmamışdır. - Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli, **********54 saylı məktubundan görünür ki, AR Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə əsasən sahənin keçirilməsi haqqında ərizəni, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədləri, o cümlədən keçirilən sahənin texniki təsviri göstərilməklə planını təqdim etməklə cavabdehə müracət etdiyi təqdirdə fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır. - Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli, **********08 saylı məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının müraciət etdiyi qeyriyaşayış binasına dair texniki təsviri göstərməklə planı ərizəyə əlavə edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. - Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli, **********46 saylı məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyriyaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Mənzil Məcəlləsində fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi dedikdə çoxmənzilli yaşayış binasının bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Çatışmazlıqların aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmiş və təqdim olunmuş sənədləri müraciət etməklə geri götürə biləcəyini bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar şəhəri, Nuru Qurbanov küçəsi 0.0274 ha torpaq sahəsinin üzərində yerləşən birmərtəbəli ümumi sahəsi 40.1 kv m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Qusar rayon İcra Hakimiyyəti Başçısının 28 oyul 2020-ci il tarixli 29 saylı sərəncamı ilə iddiaçıya həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Həmin sərəncamda göstərilən yaşayış sahəsinin qeyri-yaşayış sahsinə keçirilməsi üçün hər hansı dəyişikliyin aparılması nəzərdə tutulmamış, yənu buna ehtiyac olmamışdır. İddiaçı tikintinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq müraciəti ilə bağlı cavabdeh inzibati orqan tərəfindən beş ayrı-ayrı məzmunda imtina cavabları verilmişdir. Belə ki, bir imtia cavabında imtinanın əsası kimi fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinin nəzərdə tutulmaması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidənqurma işlərinin aparılmasını və bitməsini təsdiqləyən komissiyanın aktının olmaması, digərində tikintinini istismarına icazənin olmaması, sahənin exbiki təsvirinin olmaması və s.kimi əsaslar göstərilmişdir. Azətrbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (12.3) Götərilən Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Məhkəmə hesab edir ki, mənzil qanunvericiliyində yaşayış sahəsi dedikdə həm yaşayış evi, həm də mənzil nəzərdə tutulduöundan cavabdehin fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilə bilməməsi barədə dəlili əsassız hesab edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 20.3-cü maddəsində çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsi imkanları ayrıca nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Göstərilən Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Məhkəmə qeyd edir ki, cavabdehin dəlillərindən biri sahənin texniki təsvirinin planı, yəni texniki pasportunun təqdim olunmamasıdır. Məhkəmə nu dəlili də əsassız hesab edir. Belə ki, həmin sənəd məhkəməyə təqdim edilmişdir və həmin sənədin mövcud oıduğu halda cavabdeh inzibati orqana təqdim edilməməsi inandırıcı deyildir. Mənzil Məcəlləsinin 21.51-ci maddəsinə görə sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Həmin Məcəlləsinin 21.6-cı maddəsinə görə keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Bununla bağlı məhkəmə xüsusi vurğulayır ki, qanunverici keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməli olduğunu nəzərdə tutmuşdur. Qusar rayon İcra Hakimiyyəti 28.07.2020-ci il tarixli sərəncamında hər hansı yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməli olmasını qeyd etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin işlərin təhvil alınmasınə təsdiq edən sənədi və tikintiyə istismara icazə sənədini tələb etməsi anlaşılan deyildir. Mənzil Məcəlləsinin 21.7-ci maddəsinə görə əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə iddiaçıya məxsus yaşayış evinin qeyriyaşayış sahəsi kimi qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri vəyararlıolmalıdır. Göründüyü kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında 0,0274 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 40,1 kv m yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi onun adına qeydiyyata alınmaqla həmin sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-937/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-937/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver