Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-938/2020 29.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu Qımıl kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 01xx xxx 30318048 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hüquqlarının dövlət qeydiyyatlna alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia Sumqayıt-İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon X5 xx xxxxxx 2002-ci il tarixli 01 saylı qərarına əsasən Quba rayonu Qımıl kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,49 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Torpaq sahəsinin plan və cizgisi müəyyən edilmiş və iddiaçıya torpağa mülkiyyət hüququna dair JN-041 seriyalı KOD 30318048 saylı Dövlət aktı verilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdikdə ona bildirilmişdir ki, həmin dövlət aktı idarənin elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan əlavə torpaq sahəsi başqa şəxslər tərəfindən hasarlandığından torpağı müayinə etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, ona ayrılmış torpaq sahəsinin bir hissəsi X3 tərəfindən hasarlanmışdır və halhazırda onun istifadəsindədir. Həmin şəxs tərəfindən Quba rayon məhkəməsinə müraciət olunaraq dövlət aktı ilə verilmiş 0.48 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması xahiş edilmişdir. Məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Cavabdeh inzibati orqandan imtina cavabl aldıqdan sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə onun apellyasiya şikayəti mümkün sayılmamışdır. Ali Məhkəmə tərəfindən həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtə və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçıya verilmiş dövlət aktı elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan başqa həmin torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan : -JN-01xx xxx 30318048 saylı xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququnda dair dövlət aktından görünür ki, həmin dövlət aktı Quba rayon X5 xx.xx.2002-ci il tarixli 01 saylı qərarı və iddiaçı X4 ayrılmış 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmişdir. -DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş imtina cavabından görünür ki, iddiaçıya verilmiş dövlət aktı elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan başqa həmin torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ərizəçi X1 Quba rayon X5 xx.xx.2002-ci il tarixli qərarı ilə ayrılmış .0.48 ha pay torpaq sahəsinə sahiblik, ondan istifadə və sərəncam vermək faktı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti mümkün sayılmamışdır. Həmin qərardad kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb olunmaqla keçirilmədi qərara alınmışdır. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, JN-01xx xxx 30318048 saylı xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququnda dair dövlət aktı vahid elektron baza məlumatlarında qeydə alınmamışdır. Bu səbəbdən də həmin dövlət aktına əsasən verilmiş 0.49 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır . Bundan sonra mütəxəssis rəyinin alınması üçün məhkəmə tərəfindən ”xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət etmişdir. Həmin MMC tərəfindən verilmiş 53 saylı xx.xx.2019-cu il tarixli rəydən görünür ki, JN-01xx xxx 30318048 saylı xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququnda dair dövlət aktında göstərilən 0.49 ha torpaq sahəsi naturada mövcuddur. Həmin torpaq sahəsinin koordinatları daxilində başqa torpaq sahəsinin qeydə alınması barədə məlumatın mövcul olmadığı bildirilmişdir. Eyni nəticə məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 17658 saylı rəyində əks edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi torpaq sahəsi üzərində iddiaçının sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 isə iddiaçının pay torpaq sahəsi kimi ona ayrılmış 0.49 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Elektron baza məlumatlarında və təhvil verilmiş arxiv kitablarında iddiaçıya verilmiş dövlət aktının aşkar edilməməsi iddiaçının təqsiri üzündən baş verməmiş, həmin məlumatların dolğunluğuna və dəqiqliyinə inzibati orqan cavabdehdir və bu hal iddiaçının mülkiyyət hüqunun pozulmasına gətirib çıxarmamalıdır. Bundan başqa qeyd olunan dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 isə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh imtina məktubunda və etiraz ərizəsində dövlət aktının xəritədə aşkar olunmamasını bildirsə də, növbəti cümləsində həmin torpağın digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılmasının mümkün olmadığını bildirir. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil iş üzrfə verilmiş mütəxəssis rəyi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-2847/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6252/2019 saylı qərardadları ilə təkzib edilir. Belə ki, həmin məhkəmə qərardadlarında qeyd edilmişdir ki, göstırilən torpaq sahələri qonşuluqda yerləşir. X1 torpaq sahəsi üzərində hüquqlarının müəyyən edilməsi İddiaçı hüquq və qanunla qorunan maraqlarına toxunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, cavabdeh DƏDRX-nin 5 saylı X12 iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsasını təsdiq edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X2 torpağa mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı X10 üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı torpağa mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X10 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-938/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-938/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver